Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib.

36 yaşlı qrossmeysterin "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov "8-lik"də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb.

14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.

"Chessable Masters"

XI tur

Jorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

XII tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0,5:0,5

XIII tur

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

XIV tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

XV tur

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

“Abşeron Peşəkar Futbol klubu” MMC ləğv olunur.

 MMc-nin kreditorları iki ay ərzində tələblərini AZ1023 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 22V, mənzil 14 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Abşeron Peşəkar Futbol klubu” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şirinov Rəsul Əliağa oğludur. Bakı şəhəri Xətai rayonu, Ziğ şossesi, ev 22V, m. 14 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 10 manatdır.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.
 
Yol-xeber.az Qol.az-a istinadən xəbər verir ki, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib. O, Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı oyunu izləyənlər arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov da olub.
 
Onlar "Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.
 
Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov "Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.
 

 

 

 

Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" komandasının futbolçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

"22 yaşlı hücumçu bu ölkənin "Tondela" klubuna keçib. O, növbəti mövsümü icarə əsasında bu komandada keçirəcək.

Keçidi ilə bağlı yeni klubunun rəsmi saytına danışan gənc forvard meydana çıxmaq üçün səbirsizləndiyini bildirib: "Karyeramdakı bu addımdan razıyam. Ailəm və dostlarımla danışdım. Bu variantın mənim üçün ideal olduğunu başa düşdüm".

Qeyd edək ki, "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi olan Renat Dadaşov daha əvvəl Portuqaliyada "Eştoril" və "Pakuş de Ferreyra" klublarının da formasını geyinib.

İyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında "EL-1 IDMAN TƏŞKİLATI"-nın təşkilatçılığı ilə idman yarışı keçirilib. 

Fanat.Az məlumatına görə, xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışa görə, təşkilatın prezidenti 1984-cü il təvəllüdlü Elçin Çobanzadə və onunla bərabər yarışın döyüşçüləri Fərid Qaya (Ferid Qaya) və Rosh Life təxəllüslü məşhur idmançılar da həbs olunub.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

“Qarabağ”ın səfər, “Sumqayıt”la “Keşlə”nin ev sınağı

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxacaqlar.

Əvvəlcə “Keşlə” doğma meydanda Rusiyanın “Soçi”, “Sumqayıt” isə Serbiyanın “Çukariçki” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Rusiyadakı ilk oyunda darmadağına üzülən Bakı klubunun  mərhələ keçmək şansları çox azdır. Amma Serbiyadan sərfəli nəticə ilə dönən Sumqayıt təmsilçisinə, istənilən hesablı qələbə bəs edəcək.

“Qarabağ” isə İsrail “Aşdod”u ilə səfərdə qarşılaşacaq. Ağdam təmsilçisi də ilk oyunda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşdığından, bu dəfə mütləq qələbə qazanmalıdır.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

29 iyul

20:00. Keşlə - Soçi

Baş hakim: Viktor Şimusik (Belarus).

Bakı. “ASK Arena”

İlk oyun – 0:3.

20:00. Sumqayıt - Çukariçki

Baş hakim: Yorgen Burhardt (Danimarka).

Sumqayıt. “Kapital Bank Arena”

İlk oyun – 0:0.

21:00. Aşdod - Qarabağ

Baş hakim: Novak Simoviç (Serbiya).

Aşdod. “Jabotinski” stadionu.

İlk oyun – 0:0.

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk medalçıları müəyyənləşib.

Oxu.az" xəbər verir ki, bu, güllə atıcılığında olub.

Belə ki, qadınlar arasında 10 metr məsafədən atəşaçmada çinli Yan Çyan 251,8 göstərici ilə Olimpiadanın ilk qızıl medalını qazanıb. Rusiyalı Anastasiya Qalaşina (251,1) gümüş, isveçrəli Nina Kristen (230,6) isə bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, kişilərin güllə atıcılığında Azərbaycanı Ruslan Lunyov təmsil edirdi. Lakin o, Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci yeri tutub. Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.

Daha əvvəl Azərbaycan cüdoçularından Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) olimpiada ilə vidalaşıb.

Bu ölkə Olimpiya Oyunlarından imtina etdi

Qvineya milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

“Yol-xeber.az” xəbər verir ki, buna səbəb Yaponiyada koronavirusa yoluxanların sayının artmasıdır.

Bu barədə Qvineya idman naziri Sanussio Sou məlumat verib. O bildirib ki, komanda Tokioda heç bir yarışa qatılmayacaq.

“Qarabağ” avrokuboklarda mübarizəyə başlayır

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında ilk oyununa çıxacaq. Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandası ilə üz-üzə gələcək.

Ağdam klubu bu rəqiblə ilk oyununu doğma meydanda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda “Qarabağ” daha şanslı hesab olunur.

Bu komandalar arasındakı cavab oyunu iyulun 29-da İsraildə keçiriləcək.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsi

22 iyul

20:00. Qarabağ - Aşdod

Baş hakim: Sergey Boyko (Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 3 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.

5 dəfə çərçivəni dəqiq nişan alan 24 yaşlı hücumçu bu nominasiyada ikinci sırada qərarlaşıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli yalnız bir dəfə hədəfdən yayınıb.

"3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.

İlk sırada Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.

Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının II təsnifar mərhələsinin ilk oyununda Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Xəbər lenti