Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub, əhalisi isə kənardan gəlmədir.

Erməni xalqının dövlətçilik tarixi olmadığından bu gün sivil və inkişaf edən bir dövlət də qura bilmirlər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Ermənistan özünün növbəti ağır dövrünü yaşayır:

“1991-ci ildə müstəqillik qazandıqdan sonra Ermənistanın bütün fəaliyyəti ancaq qonşu Azərbaycan ərazilərinin işğalı oldu. Türkiyə, İran və Gürcüstana qarşı torpaq iddiaları da Ermənistanı daha ağır duruma saldı. Ermənistan müstəqilliyinin 27-ci ilində hələ özünün normal bir inkişaf modelini qura bilməyib. İndiki Ermənistan rəhbərliyi isə ölkədəki problemləri həll etmək əvəzinə daha da dərinləşdirir”.

Millət vəkili hesab edir ki, Paşinyan ölkəsinin problemlərini özündən əvvəlki Ermənistan rəhbərlərinə qarşı atdığı addımlarla həll edə bilməyəcək:

“Paşinyan və komandası indiyə qədər ölkənin problemlərinin kökündə Azərbaycan torpaqlarının işğalı olduğunu qəbul etmir və istənilən yolla işğal faktorunu uzatmağa çalışır. Məhz buna görə də Ermənistan siyasi bataqlıqda batmaqda davam edir. Bu yaxınlarda Ermənistanda dövlət büdcəsinə qənaət üçün dövlət qulluğunda olanların və hərbi qulluqçuların maaşının kəskin surətdə azaldılması nəinki ölkənin vəziyyətini düzəldə, ən əsası Paşinyanın mövqelərini möhkəmləndirə bilməyəcək”.

Millət vəkili Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi vəziyyətə də nəzər salıb:

“Növbədənkənar seçkilərdə Paşinyan qalib gələcək, çünki cəmiyyət Paşinyanın səhvlərinə baxmayaraq, yenidən Köçəryan, Sərkisyan dövrünə qayıtmaq istəmir. Ancaq bununla belə, Paşinyanın ona olan ümidləri doğrulda bilməməsi istənilən halda Ermənistan cəmiyyətini ayılmağa vadar edir. Bu gün İrəvanda açıq şəkildə Azərbaycan torpaqlarının işğalından danışırlar, əhali hakimiyyətin Qarabağ siyasətini daha çox tənqid etməyə başlayıb. Bu baxımdan əgər Ermənistan düzgün seçim etməsə, bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq”.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti