Tural güllələnəndə qızla olub - Qatil qara rəngli maşından düşüb, silahı belindən çıxarıb atəş açıb - VİDEO

Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Şahidin sözlərinə görə, Tural Kosayevin yanında qız da olub:

"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı".

Qeyd edək ki, hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

Ətraflı APA TV-nin süjetində:

Bakıda gənci güllələyən şəxs BELƏ YAXALANDI - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda baş verən güllələnmənin təfərrüatları məlum olub.

Hadisə qız üstündə baş verib.

Belə ki, hər iki gənc bir qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib və ərazidən qaçmağa çalışıb.

Lakin ətrafdakı şəxslər onun qaçmağına mane olub və onu saxlayaraq, polisə təhvil veriblər. 

Həmin anların görüntülərini təqdim edirik. 

Əhmədin xalasından ŞOK: “O, cinayəti tək törətməyib“ - VİDEO 

Əhmədin cinayəti tək törətdiyinə inanmıram. 

Musavat.com xəbər verir ki, bunu bütün ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib. 

O qeyd edib ki, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istəyir. 

Ətraflı videoda: 

DSX və DTX-dən dənizdə əməliyyat: silahdan atəş açıldı - VİDEO

Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, iyun ayının 25-də saat 00:17-də Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.

Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, o cümlədən sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin şimal istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində saat 02:48-də sərhədçilərin qanuni tələbinlərinə tabesizlik göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da, digəri itkin düşüb.

Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri 1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.

Davam edən əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Əliyev Elxan Nadir oğlu və 1976-cı il təvəllüdlü Memmədova Esmira Gülağa qızı saxlanılıb.

Hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata keçirilir.

Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış tədbirləri dаvаm еtdirilir.

İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var

Daşkəsən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıblar.

Həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış - VİDEO

Daşkəsəndə baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı öldürüb.

Mərhumun qardaşının sözlərinə görə, onların arasında mübahisələr çox olub. Sonuncu davaları isə may ayının 14-də yaranıb.

Hətta qətli törədən şəxs bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.

Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək, heyvanların onun məhəlləsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.

T.Ocaqverdiyev qonşu kişinin onlara gəlməsini səhv başa düşərək, həyat yoldaşını günahlandırıb və qətlə yetirib.

Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar.

Xatırladaq ki, faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Ətraflı APA TV-nin süjetində:

Bu gün həlak olan 3 polislə vida mərasimi keçirilir

Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərən 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Silahlı insidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir.

Alimpaşa Məmmədova hökm oxunub

Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib.

Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub.

Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

3 polisi və qonşusunu gülləyən Rövşən Allahverdiyev barədə BƏZİ DETALLAR

Xəbər verdiyimiz kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib.

Gununsesi.info  polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş,1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu haqqında məlumatlar əldə edib.

Əldə etdiyimiz özəl məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci  (dələduzluq) maddəsi ilə axtarışda olub.

Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyev bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.

Bildirilir ki, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.

Bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub.

Onun evində olmasına dair polisin əldə etdiyi məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

10 gün sonra toyu olacaqmış10 gün sonra toyu olacaqmış

Qətlə yetirilən polis əməkdaşının 10 gün sonra toyu olacaqmış

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

Ölkə.az azxeber.com-a istinadən xəbər verir ki, polis serjantı Ağayev Mahir Mayıl oğlu nişanlı olub, 10 gün sonra isə toyu olacaqdı.

Xəbər lenti