“Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı

“Donald Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Amma müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır”.

Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, siyasətdə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir:

“Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir. Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.

Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur.

Bu hadisə bir daha sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir.

Beləliklə, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Artıq dünyanın yeni Adam Smitlərə, Devid Rikardolara, Con Millərə, Con Keynslərə və yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var”.

Tramp: İrana qarşı hərbi əməliyyatlara İsrail rəhbərlik edəcək

Tərəflər nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, İsrail İrana qarşı potensial hərbi əməliyyata rəhbərlik edə bilər.

“The Times of Israel” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp jurnalistlərin Tehranın nüvə sazişi ilə razılaşmadığı təqdirdə İrana qarşı hərbi vasitələrdən istifadənin mümkünlüyü ilə bağlı sualına cavab olaraq, əmin edib ki, bunun üçün hərbi vasitələrə ehtiyac olarsa, tətbiq olunacaq.
"İsrail açıq-aydın bu işdə çox iştirak edəcək. Onlar İrana qarşı hərbi əməliyyatların lideri olacaq", - Tramp

Nəşr Trampın İrana iki ay vaxt verdiyini qeyd edib.

"Vaxtımız azdır... Onların nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Mən İranın böyük olmasını, çiçəklənməsini istəyirəm. Onların malik ola bilməyəcəyi yeganə şey nüvə silahıdır. Onlar bunu başa düşürlər", - ABŞ prezidenti vurğulayıb.

danisiqlar-30-deqiqe-sonra-baslayir

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar Moskva vaxtı ilə 10:00-da (Bakı vaxtı ilə 11:00) başlayacaq.

Bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

tramp-putine-cox-qezeblidir

“ABŞ Prezidenti Donald Tramp atəşkəslə bağlı verdiyi vədləri yerinə yetirməyən Putinə çox qəzəblidir”.

“nv.ua” saytı xəbər verir, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.

“Onların danışdıqları hər şeyi bilməsək də, çox şey bilirik. Ukraynada atəşkəs Trampın ideyasıdır. Biz başa düşürük ki, bu, müharibəni bitirmək üçün ilk addımdır. Onun da bunda marağı var. Biz onun planını addımlarımızla dəstəkləyirik. Volodimir Putin isə hər şeyi əksinə edir”, - deyə Ukrayna dövlət başçısı bildirib.

turkiyede-meden-cokdu-13-yarali

Türkiyədə mədəndə çökmə baş verib.

“TRT Haber xəbər verir ki, hadisə Ankaranın Beypazarı rayonunda qeydə alınıb.

Belə ki, çökmə nəticəsində 13 nəfər yaralanıb, onlardan 1-nin vəziyyəti ağırdır.

Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. İkisi isə Ankaraya aparılıb.

Qeyd olunub ki, hadisə zamanı mədəndə 29 işçi olub.

SEPAH İran-Ermənistan hərbi təlimlərinin məqsədini açıqladı

Sülh təlimləri iki gün ərzində sərhədyanı Norduz bölgəsində keçiriləcək.

"Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliulla Mani İran və Ermənistan arasında sərhədyanı bölgədə keçiriləcək hərbi təlimlər barədə danışarkən deyib.

"Ora heç bir təhlükə yoxdur, ona görə də bu təlimlər sülh xarakteri daşıyır. Təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub. Onlar regionda davamlı sülh kontekstində həyata keçirilir. Əsas məqsəd sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsidir.

İki ölkə arasındakı sərhədyanı bölgələr regionun həssas coğrafi yerləşməsi baxımından strateji əhəmiyyətə malikdir. Ümid edirik ki, təlimlər qarşıya qoyulan məqsədlərə və cədvələ uyğun şəkildə keçiriləcək", – deyə o vurğulayıb.

Qeyd edək ki, İran Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirəcəyini elan edib.(axar.az)

ABŞ Çinlə müharibəyə hazırlaşır – Yaxın Şərq bombalanır, arsenal boşalır

ABŞ Çinə qarşı mümkün hərbi qarşıdurmaya hazırlaşır.

“The New York Times” nəşri bu barədə geniş araşdırma dərc edib. Məqalədə qeyd olunur ki, Amerika hərbi rəhbərliyi Asiya-Sakit okean bölgəsində Çinin artan hərbi gücünə qarşı tədbirlər görməkdədir. Lakin paralel olaraq Yaxın Şərqdə – xüsusən Yəməndə baş verən bombardmanlar ABŞ-ın strateji planlarını çətin duruma salıb.

Məqalədə vurğulanır ki, ABŞ ordusu hazırda bir dilemma ilə üz-üzədir: Yaxın Şərqdə davam edən gərginlik səbəbindən bölgəyə əlavə silah və hərbi texnika göndərmək məcburiyyəti yaranıb. Bu isə Vaşinqtonun Çinlə bağlı ehtiyat planlarını zəiflədə bilər.

“The New York Times” yazır ki, Pentaqon daxilində ciddi narahatlıq hökm sürür. Çünki Yaxın Şərqə silah daşınması Asiya regionunda yerləşdirilən silah ehtiyatlarını azalda və nəticədə ABŞ-ın Çini balanslaşdırmaq imkanlarını zəiflədə bilər. Rəsmi mənbələrə görə, bu vəziyyət ABŞ-ın “iki cəbhədə” eyni anda güc tətbiq etmə qabiliyyətini sual altına alır.

