Rusiya Şərqi Avropanı “özünə birləşdirir”

Bu ölkədəki seçkilərdə rusiyameylli qüvvələrin üstünlük əldə etməsinin səbəbi nədir? 

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkisinin ikinci turunda bülletenlərin 99,48 faizinin sayılmasından sonra səslərin 74,66 faizini toplayıb. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Onun rəqibi, hakim mühafizəkar HDZ partiyasının dəstəklədiyi keçmiş təhsil naziri Draqan Primorak isə 25.34 faiz səs toplayıb.

Daha bir Şərqi Avropa ölkəsi olan Rumıniyada isə təkrar prezident seçkisi mayın 4-nə təyin edilib. Bu barədə Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında deyilib. “Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkisinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, noyabrın sonunda Corce Simion Rumıniyada prezident seçkisinin birinci turunda qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb. İkinci yerdə NATO və ABŞ ilə tərəfdaşlığı dəstəkləyən “Rumıniyanın Qurtuluş İttifaqı” müxalifət partiyasının lideri Elena Laskoni qərarlaşıb. O, 19,18% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, Simion və Laskoninin iştirakı ilə seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulurdu.

Seçki məntəqələri dekabrın 8-də açılmalı idi. Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi təcili iclasdan sonra prezident seçkisinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib. Rumıniya prezidenti Klaus İohannis bildirib ki, Georgeskunun seçki kampaniyasına xarici dövlətdən dəstək aldığı iddia edildiyi üçün seçki ləğv edilib. Bu məlumatı sonradan Konstitusiya Məhkəməsi də təsdiqləyib.

Xorvatiyada keçirilən prezident seçkisində də Rusiyaya yaxın olduğu deyilən siyasətçinin daha çox səs toplaması Şərqi Avropanın Qərbi Avropanın təsir dairəsindən kənarlaşmaqda olduğunun təzahürləri kimi qiymətləndirilir. 

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi şərhçi Azad Məsiyev “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, haqqında söhbət gedən seçkinin nəticələri Rusiyanın Şərqi Avropaya təsirinin, nüfuzunun son vaxtlar artmasını göstərir: “Qərbdən, xüsusən də ABŞ-dan asılı olan, bu ölkəyə bağlı siyasi qüvvələrin və siyasətçilərin reytinqi eniş dövrünə qədəm qoyub. Qarşılığında isə Rusiyaya meylli və ya Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edən siyasi qüvvələrin ictimai rəydə dəstəyi artır. Şərqi Avropa ölkələri uzun illər SSRİ zamanında Rusiya ilə çox sıx bağlar qurmuşdu. SSRİ-nin süqutundan sonra ABŞ, Qərbi Avropa həmin bağları nə qədər mümkündür qırmağa çalışdılar və xeyli dərəcədə qırdılar. Ancaq son dövrlər o ölkələrdə keçirilən seçkilərin nəticələri cəmiyyətlərdə Rusiya ilə əlaqələrin tərəfdarlarının sayının artmaqda olduğunu ortaya çıxarır. Bu proses o dərəcədə irəliləyib ki, rusiyayönlü siyasi liderlər və siyasi qüvvələr seçkilərdə üstünlüyü ələ alırlar və qələbə çalırlar. Rusiya amili Şərqi Avropanın Qərbi Avropanın təsiri altından çıxarmaqdadır”.

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti