![]() |
|
Ukrayna birtərəfli qaydada Rusiya ilə olan 40 müqaviləni ləğv etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu TSN televiziyasına müsahibəsində Ukrayna Xarixi İşlər naziri Pavel Klimkin deyib. O, son zamanlar Kiyevin Moskva ilə 48 ikitərəfli razılaşmanı artıq dayandırdığını bildirib:
“Onlara çox ehtiyatla yanaşmaq lazımdır. Belə ki, biz razılaşmaları ləğv edərkən, bunun bizim vətəndaşlarımıza ziyan vurmamasına çalışırıq. Ukrayna Rusiya ilə bütün ikitərəfli razılaşmaları nəzərdən keçirir. 2014-cü ilə qədər imzalanan müqavilələrin heç bir mənası yoxdur”.