“Qarabağ” ÇL-də 2-ci təsnifata yüksəldi!

“Qarabağ”ın ötən il olduğu kimi bu il də UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib.

PSJ-nin “Arsenal”ı Çempionlar Liqasında məğlub edərək finala yüksəlməsi ilə “Slovan Bratislava” və “Qarabağ” klubları turnirdə 1-ci təsnifatdan 2-ci təsnifata yüksəlib.

Bu nəticələrdən sonra “Olimpiakos” klubu da 2-ci təsnifatdan birbaşa Liqa mərhələsinə yüksəlib.(Qafqazinfo)

UEFA Çempionlar Liqası: Bu gün son finalçı müəyyənləşəcək

UEFA Çempionlar Liqasında bu gün son finalçı müəyyənləşəcək.

PSJ ilk oyunda 1:0 hesabı ilə üstələdiyi "Arsenal"ı qəbul edəcək.

Görüş saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

7 may

23:00. PSJ (Fransa) - “Arsenal” (İngiltərə)

İlk oyun - 1:0.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

cl-de-ilk-finalci-belli-olur

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

ilk finalçının adına İtaliyada aydınlıq gələcək.

“İnter” doğma meydanda “Barselona”nı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) (ilk oyun - 3:3)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.

Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Məşhur güləşçimiz dopinqə görə idmandan uzaqlaşdırıldı

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.

Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) xəbər verir ki, buna idmançının analizində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində "S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium" aşkarlanıb.

M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Velosiped Federasiyanın yeni prezidenti: Məqsədimiz bu idman növünü ən yüksək zirvələrə qaldırmaqdır

Mənə göstərilən etimadı doğrultmağa çalışacağam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Zaur Axundov deyib.

O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib: "Məqsədimiz velosiped idmanını ən yüksək zirvələrə qaldırmaq və Azərbaycan təmsilçilərini beynəlxalq yarışların podiumlarında görməkdir. Turnirlərdə uğurlu nəticələr qazanmaq hədəfindəyik.Bu sahədə olan mütəxəssislərin prespektivliyini artırmaq üçün çalışacağıq. İstəyirik ki, məhz ölkəmizdən bu sahəni bilən və sevən adamlar daha çox olsun. Planlarımız qarşıdadır. Addım-addım bunları həyata keçirməyə başlayacağıq. Velosiped idman növünü populyarlaşdırılmasına davam edəcəyik".

azerbaycan-klublarindan-traktora

Xəbər verdiyimiz kimi Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.

“Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycanın “Qarabağ”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” və başqa klubları təbrizliləri təbrik edib. Bununla bağlı rəsmi səhifələrdə paylaşım edilib.

Qeyd edək ki, “Traktor” sona 2 tur qalmış ən yaxın rəqibi “Sepahan”la xal fərqini 8-ə çatdırıb. Ötəngünkü oyunda Təbriz klubu “Şəms Azar”i (Qəzvin) dörd cavabsız qolla darmadağın edib.

 

 



 
“Traktor” çempion oldu

Təbrizin “Traktor” klubu bu gün İran Pro Liqasında növbəti oyununa çıxıb.

Turnir cədvəlinin lideri səfərdə “Şəms Azar”la (Qəzvin) üz-üzə gəlib.

Qarşılaşma “Traktor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Paralel keçirilən oyunda isə “Traktor”un ən yaxın izləyicisi “Sepahan” öz meydanında “Qol Qohar”a uduzub - 1:2. Bununla da Güney Azərbaycan təmsilçisi xallarının sayını 64-ə çatdıraraq sona 2 tur qalmış tarixində ilk dəfə çempionluğu bayram edib.

Mədət Quliyevin yerinə o seçildi

Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib.

AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra AVF-nin baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.

Tədbirdə AVF prezidenti Mədət Quliyev çıxış edərək, təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək qurum rəhbərliyinə uğurlar arzulayıb.

“Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin yeni prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Zaur Axundov çıxış edərək etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

"Real"ın müdafiəçisi xəstəliyə tutuldu: Karyerasını erkən başa vura bilər

Almaniya milli komandası və "Real Madrid" klubunun üzvü Antonio Rüdigerin karyerası vaxtından əvvəl başa çata bilər.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçiyə erkən kirəcləşmə (osteoartrit) - oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik diaqnozu qoyulub. Adətən bu xəstəlik yalnız 40-50 yaşlarında oynaqlara təsir edir, lakin alman ulduz son 8 aydır ki, ağrıkəsicilərlə oynayır.

Rüdigerin diaqnoz nəticəsində xəstəliyin 4-cü mərhələsində olduğu ortaya çıxsa və oynaq tamamilə məhv olsa, bu, onun karyerasının sonu olacaq.

Qeyd edək ki, "Toni" 2022-ci ildən bəri "Kral klubu"nun formasını geyinir.

barselona-interi-qebul-edir

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları keçirilir.

ikinci oyun günündə “Barselona” İspaniyada “İnter”i qonaq edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

30 aprel

23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər oyununda PSJ səfərdə “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.

Xəbər lenti