![]() |
|
2018.11.30. 23:21
ABŞ-ın Alyaska ştatında 7,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Mərkəzini (NOAA) məlumat veriib. Zəlzənin episentri Ankorica şəhərindən 12 km şimalda qeydə alınıb. Zəlzələ ocağı isə 35,5 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.
Bildirilib ki, yeraltı təkanlardan sonra bölgədə sunami təhlükəsi gözlənilir.
***
Ağ Ev zəlzələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda zəlzələ olayının diqqətdə saxlanıldığı, zərərçəkənlərin olub-olmaması ilə bağlı məlumatların dəqiqləşdirildiyi deyilib.
***
Sakinlərdən sunaminin nəticələrindən qorunmaq üçün evləri tərk edərək daha hündür yerlərdə mövqe tutmaları xahiş olunub.
Ştatda fövqəladə vəziyyət elan edilib.
Şəhərdə infrastruktura ciddi ziyan dəydiyi bildirilib, evlər və binalar zədələnib.