![]() |
|
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, D.Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Bakının Nərimanov rayonundakı Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, iaşə obyektindəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
***
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:
“Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək”.
İntensiv yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlib, bəzi ərazilər subasmaya məruz qalıb. Nəticədə ərazidə yaşayan vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.
Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.
Daha bir azərbaycanlı Ukraynada gedən döyüşlərdə həlak olub.
"Qafqazinfo”nun məlumatına görə, əslən Biləsuvar rayonundan olan 1975-ci il təvəllüdlü Nəhmədov Xalıq Fəzail oğlu Rusiya vətəndaşı olub.
X. Nəhmədov 20 il Rostov şəhərində yaşayıb. O, burada ticarətlə məşğul olub. Son 1 ildə isə orduya çağırılmışdı.
Ailəli idi, iki övladı var.
Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov vəfat edib.
Şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi əsgər Hüseynli Fariz 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.
O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, 2 övladı var.
Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmadığını açıqlayıb.
Bu barədə qurumdan bildirilib.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də Lerik seysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücünə qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", – məlumatda diqqətə çatdırılıb.
Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.
Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla saat 07:43-də qeydə alınıb.
Cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.
Dünən axşam paytaxtın Nərimanov rayonunda baş vermiş güllələnmə hadisəsinin bəzi detalları məlum olub.
Oxu24.com xəbər verir ki, qətlə yetirilən 24 yaşlı Tural Kosayev istədiyi qızdan bir müddət əvvəl ayrılıbmış. Ayrılığa səbəb isə qızın bir müddət əvvəl sosial layihə məqsədi ilə çəkilmiş videosunun sosial şəbəkələrdə yayılması olub.Bu ayrılıqdan sonra qətlə yetirilən Tural Kosayev hər yerdə qızın haqqında xoşagəlməz ifadələr işlədirmiş. O,ətrafında olanlara "ayrılsam da,qızın başqası ilə sevgili olmasına imkan verməyəcəyəm",deyirmiş.
Məlumata görə,qətlə yetirilən Tural Kosayev işsiz olub.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İ.Allahverdiyev saxlanılıb. Onun hərbçi olduğu deyilir.
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakının Nərimanov rayonunda, "Metro Park"ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.
Citypost.az xəbər verir ki, qətli törədən 21 yaşlı İsmayıl Allahverdiyev hərbiçidir.
Məlumata görə, o, Qarabağdakı N saylı hərbi hissələrin birində xidmət edirmiş.
İ.Allahverdiyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayırmış. O, Bakıya mərhum T.Musayevi öldürmək məqsədi ilə gəlib.
İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.
Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdiman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.
"Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq" - deyə kənd sakini bildirib.
"Hazırda üç kəndin - Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib".
Bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.
O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.
"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.
Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.
Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.