Taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurub - Bakıda
Faktla bağlı araşdırma aparılır

Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb. 1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti