![]() |
|
İran Birləşmiş Millətlər Təşkilatı Təhülkəsizlik Şurasının qadağasını pozaraq, ortamənzilli ballistik raketini sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.
“Bu raket Avropanın bir hissəsini və Yaxın Şərqdə hər hansı bir yeri vurma uzaqlığına sahibdir. Raketin sınaqdan keçirilməsi BMT TŞ-nin 2231 saylı qətnaməsini pozub. İranı nüvə silahı daşımaq potensialına malik ballistik raketlərlə bağlı bütün hərəkətlərini sonlandırmağa çağırırıq”, - deyə Pompeo bildirib.