Xumar Qurbanova: Möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrü


Məhəmməd Musayev - Çağdaş beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, dövlətin uğurları, inkişafı və qlobal səviyyədə ehtiramla qarşılanması ona rəhbərlik edən şəxsin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın 1993-cü ildən sonrakı tarixi güclü siyasi liderlərin dövlətin taleyindəki rolu  barədə ətraflı fikir yürütməyə imkan verir.

Məhz Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bütün problemlərdən xilas oldu, müstəqilliyimizin itirilməsinin qarşısı alındı. Ulu Öndər görkəmli siyasi xadimi kimi dövlətimizin etibarlı təməllərini yaratdı, inkişaf yollarını müəyyən etdi. Dövlətimiz qarşısındakı xidmətlərinə görə Heydər Əliyev xalqımızın Ümummilli Liderinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müdirkliyi,  şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi. 2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərimizi cənab İlham Əliyevi dəstəkləməyə çağıraraq demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

2003-cü ilin prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Preziden İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı. Təsadüfi deyil ki, cənab İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı  o dövrdə qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi.

Cənab İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın etimadına layiq görüldü. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayandı. Bu baxımdan ötən 21 ilin reallıqları göstərir ki, möhtərəm İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub. Bu illər ərzində Azərbaycanın iqtisadi 3 dəfədən çox böyüyüb, vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb. Cənab İlham Əliyev həm də «Cənub Qaz Dəhlizi»nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır.

Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.

Bütövlükdə, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq bütün dünya Azərbaycan regionun aparıcı dövləti kimi tanınır. Respublikamız həm də beynəlxalq münasibətlər sisteminin söz sahibi olan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrməsi də təsdiq edir. Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib.

Bütövlükdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür. Bu inkişaf və əldə edilən uğurlar ilk növbədə dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib.

Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi də gətirib.  Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Bütün bunlar da təbii ki, Prezident İlham Əliyevin yüksək siyasi keyfiyyətlərindən irəli gəlir.

Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız inanırdı ki, cənab İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək. Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrildi.

Qeyd edək ki, həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük antiterror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir. Bütün bunlar göstərir ki, məhz güclü siyasi liderlər öz xalqlarının və dövlətlərinin qarşısında dayanan istənilən taleyüklü məsələnin həllinə nail ola bilirlər.

