![]() |
|
Ukraynaya qardaşcasına yanaşma Rusiya sərhədini pozan gəmilərə qarşı daha ciddi tədbirlərin qarşısını aldı.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi mariya Zaxarova Rusiya-1 kanalındakı “60 dəqiqə” verilişində deyib. O bildirib ki, əgər “qardaş münasibəti” olmasaydı, indi o gəmilərdən əsər-əlamət qalmazdı:
Onun sözlərinə görə, heç bir ölkə bu münasibətə dözməz, uzun müddət onların dayandırılması üçün çağırış etməzdi:
“Əgər Keçrdə bu hərəkəti ABŞ, Cənubi Koreya, Yaponiya, Kanada, Avstraliya etsəydi, indi onların qayıqlarından heç bir qalıq da qalmamışdı”.
Zaxarova deyib ki, yalnız “qardaş Ukrayna” olduğu üçün sərhədçilərimiz saatlarla bununla məşğul olublar.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb.