ABŞ dövlət katibi Maykl Pompeonun Pakistanın yeni baş naziri İmran Xana telefon zəngi iki ölkə arasında əsl diplomatik qalmaqala səbəb olub.

 

Musavat.com xəbər verir ki, M.Pompeo İmran Xana zəng edərək öncə onu baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Daha sonra isə dövlət katibi Pakistanın yeni lideri qarşısında ölkədə fəaliyyət göstərən bütün terrorçulara qarşı qərarlı tədbirlər alması məsələsini qaldırıb.

ABŞ Dövlət Departamentinin söhbətlə bağlı yaydığı məlumatın mətni belə olub. Lakin əsl həngamə bundan sonra qopub. Belə ki, rəsmi İslamabad baş nazirlə dövlət katibi arasında “Pakistanda fəaliyyət göstərən terrorçular” mövzusunun keçmədiyini bildirib.

Pakistan Xarici İşlər Nazirliyi isə Vaşinqtondan dərhal söhbətin mətnində düzəliş aparılmasını tələb edib.

Pakistanın yeni xarici işlər naziri Şah Mahmud Kureşi Pompeonun terrorçular barəsində danışmadığını, onun sadəcə “Pakistan hökuməti ilə konstruktiv qarşılqlı fəaliyyət göstərmək arzusunda olduğunu” dilə gətirdiyini söyləyib.

Kureşi Maykl Pompeonun bu ilin sentyabr ayını 5-də Pakistana rəsmi səfərə gələcəyini vurğulayaraq, bu görüşü səbirsizliklə gözlədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Qərb mətbuatında gedən məlumatlarda Pakistanın yeni baş naziri, keçmiş kriket ulduzu İmran Xanın radikal dinçi axınlarla, xüsusilə Taliban hərəkatı ilə yaxın əlaqələrdə olduğu göstərilir.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti