![]() |
|
Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı başlayıb.
APA xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin paradı qəbul edir.
Paradda Azərbaycan hərbçiləri keçid edib. Keçidə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.
Təbrikdə deyilir:
"Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İnstaqramda 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!"
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.
Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkəsindəki hesabında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.
Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.
2025-ci ilin mayında Almaniyada keçirilmiş federal seçkilər ölkənin siyasi kursunda dönüş nöqtəsi oldu.
Musavat.com xəbər verir ki, səslərin əksəriyyətini Xristian-Demokrat İttifaqı (CDU) qazandı və partiyanın sədri Fridrix Mers (Friedrich Merz) Almaniyanın 10-cu Federal Kansleri kimi vəzifəyə başladı.
Bu nəticə Angela Merkelin rəhbərliyi ilə formalaşmış mərkəzçi siyasətdən sağ-mühafizəkar xəttə keçidin rəsmi təsdiqi kimi qiymətləndirilir.
Fridrix Mers 1955-ci il noyabrın 11-də Almaniyanın Brilon şəhərində anadan olub. Hüquq təhsili alan Mers 1980-ci illərdən etibarən siyasi fəaliyyətə qoşulub. 1989–1994-cü illərdə Avropa Parlamentində təmsil olunub, sonra isə uzun müddət Bundestaqda – Almaniya Federal Məclisində fəaliyyət göstərib. 2009-cu ildən sonra bir müddət siyasətdən uzaqlaşıb və özəl sektorda, o cümlədən Amerikanın “BlackRock” maliyyə nəhəngində çalışıb. 2021-ci ildə siyasətə geri dönən Mers, 2022-ci ildə CDU-nun sədri seçilərək partiyasını əvvəlki mövqeyindən daha sağa istiqamətləndirdi. Onun rəhbərliyi altında CDU milliyyətçi və iqtisadi liberallığı önə çıxaran mövqe sərgiləməyə başladı.
Yeni hökumət CDU/CSU və Sosial-Demokrat Partiyası (SPD) arasında qurulmuş koalisiya ilə formalaşıb. Mersin kansler kimi ilk addımlarından biri xarici siyasətdə strateji postlara təcrübəli və prinsipial şəxsləri gətirmək oldu. Bu çərçivədə ən mühüm təyinatlardan biri də Yohann Vadeful (Johann Wadephul) oldu – o, Almaniyanın yeni Xarici İşlər Naziri təyin edildi.
Yohann Vadeful 1963-cü il fevralın 10-da Almaniyanın Husum şəhərində anadan olub. Kiel Universitetində hüquq təhsili almış Vadeful uzun illər siyasətdə müxtəlif vəzifələrdə çalışıb. 2009-cu ildən Bundestaqda CDU/CSU fraksiyasının üzvü olan Vadeful, xüsusilə xarici siyasət, müdafiə və Avropa məsələləri üzrə məsuliyyət daşıyıb. Onun çıxışları və bəyanatları xarici siyasətdə sabitlik, beynəlxalq hüquq və insan haqlarının müdafiəsi ilə yanaşı, Cənubi Qafqazla bağlı məsələlərdə də obyektivliyi ilə seçilib.
Vadefulun adı Azərbaycanda xüsusilə diqqət çəkir. O, çıxışlarında “Qarabağ Azərbaycandır” fikrini açıq şəkildə ifadə edən azsaylı Qərb siyasətçilərindən biridir. Bu bəyanat təkcə diplomatik baxımdan deyil, həm də beynəlxalq hüquqa hörmətin ifadəsi kimi dəyərləndirilib. Onun xarici işlər naziri postuna gətirilməsi Azərbaycanın maraqları baxımından xüsusi önəm daşıyır. Vadeful, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazın geosiyasi reallıqları barədə balanslı və realist baxışlara malik siyasətçi kimi tanınır.
Yeni Almaniya hökumətinin bu tərkibi rəsmi Bakı üçün yeni imkanlar yaradır. Fridrix Mersin transatlantik siyasətə sadiqliyi, NATO və ABŞ ilə sıx əməkdaşlıq xəttinə üstünlük verməsi, eləcə də enerji təhlükəsizliyi və beynəlxalq sabitliyə verdiyi əhəmiyyət, Azərbaycan üçün strateji tərəfdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol fonunda bu münasibətlər daha da dərinləşə bilər.
Xatırladaq ki, 2024-cü ilin sonunda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin (Frank-Walter Steinmeier) Ermənistana səfəri və bu səfər zamanı sosial mediada yayımlanan bəzi qeyri-balanslı görüntülər Azərbaycanda narazılığa səbəb olmuşdu. Bu hadisədən sonra Almaniyanın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış, rəsmi etiraz bildirilmişdi. Yeni hökumət və xüsusilə Vadefulun təyinatı bu cür balanssızlıqların gələcəkdə təkrarlanmaması üçün əhəmiyyətli göstəricidir.
Nəticə olaraq, Fridrix Mersin kanslerliyi ilə başlayan yeni dövr Almaniya üçün olduğu qədər, Azərbaycan üçün də mühüm perspektivlər açır. Berlin-Bakı xəttində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi, yalnız enerji və iqtisadi sahələrlə məhdudlaşmamalı, siyasi dialoq və təhlükəsizlik sahələrini də əhatə etməlidir. Bu əməkdaşlıqda Azərbaycanın ərazi bütövlüyünü tanıyan, reallıqları qəbul edən və Cənubi Qafqaz regionunu strateji önəmdə görən şəxslərin Almaniya hökumətində təmsil olunması mühüm fürsət pəncərəsidir.
Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı Bəyanat qəbul edib.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.
Bəyanat mətnini deputat Bəhruz Məhərrəmov səsləndirib.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsaslarla ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu nümayiş etdirir. Bu Sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərləri və mirasına əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.
Milli Məclis son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir”.
Bəyanat səsə qoyularaq qəbul edilib.