![]() |
|
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
“Yol-xeber.az” xəbər verir ki, Sözügedən küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Sabunçu rayonu Savalan yaşayış massivinin uzunluğu 2.15 km, hərəkət hissəsinin eni 6 metr olan Sadiq Feyziyev küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.
“Yol-xeber.az” xəbər verir ki, Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır.
Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Hazırda küçədə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər) yenidənqurma işləri aparılır.
“Yol-xeber.az” xəbər verir ki, Uzunluğu 1100 metr təşkil edən sözügedən küçənin hərəkət hissəsinin eni 14 metrdir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir. Küçə boyu 5 metr enində yeni piyada səkilərinin tikintisi icra olunur, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforların və siqnal dirəklərinin quraşdırılması, zəruri yerlərdə yol nişanlarının qoyulması, yolcizgi, yolgöstərici, həmçinin piyada zolaqlarının çəkilməsi ilə küçənin sözügedən hissəsi qısa müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.
“Yol-xeber.az” xəbər verir ki, Belə ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş vermişdi.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırıldı.
Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunaraq bərpa işlərinə başlanıldı. Artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.
Məlumat üçün bildirək ki, qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə təmir işləri icra olunur.
“Yol-xeber.az” xəbər verir ki, Sözügedən küçənin uzunluğu 600 metr təşkil edir.
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 2 küçəsində rəmir işləri icra olunur.
“Yol-xeber.az” xəbər verir ki, Sözügedən qəsəbənin uzunluğu 500 metr təşkil edən 16 və 900 metr uzunluğa malik 17-ci küçələrində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, torpaq əsaslı olan hər iki küçənin ortalama eni 6 metr təşkil edir.
Təmir çərçivəsində küçələrdə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçələrin profilə salınması işləri aparılıb. Hazırda hər iki küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam etdirilir.
“Yol-xeber.az” xəbər verir ki, Uzunluğu 45 kilometr olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız-qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Dövlət başçısının tapşırığına uyğun olaraq, artıq bu problemlər aradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir.
"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. Artıq yolun 34 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə düzbucaqlı və müxtəlif diametrlərə malik suötürücülərin tikintisi yerinə yetirilib. Yolboyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər artıq icra olunub. Hazırda körpülərin yanaşma yollarının tikintisi son mərhələdə olmaqla davam etdirilir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmimş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Zərdab rayonunun Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
“Yol-xeber.az” xəbər verir ki, Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
18 km uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni 6 metrə qədər nəzərdə tutulub.
Hazırda tikinti işləri yolun uzunluğu 5.4 km təşkil edən Məlikumudlu hissəsi üzrə icra olunur. Sözügedən hissədə torpaq işləri yekunlaşıb, hazırda suötürücü boruların inşası və bəzi yerlərdə yol əsasının tikintisi aparılır.
Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək.
“Yol-xeber.az” xəbər verir ki, Lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir.
Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir.
Lokomotivlərin xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur.
Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.