Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüşüb.

Kult.az xəbər verir ki, qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla ona universitet haqqında məlumat verib. Çexiyanın qədim tarixə sahib ölkə olduğunu deyən K.Abdulla ölkələrarası əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.

Rektorun sözlərinə görə, ADU-da çex dili və Mədəniyyəti Mərkəzinin də açılması nəzərdə tutulur. Rektor ümid etdiyini bildirib ki, Çexiya universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılacaq.

Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Çexiya universitetləri haqqında danışıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə mübadiləsi, mütəxəssislərin təmin edilməsi haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra səfirliyin təşəbbüsü ilə ötən il Praqaya səyahət edən azərbaycanlı fotoqraf Aydın Sadıxovun “Qədim Praqanın əfsanələri və tarixi” fotosərgisinin açılışı keçirilib. Sərgidə qədim binaların, küçələrin, qotik kilsələrin, mistik abidələrin fotoşəkilləri təqdim olunub. Fotoşəkillərdə qədim Yozefov məhəlləsinin tarixi, Qolem və onu yaradan Rabbi Lev tərəfindən məskunlaşdığı yer kimi təqdim olunmuş “Stara-Novaya” sinaqoq, öldürülmüş rahibənin əfsanəsi, Kampa adasının Su adamı, Əlkimyaçılarının laboratoriyasını, Dəmir adamı – Yahim Berkanın ruhuna həsr olunmuş məşhur heykəl, əfsanəvi Karlov körpüsü, indiyə qədər gecə saatlarında Praqanın küçələrində atla gəzən başsız tampliyer-cəngavər və digərləri öz əksini tapıb.

Sərgidə fotoqraf iştirakçıları çəkdiyi fotoların mahiyyəti ilə yaxından tanış edib.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti