Elmar Məmmədyarovun İran səfəri kritik əhəmiyyət daşıyır.

Bu sözləri Axar.az-a Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasına səfərinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, son dövrlərdə İran-Azərbaycan münasibətlərində yaranmış bir sıra problemlərə aydınlıq gətirmək üçün bu, vacib səfər olacaq:

“İran Azərbaycana münasibətdə qeyri-səmimi davranış sərgiləyir. Paşinyanın İrana səfəri zamanı erməni cameəsi ilə görüşdə Azərbaycanın əleyhinə plakat qaldırılması əslində qeyri-səmimi münasibətin növbəti göstəricisidir. Çünki İran kimi ölkədə bu ölkənin siyasi rəhbərliyinin iradəsindən kənarda hər hansı bir hadisənin baş verməsi mümkün deyil. Əks təqdirdə buna qarşı çox sərt mövqe ortaya qoyulmalı idi. O sərt mövqeni də biz görmədik. Sadəcə İran tərəfindən bütün bunların İran İslam Respublikasının mövqeyini ifadə etmədiyi bildirildi. Qənaətimə görə, bu cür davranışlar iki ölkə arasında münasibətlərə xələl gətirən amillərdir. Çünki İran rəsmiləri hər zaman danışanda ortaq dəyərlərdən, tarixdən, mədəniyyətdən danışır, amma davranış ortaya qoyanda bu ortaq dəyərlər daha çox ermənilərə yaxın olur, nəinki azərbaycanlılara. İndiki şəraitdə İran rəhbərliyi həm mənəvi, həm də tarixi-mədəni baxımdan müəyyənləşdirməlidir ki, ermənilərə daha yaxındır, yoxsa azərbaycanlılara. Əgər ermənilərə yaxındırsa, şübhəsiz ki, İran İslam Respublikasında öz tarixi ərazilərimizdə yaşayan azərbaycanlılar da qənaətlərini sona qədər rəhbərliyə çatdırmalıdır. Yox əgər azərbaycanlılara yaxındırsa, bununla bağlı prinsipial mövqe ortaya qoymalıdır. Necə ki, eyni mövqeni nəinki Azərbaycana yaxın, hətta Pakistan kimi uzaq ölkələr göstərir”.

Analitik vurğulayıb ki, Azərbaycan və İran arasında həyata keçirilən Şimal-Cənub dəhlizinin perspektivi bütövlükdə hər iki ölkə arasındakı münasibətlərin inkişafı üçün bir sıra mühüm addımlar atılmasını zəruri edir:

“Bu addımların əsas məsuliyyəti məhz İranın üzərinə düşür”.

E.Mirzəbəyli qeyd edib ki, ümumiyyətlə, səfərdən prinsipial gözləntilər yoxdur:

“Ancaq düşünürəm ki, bu səfərdə bəzi məsələlərə aydınlıq gətiriləcək. İndiki şəraitdə Azərbaycan XİN rəhbərinin deyil, İran rəhbərliyinin verəcəyi bəyanatlar hər iki dövlətin əlaqələrinin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Yəni Paşinyanın səfəri ilə bağlı prinsipial mövqe ortaya qoyulmalıdır, yayındırıcı bəyanatlar bu məsələdə hər hansı effektiv nəticə verməyəcək”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Xarici Işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti