f

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir.


Təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası, səki və bordür daşlarının yenilənməsi işləri aparılıb.

Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam edir. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

YOLUNUZ AÇIQ OLSUN...  

 
 

f
f
f
f
f
f
f
f

fff

"Yol-xeber.az" xəbər verir ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq, Qəbələ rayonunda 25 km uzunluğa malik və 4 istiqamət üzrə 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri yekunlaşıb.

Bu Bunud-Həzrə (5.3), Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarıdır.  

Torpaq və çınqıl örtüklü avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. 

Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 9-10 metr təşkil edir.

“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib. 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.

Beləliklə ümumi uzunluğu 25 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

YOLUNUZ AÇIQ OLSUN...

 

fff
fff
fff
fff
fff
fff
fff
fff
fff
fff
fff

gg

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonunda ümumi uzunluğu 6.05 km olan 5 küçədə təmir işləri icra olunub. 

Bu çərçivədə II Alatavanın 2 km uzunluğa malik daxili yolları, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan 1630 metrlik hissəsi, 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov, uzunluğu 1000 metr təşkil edən Zivərbəy Əhmədbəyov və 560 metr uzunluğa malik Seyfəddin Dağlı küçələri əsaslı təmir edilib.

Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. 

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 km olan küçələrdə təmir işləri aparılıb. 

YOLUNUZ AÇIQ OLSUN...


gg
gg
gg
gg
gg
gg
gg
s

"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir. 

Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Xocasən-Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında  tikilir.   

Layihə üzrə keçidin ümumi uzunluğu 30 metr, daxili eni 3.8 metr, pilləkənlərin eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. 

Hazırda keçiddə montaj  işləri görülür.  

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

 

YOLUNUZ AÇIQ OLSUN... 


s
s
s
s
s
s
s
s
jjj

"Yol-xeber.az" xəbər verir ki, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsinin əsaslı yenidən qurulması davam edir.

İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yolarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında  avtonəqəliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaşanırdı. 

Dövlət başçısının Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.

1.1 km uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni 7 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. 

Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq  torpaq işləri, yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb. 
Layihə üzrə ardıcıllığa uyğun olaraq, hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Vətəndaşların küçəboyu  rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 3600 kv.m yeni piyada səkilərinin inşası, kənarlarına 2200 p/m səki daşının düzülməsi  işləri və ümumi uzunluğu 960 metr olan dəmir-beton su arxının tikintisi də artıq yekunlaşıb. 

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur. İşlərin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. 

Tikinti layihəsinin sonuncu mərhələsində yol birləşmələrinin təmiri, zəruri yol nişanlarının quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin və piyada zolaqlarının çəkilişi aparılmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

 

jjj
jjj
jjj
jjj
jjj
jjj
jjj
jjj
jjj
jjj
jjj
jjj

fff

"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Elvin Şükürlü və Zeytunluq küçələrinin əsaslı təmiri davam edir. 
 

5 km uzunluğa malik sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq. 

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 

Təmir işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri yerlərdə yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq. 

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq. 

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur. 

Qeyd edək ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq. 

Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb. 

YOLUNUZ AÇIQ OLSUN...

 

fff
fff
fff
fff
fff
fff

cxcxcx

"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Dədə Qorqud  yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır. 

Uzunluğu 1400, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülür, zəruri yerlərdə 130 p/metr yeni piyada səkiləri inşa olunur.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.  2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

 

YOLUNUZ AÇIQ OLSUN…

 

cxcxcx
cxcxcx
cxcxcx
cxcxcx
cxcxcx
cxcxcx

sff

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir. 

2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən rayonun Badamdar qəsəbəsi üzrə 16-cı və Tofiq Məmmədov küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.  

560 metr uzunluğa malik olan Tofiq Məmmədov küçəsinin eni ortalama 9.5 metr təşkil edir. 

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunub. 

Uzunluğu 570 metr təşkil edən 16-cı küçədə sadalanan işlərlə yanaşı küçəboyu 130 p/m bordür daşları düzülüb. 

Hazırda hər iki küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.  

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə küçələrdə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə 9 km-ə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 km təşkil edən küçələrin təmiri işləri icra olunur. 

 

YOLUNUZ AÇIQ OLSUN…

 
 

sff
sff
sff
sff
sff
sff

f

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə hazırda rayonun Buzovna qəsəbəsi üzrə Cəfər Cabbarlı küçəsində təmir işləri aparılır. 

Sözügedən küçənin uzunluğu 1100 metr, eni isə ortalama 6 metr təşkil edir. 
 
Çınqıl örtüklü olan küçə sakinlərin gediş-gəlişində problemlər yaradır, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. 

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda  yeni yol əsasının salınması işləri davam edir.  Ardınca yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
 
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır. 
 
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.

 
YOLUNUZ AÇIQ OLSUN…


f
f
f
f
f
f
d

"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmiri davam edir. 

Sözügedən küçə torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılır.

Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri yekunlaşıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda ərazidə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri aparılır. Bu istiqamətdə küçəboyu 2800 p/m yeni bordür, 762 p/m yeni səki daşları düzüləcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.

 Ardıcıllığa uyğun şəkildə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq. 

Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq. 


YOLUNUZ AÇIQ OLSUN...

 

d
d
d
d
d
d

Xəbər lenti