Ötən ay Bakıda keçirilən COP29, dekabr ayından Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi diplomatiyanın növbəti mühüm uğurları oldu. Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Rəşadət Eyvazov - 2020-ci ildən bu yana Azərbaycan Respublikası Prezidentinin intonasiyası başqa müstəviyə adlayıb: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü! Bu cəsarət və hökmü ölkə başçısı müharibə dönəminin hərb meydanında qazanılan uğurlarla simvolizə edə bildi. Milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırlayaraq məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər qorudu, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Müharibədən sonra da hökmlü olmağı motivləndirən çox faktlar qoyuldu meydana: bir günlük antiterror əməliyyatı nəticəsində susdurulan düşmən, Azərbaycanın bayrağının Xankəndi və Xocalıda qaldırılması, CO29 kimi tədbirə ev sahibliyini uğurla sonuclandırması, iqlim diplomatiyasına verdiyi töhfə və son olaraq Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi!
İlham Əliyevin təhkiyəsindəki amiranəlik milli qürur və vüqarı dərindən dərk etməyin simvolu olmaqla yanaşı, həm də tarixin gedişinə, dəfələrlə təkrarlanan tarixin çarxına “dur” demək üçün vacibdir. Çünki tarix özünün təcrübə dərslərini adətən Şərqdə keçib, böyük eksperiment üçün siyasi-sosial poliqon axtararkən güdaza Azərbaycan verilib, qurban kimi Azərbaycan xalqı seçilib. Bütün geopolitik maraq və mənafelər bizim məkanda qovuşub və kəsişib. Bu gün miqyas ilk növbədə, İlham Əliyevin tarixə saldığı nəzərin ölçülərində dəyişib. Avropanı, Qərbi narahat edən, təşvişə salan bir də məsələnin bu tərəfidir.  İlham Əliyev dünyanı bürüyən qırmızını – qan rəngini yaşılla - dirilik, harmoniya, islam yolu, ədalət, sevgi və kamilliklə əvəzləməyin, bütün dünyanı məhz Yaşıl perspektivdə görmək istəyinin lideridir. Məsələnin bir də bu tərəfi onlara sərf eləmir. İstibdadın, zülmün əli ilə parçalanan, talan edilən, azadlığı əlindən alınan Azərbaycan yoxdur artıq. Əvəzində, ölkəsinin adını ən uca tribunalardan səsləndirməyə müvəffəq olan ölkə başçısının hünəri var. “Var millətimin imzası imzalar içində”! Bu sözü uca vurğu ilə söyləmək üçün İlham Əliyev az sınaq mərhələlərindən, az tarixi-siyasi aşamalardan keçmədi. İndiyə kimi bizim Azərbaycanla, Qarabağla, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimai fikrinə çatdırılması istiqamətində gördüyümüz işin əsas üsulu və məzmunu dünya erməni təbliğatına verilən təkzib və təshihlərdən ibarət idi. Bu gün artıq onların təbliği istiqamətində sistemli iş strategiyası və miqyaslı, qlobal nəzəri-elmi konsepsiya səviyyəsində fəaliyyət proqramı və metodologiyası təşəkkül tapıb. Və ən yaxşı cəhət odur ki, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə məxsus humanitar-mədəni və etik-əxlaqi meyarlar bu proqramın düşüncə və iş mövqeyində qorunub saxlanır.
Qarabağ problemi barədə dünya fikrinin anti-Azərbaycan rənglərdən xilas olması məhz, İlham Əliyevin planet miqyaslı təbliğat və əməli fəaliyyətinin nəticəsidir. Əslində, son illərdə Prezident mücadiləsini iki cəbhədə aparıb: ön cəbhədəki vəziyyəti neytrallaşdırmaqla və erməni yalanlarına qarşı zərərsizləşdirmə işi aparmaqla. Hər iki cəbhədən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərib. Çıxışlarının birində Prezidentin səsləndirdiyi bir fikrə diqqət çəkmək istəyirəm: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu gün İlham Əliyev xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam ekologiya, mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Amma tarixi bir qanunauyğunluğun bizə ötürdüyü ibrət dərsləri də az deyil. Bu dərslər sübut edir ki, hətta xalis torpaq məsələlərinə münasibətdə belə təkcə siyasi-intellektual fikir yox, həm də vicdan və mənəviyyat adlı bir elm də iştirak etməlidir. Bu gün İlham Əliyev ideya-fəlsəfi kompası, milli şüurla, milli tale ilə bağlı əxlaqi və mənəvi-vicdani təşəbbüsü bütünlükdə öz əlinə almağı bacarmışdır. O qədər ki, artıq bu mənəvi-vicdani təşəbbüsdən dünya üçün, bəşəriyyətin sabahı üçün narahatlığın miqyası görünür.
Bu gün ölkə başçısı elə strategiya əsasında hərəkət edir ki, Azərbaycana olan nüfuz, etimad artan, yüksələn xətlə özünün inkişaf dövrünü yaşayır. Dekabrın 19-da Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması xəbəri bu etimadın ən mötəbərlərindən biri sayılmalıdır.
Bu gün təşkilat cəhətdən vahid orqanizm kimi birləşmək istiqamətində yeni addımlar atılır. Azərbaycanın D-8-ə üzv olması dünya siyasi sistimi ilə əlaqələri daha da gücləndirəcəkdir. İndi bizim üçün doğma Şərq – türk və islam arealı bu gün dünyada yeni bir kontekstə çevrilə bilər. Ən ali səviyyədə - ən müasir təşkilat modeli ilə Azərbaycanın həmin kontekstin yaranmasında fəal şəkildə iştirakı şübhə doğurmur. Çünki o prinsiplər ki, D-8 təşkilatının qayəsini təşkil edir, Azərbaycanın siyasi reallığı, dövlət olaraq baxış, yanaşma prioriteti həmin prinsiplərə uyğundur.
Ötən əsrin əvvəllərində milli triadamızın banisi Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsində yazırdı ki, “… türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar" denilməsin!”.  Bu gün həmin arzu və idealların gerçəkləşdiyi tarixi yaşayırıq. İlham Əliyevin həm nəzəri, həm də əməli fəaliyyəti hərtərəfli, universal bir intibah şəxsiyyətini ifadə edir. Bu gün onun qədər miqyaslı məsələlər qaldıran, bütün İslam və Şərq hüdudlarında düşünən, Qərb tiranlarına meydan oxuyan siyasi-ictimai xadim göstərmək çətindir.  “Firəngləşmə” təhlükəsini isə (elə mifini də!) İlham Əliyev ona qarşı mübarizə elan etməklə çoxdan tarixə qovuşdurub. Bir də, zavallı Fransa! İndi onun heç “Avropa sivilizasiya”sına qatası heç bir dəyəri də qalmayıb!
Çağdaş zamanda müttəfiqlərin sayının çox olması istənilən ölkənin gücünün göstəricilərindən biridir. Azərbaycan onsuz da dünya birliyində nüfuz qazanıb. D-8 təşkilatına üzv olması isə bir çox ölkələrlə ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək. Birliyə üzvlük ölkəmizə investisiya cəlb olunmasına, eyni zamanda Azərbaycan kapitalının həmin dövlətlərin iqtisadiyyatına yönəldilməsinə ciddi təkan verəcək. Bu təşkilata üzvlük ölkələr arasındakı mədəni, siyasi, humanitar sahədə də əməkdaşlıq körpülərinin qurulmasına vəsilə olacaq. Biz tarixən üç dildə yaranan böyük mədəni, mədəni sərvətin sahibi olmuşuq və bu böyük irsdən bu gün də imtina etmirik. Azərbaycanda, müqəddəs türk torpağında yaranan bütün mənəvi-bəşəri sərvətlər də, müəllifinin etnik mənsubiyyətindən asılı olmayaraq, bizim ümumi sərvətimizdir. Bizim D-8-ə üzvlüyümüz ölkəmizin dostlar, müttəfiqlər dairəsini daha da gücləndirəcək, daim diri tutulan dostluq münasibətləri daha sistemli şəkildə dünyanın simasının müasirliyə, yeniliyə, inkişafa doğru dəyişilməsində təmələ çevrilməyi bacaracaqdır.
Bu məqamı xüsusi qeyd etmək istəyirəm. İlham Əliyevin təfəkkür tərzinə məxsus vüsətli, miqyaslı bir humanizm, və beynəlmiləlçilik, azadlıq anlayışları onu çağın liderləri sırasında fərqli edən amillərdəndir. Amma daha qiymətli və mənalı cəhət odur ki, İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda yüksək bəşərilik yüksək milliliklə vəhdətdə təzahür edir.  Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi ildən artıq zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması, təbliği və təqdimi ilə bağlı ardıcıl sərəncamlar imzaladı. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Azərbaycan Cümhuriyyəti ili”, “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili” ilə bağlı qərarları da həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlar olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir.
Gün­dən-gü­nə ye­ni­lə­şən, çağ­daş dün­ya me­ri­di­an­la­rın­da ye­ri­ni tapan, Şərq­dən Qər­bə, Qərb­dən Şər­qə ge­dən yol­la­rın qov­şa­ğın­da hər gün da­ha da çox mər­kəz, gö­rüş, ün­siy­yət mə­ka­nı ro­lu­nu oy­na­yan, bə­şə­riy­yə­tin ta­le­yi­ni dü­şü­nən ic­ti­mai-si­ya­si, ta­ri­xi-mə­də­ni, qlo­bal, mil­li və mul­ti­kul­tu­ral ide­ya­la­rın, ideo­lo­gi­ya­la­rın, mü­za­ki­rə və təd­bir­lə­rin əsl sı­naq mey­da­nı­na çev­ri­lən ən ye­ni Azər­bay­ca­nın ob­ra­zı Ümummilli lider Heydər Əliyevin ide­ya və ide­al­la­rı­nın tə­cəs­sü­mü olaraq, ona adekvat bir əməli fəaliyyətin barı, bəhrəsi şəklində İlham Əliyevin müdrik zəkasında gerçəklik və təzahürünü yaşayır. Bu gün həyata keçirilən layihələr, gerçəkləşdirilən əməllər də İlham Əliyevin – bu unikal tarix qəh­rə­ma­nı­nın si­ma­sın­da ən ye­ni Azər­bay­ca­nın qazan­dı­ğı qlo­bal uğur­la­rı XXI əsr­də dün­yanın hər yerindən görməyə imkan verir.
Bu maşınları alanlar həyatlarını təhlükəyə atırlar - XƏBƏRDARLIQ

Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.

xəzərxəbər bildirir ki, qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.

Avtomobil ustaları deyirlər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır.

Belə avtomobillər xüsən Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır. Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.

Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.

Eldəniz Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.

Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır.



Dəmir yollarında ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq ADY sıfır tullantı strategiyasını həyata keçirməyə davam edir.
 Yol-xeber.az" xəbər verir ki, Bu yanaşma nəticəsində 2023-cü ildən etibarən enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa nail olmuşuq. Eyni zamanda, günəş panellərindən istifadə sayəsində bu il ərzində 90 min kilovatdan çox enerji istehsal edilərək 8 min kubmetrdən çox təbii qaza qənaət edilib.
Hədəfimiz elektrikləşdirməni, rəqəmsallaşmanı, innovasiyaları, yaşıl enerjiyə keçidi və təkrar emalı daha da genişləndirməklə tullantısız gələcəyə töhfə verməkdir.
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ

Azərbaycanda dekabrın 24-də hava əsasən yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaq.

Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.

İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto

Dekabrın 22-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. 

Ümumilikdə 90 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrində 190 mərkəzdə keçirilib.

İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər. Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird respublika fənn olimpiadalarına qatılıb. 

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabr, X-XI siniflər üçün isə 29 dekabr tarixində keçiriləcək.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.

Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

 

Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu

Torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklər yeni ildən qüvvəyə minir.

 yanvarın 1-dən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək.

Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlar elə hesab edir ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, inşa edilmiş "özbaşına" tikililərin sənədləşdirilməsinə başlanılacaq, yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək.

Ekspert isə deyir ki, bu iddialar həqiqəti əks etdirmir.

Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”


“Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs olunarkən əlbəttə ki, Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbə və bu qələbədən doğan möhtəşəm nəticələr xüsusi qeyd olunmalıdır. Dövlət başçımızın gələcəyə xidmət edən strategiyası sayəsində bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır”.

Bu sözləri ölkə mətbuatına verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. “Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əlbəttə ki, parlaq qələbələrimizdən daha biri kimi keçən ilin sentyabr ayında keçirilmiş bir günlük antiterror əməliyyatının nəticələri göstərilməlidir. Bu tədbir nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətlə etdiyi çıxışında bu sözləri dedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”. Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin hər bir vədinə mütləq əməl edən qətiyyətli bir siyasi lider olduğunu bilir.”

Bu gün Azərbaycanın bütün dünyada islahatlar ölkəsi olaraq qəbul edildiyini vurğulayan K.Qafarov ölkəmizin qlobal miqyasda tanınan nailiyyətlərindən bəhs edib: “Diqqətəlayiq faktlardan biri kimi qeyd edə bilərik ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması və 190 dövlət arasında 25-ci yeri tutması da ölkəmizin dünya birliyinə uğurlu inteqrasiyasının göstəricilərindən biridir. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Xüsusi nailiyyətlərdən biri də əlbəttə ki, Azərbaycanın artıq “kosmik ailənin” üzvü olmasıdır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.”

K.Qafarov Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində ölkəmizin qısa zamanda dünyada tolerantlıq məkanı olaraq tanındığını və bu günlərdə Bakıda öz işini başa çatdırmış BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da bunun daha bir möhtəşəm təsdiqi olduğunu diqqətə çatdırıb: “Azərbaycanın sədrliyi ilə keçən və bu günlərdə öz işini başa çatdırmış COP29 möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti İlham Əliyev bu tədbirin ən yüksək səviyyədə keçirildiyini vurğulayaraq Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi qeyd edib. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Nəticə olaraq bütün dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Bütün bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə sahib olduğu yüksək şəxsi nüfuzu, dövlət başçımızın məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi praqmatik müstəqil siyasət kursu durur”.
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI

Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.

Qərarı şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilib:

“Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

- əmək kitabçasının surəti;

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

Xəbər lenti