5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Nazirliyin və Agentliyin əməkdaşları, həmçinin ASAN könüllüləri və digər qonaqların iştirakı ilə “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutub.

Kult.az xəbər verir ki, gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirilib. Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.

Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının artıq ənənə halını aldığını, layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi və yeni simaların aşkar edilməsi məqsədi daşıdığını qeyd edib, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib və gənclərə uğurlar arzulayıb.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirib ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırıb.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs ediblər. Tamaşanın quruluşçu rejissoru Könül Hüseynliyə və digər iştirakçılara təşəkkürnamələr təqdim edilib.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti