Taksi xidmətləri ilə bağlı bu gün qəbul edilən qərar onların qiymət artımına səbəb olmayacaq.

Bu sözləri Axar.az-a “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsinə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O qeyd edib ki, texniki cəhətdən nasaz taksilər əvvəllər də müzakirə mövzusu olub, çünki çox təhlükəlidir:

“Ona görə belə avtomobillərin taksi kimi istifadəsi düzgün deyil və proqramdan da irəli gələn məsələ kimi yavaş-yavaş belə avtomobillər yığışdırılacaq. Taksilərin əhaliyə xidmət sahəsi olduğunu nəzərə alsaq, belə keyfiyyətsiz maşınlarla yüksək xidmətdən danışmaq mümkün deyil. Lakin düşünürəm ki, bu problemlər qısa müddətdə həll olunmayacaq. Çünki əvvəlki illərlə müqayisədə hazırda yüksək qiymət və gömrük rüsumu səviyyəsində ölkəyə yeni avtomobillərin gətirilməsi azalıb. Fikrimcə, “Xəzər” avtomobil zavodu, Naxçıvan Avtomobil Zavodu (NAZ) yerli avtomobilləri güzəştli şərtlərə taksi sürücülərinə satmaqla bu problemlərin aradan qaldırılmasına zəmin yarada bilər. Belə olan halda mərhələli şəkildə bu məsələlər öz həllini tapmış olar”.

Qeyd edək ki, bu gün Baş nazir Novruz Məmmədov “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”i təsdiq edib.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti