![]() |
|
İsrail polisi Baş nazir Benyamin Netanyahu ilə həyat yoldaşı Sara Netanyahu haqqında rüşvət və korrupsiya ilə bağlı istintaq başladılmasını istəyib.
Axar.az xəbər verir ki, polis sözügedən istintaqın başladılması üçün kifayət qədər dəlilin olduğunu bildirib. Məsələ ilə bağlı danışan Netanyahu iddiaları rədd edib.
"Həyat yoldaşım və mənimlə bağlı verilmiş qərara heç təəccüblənmədim. Ancaq bütün bu ittihamları qəti şəkildə rədd edirik", - baş nazir bildirib.