Ekspertlər bildirirlər ki, ABŞ administrasiyası hazırda həm Yaxın Şərqdə artan təhlükələri, həm də Çinin Tayvan və Cənubi Çin dənizindəki iddialarını eyni vaxtda nəzarətdə saxlamağa çalışır. Lakin bu, hərbi və iqtisadi resursların bölüşdürülməsində ciddi təzyiq yaradıb.

Məlumatlara görə, Pentaqon bəzi silah və texnikanın Çinə qarşı deterrent (uzaqlaşdırıcı) məqsədlə Asiyada qalmasını istəyir. Amma Yəməndəki husilərin hücumları və bölgədəki qeyri-sabitlik ABŞ-ı digər prioritetlərə yönəltməyə məcbur edir.

Hazırda rəsmi Vaşinqton bu məsələlərlə bağlı ictimaiyyətə açıq bəyanatlar verməkdən çəkinir. Lakin ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə ABŞ-ın xarici siyasət kursunda önəmli dəyişikliklər baş verə bilər.

Netanyahudan Türkiyə açıqlaması: İsrailə təhlükə yaradır

“Türkiyənin Suriyada hərbi baza qurmaq istəyi İsrail üçün təhlükə yaradır. Biz buna qarşıyıq və buna uyğun hərəkət edirik".

Bunu İsrailin baş naziri Benyamin Netanyahu Trampla keçirdiyi mətbuat konfransında deyib.

“Dostum və Prezident Ərdoğanın dostu Prezident Tramp, yardımınıza ehtiyacımız olsa, bu məsələni sizinlə danışarıq”, - Netanyahu Trampın Ərdoğan haqqında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

ABŞ-dən İstanbuldakı görüşlə bağlı açıqlama

Aprelin 10-da İstanbulda ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək ikinci görüşdə Ukraynanın təhlükəsizliyi məsələsi müzakirə edilməyəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.

"ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli missiyalarımızın əməliyyatlarının daha da sabitləşdirilməsində irəliləyiş əldə etmək üçün aprelin 10-da İstanbulda ikinci dəfə görüşəcək", - o qeyd edib.

Bryus danışıqlar zamanı heç bir siyasi və ya Ukraynanın təhlükəsizliklə bağlı məsələnin gündəmdə olmayacağını vurğulayıb. "Bu danışıqlarda ümumi olaraq ikitərəfli münasibətlərin normallaşdırılmasına deyil, yalnız səfirliyimizdəki əməliyyatlara diqqət yetirilir. Bu, yalnız Rusiya ilə Ukrayna arasında sülh əldə olunduğu zaman baş verə bilər", - Bryus əlavə edib.

"Bloomberg": Tramp ABŞ-ı qapalı iqtisadiyyata çevirir və dolların etibarını sarsıdır

Dünyada artıq ABŞ milli valyutasının - dolların sabit və etibarlı aktiv olub-olmaması ilə bağlı şübhələr yaranır. Əgər ABŞ-ın hazırkı administrasiyası eyni siyasəti davam etdirsə, dollar inkişaf etməmiş ölkələrin pul vahidlərinə bənzəyəcək.

Bu barədə "Bloomberg" agentliyinin şərhçisi Şuli Jen bildirib.

Məqalə müəllifinə görə, dolların statusunun zəifləməsinə səbəb ABŞ prezidenti Donald Trampın bir çox ölkələrə qarşı tətbiq etdiyi yüksək gömrük rüsumlarıdır. Şuli Jen hesab edir ki, Tramp bu addımları ilə ABŞ-ı qapalı iqtisadiyyata çevirir və bununla da dolların beynəlxalq aləmdəki etibarını sarsıdır. Onun sözlərinə görə, dollar ətrafında artıq ciddi müzakirələr başlanıb.

"Əgər ABŞ iqtisadi cəhətdən bir adaya çevrilirsə, o zaman dolları almağın mənası nədir?” deyə Jen yazıb.

Qeyd olunur ki, 2 aprel tarixində Tramp bütün idxal mallarına 10% həcmində bazar rüsumu tətbiq ediləcəyini açıqlayıb. Bəzi ölkələr isə daha yüksək tariflərlə üzləşib. Ümumilikdə, bu tədbirlərin əhatə etdiyi ölkələrin sayı 185-ə çatıb. Siyahıya Birləşmiş Krallıq, Çin, Yaponiya, Avropa İttifaqı ölkələri və keçmiş SSRİ-dən olan Qazaxıstan, Moldova və Ukrayna daxildir. Rusiya və Belarus isə siyahıda yer almayıb, çünki artıq ABŞ-ın ağır tarif və sanksiyaları ilə üzləşiblər.

Ekspertlər Trampı bu siyasətin ABŞ-da məhsulların qiymətinin artmasına və qlobal tədarük zəncirlərinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdar ediblər. Lakin Tramp bu tədbirləri ölkənin milli maraqlarını qorumaq məqsədi ilə atdığını bildirir.(qaynarinfo)

Xəbər lenti