Los Anceles niyə yandı? - Yeni bir terminlə tanış olun: "Hidroiqlim qamçısı"

Los Anceles və ətrafdakı əraziləri məhv edən dəhşətli qış yanğınları ekstremal quraqlıq və son dərəcə yaş şəraitlər arasındakı sürətli dəyişikliklərin birbaşa nəticəsidir. Bu sürətli keçidlər alimlərin "hidroiqlim qamçısı" adlandırdığı bir fenomenin artmaqda olduğunu göstərir.

Qaynarinfo xəbər verir ki, 200-dən çox elmi məqalənin təhlilinə əsaslanan araşdırma atmosferin daha çox nəm saxlama qabiliyyəti qazandığı üçün bu fenomenin daha tez-tez baş verdiyini ortaya qoyur. İqlim 3 dərəcə istiləşməyə doğru irəlilədikcə, bu növ sel və yanğınlarla nəticələnən dalğalanmaların tezliyinin iki dəfə artması gözlənilir.

Fəlakətdən əvvəl xəbərdarlıq edən tədqiqat

Kaliforniya Universitetindən iqlimşünas Daniel Sveyn bu yaxınlarda yayımlanan bir araşdırmada Kaliforniyadakı yaş və quru şərait arasındakı anormal keçid nümunəsinin "hidroiqlim qamçısı"nın konkret nəticələrini göstərmək üçün istifadə edildiyini açıqlayıb.

"Araşdırmamızda əldə olunan nəticələr, bu həftə baş verənlərlə qorxunc dərəcədə üst-üstə düşür", deyə Kaliforniya Universitetinin iqlimşünası bildirib.

Atmosferin "süngər effekti"

Araşdırmaya görə, atmosfer istiləşdikcə suyu toplamaq, saxlamaq və sərbəst buraxmaq qabiliyyəti artır. XIX əsrdən bu yana aparılan tədqiqatlar göstərir ki, hər bir dərəcə istiləşmə, atmosferin bu qabiliyyətini 7 faiz artırır. Bu, ümumi yağıntı miqdarının dəyişməməsinə baxmayaraq, ekosistemin daha quru olmasına səbəb olur.

Yağıntılar bitkilərin sürətlə böyüməsini təmin edir, lakin sonradan həmin bitkilər sürətlə quruyur və yanğınlar üçün ideal şərait yaranır. Sveyn qeyd edir ki, Kaliforniyadakı "qamçı" dövrü yanğın riskini ikiqat artırıb: əvvəlcə quru ot və kolluqların sürətli böyüməsinə səbəb olub, daha sonra isə istilik və quraqlıq nəticəsində onları həddindən artıq qurudub.

Qığılcım kifayətdir...

Belə şəraitdə dağıdıcı yanğınların başlaması üçün yalnız bir qığılcım kifayətdir. Çox vaxt bu qığılcım təbiət tərəfindən təmin edilir. Məsələn, qlobal istiləşmənin hər bir dərəcə artımı ildırım tezliyini 12 faiz artırır. Bu, Avstraliyada 2019-cu ildə baş verən böyük yanğınların əsas səbəblərindən biri olmuşdu.

Eyni zamanda, quru və yaş dövrlər arasındakı keçidlərin zamanlaması da fəlakətlərə yol açır. Məhz bu amil Los Ancelesdəki təhlükəli vəziyyəti daha da artırıb. Sveyn izah edir ki, iqlim dəyişikliyi ekstremal quru bitki örtüyü şəraiti ilə küləkli hava hadisələrinin üst-üstə düşmə tezliyini artırır. Bu, Cənubi Kaliforniya yanğınlarının iqlim dəyişikliyi ilə əsas əlaqəsini təşkil edir.

Cənubi Afrikadakı misal

"Hidroiqlim qamçısı"nnı yaratdığı fəlakətlər yalnız Kaliforniya ilə məhdudlaşmır. Məsələn, 2023-cü ildə Cənubi Afrikada quraqlıqdan yaş şəraitə keçid minlərlə hektar məhsulun məhv olması və 2 milyon insanın evindən didərgin düşməsi ilə nəticələnmişdi.

Somali, Efiopiya və Keniya kimi ölkələrdə baş verən güclü yağışlar isə torpağın suyu udma qabiliyyətinin azalması səbəbindən böyük daşqınlara yol açmışdı.

Həll yolu: fosil yanacaq emissiyalarının azaldılması

Tədqiqatçılar xəbərdarlıq edir ki, hidroiqlim şallaqlarının artması və müxtəlif bölgələrdə daha güclü formada ortaya çıxması insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin nəticəsidir. Onlar bunun qarşısını almağın yeganə yolunun fosil yanacaq emissiyalarını azaltmaqdan keçdiyini bildirir.

Emissiyaların azaldılması sahəsində gecikmə, insan həyatını itirmək və dünyanın müxtəlif yerlərində yanğınlarla üzləşmək kimi ağır nəticələrlə müşayiət olunur.

Artıq bu dəhşətli təsirlər Qərb dünyasının ən məşhur şəhərlərindən birinin külə dönmüş qalıqlarında öz izini buraxıb...

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq

Xəbər lenti