Bakıda iki avtomobil toqquşub, sürücü xəsarət alıb
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza Maştağa qəsəbəsində baş verib.

49 yaşlı Süleymanov Bahadur Bəhlul oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili "Hyundai" markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə "VAZ 2107"-nin sürücüsü xəsarət alıb.  Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. B.Süleymanova qaşüstü nahiyənin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti