Prezident xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - YENİLƏNİB

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib.

Bildirilib ki, burada “İVECO” və “Dong Feng” şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün nəzərdə tutulan nəqliyyat vasitələri və texnikalar var. Nəqliyyat vasitələrinin əksəriyyəti tam elektrikli olmaqla ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan çalışır.

Qeyd edək ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın hər bir bölgəsində, o cümlədən Bakıda ardıcıl olaraq yenidənqurma və abadlaşdırma işləri aparılır, digər şəhərlərimizdə olduğu kimi, paytaxtda da ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar həm şəhər sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən böyük məmnunluqla qarşılanır. Təsadüfi deyil ki, Bakıya gələn turistlər paytaxtımızın dünyanın ən təmiz və gözəl şəhərlərindən biri olduğunu qeyd edirlər.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

 
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub.

bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Baş nazirin müavini qəza ilə bağlı Rusiyadan narazılıq etdi – Video

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycan tərəfinin AZAL təyyarəsinin qəzaya uğramasının şəraitinin aydınlaşdırılması üzrə işini çox mütəşəkkil adlandırıb.

"Bu barədə Bozumbayev Rusiya mediasının sualını cavablandırarkən deyib.

“Azərbaycanlı həmkarlar identifikasiya işi baxımından çox mütəşəkkil işləyir və lazımi materialı verirlər. İndi biz Rusiya Federasiyası ilə də eyni işi görməliyik. İndiyə qədər Rusiya tərəfində belə mütəşəkkil iş görülməyib”, - o bildirib.

Baş nazirin müavini ilk gündə Rusiya mediasının hadisə yerinə gəlmədiyini də vurğulayıb.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırır

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:

• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Qroznı
• Mahaçqala

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.

Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

Dəyişikliklər yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilməsini, dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.

Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.
Day.Az-a Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Azərbaycan vətəndaşı 85 ölkəyə vizasız gedə bilər

"Biz Maldiv Respublikası ilə ümumvətəndaş pasportlarının sahiblərinin vizadan azad olunması məsələsini müzakirə edirik. Bu, Azərbaycan pasportunun dünyada yüksək səviyyədə qəbul olunmasının göstəricisidir".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Azərbaycanla Maldiv arasında diplomatik və xidməti pasportları olan şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqidlənməsinin müzakirəsi deyib.

"85 ölkə ilə vizasız rejimi qəbul etmişik. Onlardan 20 ölkə ümumvətəndaş pasportlarının sahibləri gediş-gəlişi təşkil edə bilər", - deyə komitə sədri bildirib.

Müzakirələrdən sonra Azərbaycanla Maldiv arasında diplomatik və xidməti pasportları olan şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqləyib.

Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,36 %-i səviyyəsində - 3 milyard 51,6 milyon manat həcmində kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Paşinyan həbs qorxusu ilə ölkədaxili savaş açdı: Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək

Paşinyan hakimiyyəti Ermənistanın keçmiş prezidentlərinin və erməni müxalifətinin üzərinə açıq hücuma keçib, rəsmi İrəvan növbəti parlament seçkilərinə qədər erməni müxalifətini “dəfn etmək” niyyətinə düşüb... Buna nail olunmazsa, Paşinyan hakimiyyətinin seçki məğlubiyyətindən yayına bilməsi o qədər də asan olmayacaq, nəticədə həm erməni baş nazir, həm də onun yaxın ətrafının həbs olunma təhlükəsi ön plana keçəcək...

"Yeni Müsavat" xəbər verir ki, Ermənistan cəmiyyətində növbəti dəfə siyasi-ictimai təlatümlərin ilkin əlamaətləri müşahidə olunmağa başlayıb. Belə ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanın siyasi məkanında hərəkətlilik artmaqdadır. Xüsusilə də, son vaxtlar Ermənistanda hakimiyyət və müxalifət arasında qarşılıqlı ittihamların intensivliyi daha dinamik xarakter almaqdadır. Və bu, onu göstərir ki, yaxın gələcəkdə Ermənistan cəmiyyətini növbəti dəfə kəskin qarşıdurmalar, sərt siyasi mübarizə mərhələsi gözləyir.

Onu da qeyd etmək lazımdır ki, parlament seçkiləri yaxınlaşdıqca Paşinyan hakimiyyətinin narahatlığı da artmaqdadır. Çünki Paşinyan hakimiyyətinin bir çox təmsilçiləri hazırda yalnız öz karyeraları deyil, həm də şəxsi gələcək taleleri ilə bağlı kifayət qədər ciddi problemlər yaşaya biləcəklərini düşünürlər. Baş nazir Nikol Paşinyan da öz davranışları ilə növbəti parlament seçkilərinə öz şəxsi maraqları üzərindən yanaşmaq məcburiyyətində qaldığını gizlətməkdə çətinlik çəkir. Və bu baxımdan, erməni baş nazirin siyasi manevrləri hazırda daha çox Ermənistan cəmiyyətinin dəstəyini öz arxasına almaq hədəfinə indeksləşib.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanın 44 günlük savaşda biabırçı məğlubiyyətinin hərbi-siyasi məsuliyyətini əsasən Rusiyanın üzərinə yükləməyə üstünlük verir. Ancaq Ermənistanın Rusiya kəşfiyyatına bağlı müxalif siyasi qüvvələri bu məsələdə yalnız Paşinyan hakimiyyətinin günahkar olduğunu ön plana keçirməyə çalışır. Və hazırda ictimai reytinqi çox aşağı düşmüş Paşinyan hakimiyyəti erməni toplumuna Ermənistanın əsas tarixi düşməni olaraq, təqdim olunur.

Təbii ki, belə situasiyada Paşinyan hakimiyyəti üçün növbəti parlament seçkilərində qələbə indi taleyüklü hədəfə çevrilmiş kimi görünür. Çünki bəzi ehtimallara görə, seçkilərdə məğlub olacağı təqdirdə, baş nazir Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyətinin bir çox təmsilçisi “dəmir barmaqlıqlar” arxasına düşmək təhlükəsi ilə üzləşə bilər. Və bu baxımdan, Paşinyan hakimiyyəti üçün seçkilər indi yalnız siyasi deyil, həm də həyati hədəfə çevrilmiş kimi görünür.

Maraqlıdır ki, Bayden administrasiyasının ABŞ-da seçki məğlubiyyətindən sonra Ermənistanın bəzi müxalif siyasi qüvvələri Paşinyan hakimiyyətinin küncə sıxışdırılması üçün yaxşı fürsətin yarandığını düşünməyə başlayıblar. Müxalif siyasi düşərgə təmsilçiləri hətta Paşinyan hakimiyyətinin əsas beynəlxalq dəstəyini itirmək üzrə olduğuna əmindirlər. Ona görə də, Ermənistan cəmiyyətində absurd və ənənəvi erməni narrativlərini siyasi manipulyasiya vasitəsinə çevirməklə, Paşinyan hakimiyyətinə qarşı daha güclü ictimai etiraz dalğası yaratmağa cəhd göstərirlər.

Nə qədər qəribə də olsa, erməni müxalifəti Paşinyan hakimiyyətinin üzərinə siyasi hücumları yenə də məhz sülh prosesi və “Qarabağ mövzusu”dan yararlanmaqla, təşkil etməyə çalışır. Erməni müxalifətçilər Paşinyan hakimiyyətini yekun sülh müqaviləsində “erməni əsirləri”, sərhədlərin demarkasiyası, blokadanın götürülməsi, nəqliyyat yollarının açılması, Azərbaycan qoşunlarının Ermənistan “ərazilər”indən çıxarılması, “artsax”lıların geri qaytarılması barədə məsələləri daxil edə bilməməkdə suclayırlar. Onların fikrincə, bu məsələlər yekun sülh sazişində yer almırsa, deməli, imzalanacaq sənədin məzmunu müəmmalıdır. Və Paşinyan hakimiyyətindən yekun sülh sazişinin imzalanmasından öncə Ermənistanın təhlükəsizliyinə beynəlxalq təminatçının müəyyən olunmasını tələb edirlər.

Ermənistan cəmiyyətində ənənəvi olaraq, belə düşüncə tərzi hökm sürür ki, guya rəsmi İrəvanın imzaladığı bütün dövlətlərarası sənədlər yalnız rəsmi İrəvanın istədiyi məzmunu daşımalıdır. Ona görə də, israrla ənənəvi erməni narrativlərinin yekun sülh sazişi kimi önəmli dövlətlərarası sənədin əsasını təşkil etməsini istəyirlər. Halbuki, bütün bunlar məntiqsiz olmaqla yanaşı, qeyri-mümkündür. Və yekun sülh sazişinin mətninin hazırlanmasında erməni narrativlərindən fərqli olaraq, daha bəşəri, sivil, eləcə də beynəlxalq hüquq normalarına uyğun məsələlər ön planda tutulur.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətində təhlükəli əhval-ruhiyyəni nəzərə almaq məcburiyyətində qalıb. Bu baxımdan, erməni baş nazir “Qarabağ mövzusu”nda məruz qaldığı ittihamları öz siyasi rəqiblərinə doğru yönəltməyin mümkün yollarını axtarmağa başlayıb. Belə ki, baş nazir Nikol Paşinyan özündən əvvəlki hakimiyyətlərin dövründə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların məzmunu ilə tanış olduğunu bildirib. Və vurğulayıb ki, sülh danışıqları birmənalı şəkildə məhz Qarabağın Azərbaycana verilməsi ilə bağlı aparılıb.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan özündən əvvəl Ermənistana rəhbərlik etmiş şəxsləri Qarabağı Azərbaycana vermək niyyətində ittiham etməyə çalışır. Erməni baş nazir bununla keçmiş prezidentlərin rəhbərlik etdiyi Ermənistan müxalifətini cətin vəziyyətə sala və bütün ittihamları qarşı tərəfə doğru çevirə biləcəyinə ümid bəsləyir. Hətta buna nail olmaq üçün Ermənistanın keçmiş prezidentlərini telekanallarda ictimai debatlara belə, dəvət edir. Və əsas məqsəd bu yolla – keçmişə bağlı bəzi məqamları ictimailəşdirməklə, erməni müxalifətini Ermənistan cəmiyyətində xəyanətə hazır siyasi qüvvə vəziyyətinə salmağa çalışır.

Maraqlıdır ki, Ermənistanın keçmiş prezidentləri hələlik baş nazir Nikol Paşinyanın ictimai debat təkliflərindən israrla yayınmağa çalışırlar. Əslində, bu, erməni müxalifəti üçün olduqca yolverilməz davranışdır. Çünki onların ictimai debatlardan yayınması hansısa mərhələdə Ermənistan cəmiyyətinin siyasi mövqeyinə təsir göstərə bilər və bu halda, Paşinyan hakimiyyətinin seçki hədəfləri daha əlçatan xarakter daşıyar. Və bu baxımdan, Paşinyan hakimiyyətinin olduqca hiyləgər daxili siyasi kampaniya apardığını da düşünmək olar.

Hər halda, hazırda Paşinyan hakimiyyəti Ermənistanın keçmiş prezidentlərinin və erməni müxalifətinin üzərinə açıq hücuma keçib. Bu proses hətta Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilməsinə qədər belə, inkişaf edə bilər. Çünki rəsmi İrəvan növbəti parlament seçkilərinə qədər erməni müxalifətini “dəfn etmək” niyyətinə düşmüş kimi görünür. Əks halda, Paşinyan hakimiyyətinin seçki məğlubiyyətindən yayına bilməsi o qədər də asan olmayacaq. Və bu halda, həm baş nazir Nikol Paşinyanın, həm də onun yaxın ətrafının həbs olunma təhlükəsi ön plana keçəcək.

Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər - Yenilənib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.

***

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

mətndə deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.

Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Bundan başqa, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik də dövlətimizin başçısına başsağlığı verib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.

İcazə verin, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.

İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.

Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram".

***

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

bu barədə məlumat Misir Prezidentinin rəsmi saytında yerləşdirilib.

Məktubda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verilib.

Misir Prezidenti həlak olanlara rəhmət, onların ailələrinə səbr, yaralılara isə şəfa diləyib. Bu ağır gündə Azərbaycanın yanında olduqları ifadə edilib.

Xəbər lenti