![]() |
|
Putin Qələbə Gününün ildönümü ilə əlaqədar Moskvaya gələn xarici liderlər üçün verdiyi qala-ziyafət iştirak edib.
Şam yeməyində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri qonaqları ənənəvi rus və xarici mətbəxin təamlarından dadıblar. Qonaqlara xərçəng və çiyələkli salat, dana əti ilə borş və ya kareliya balığı şorbası, nərə balığından hazırlanan xəngəl və şuka balığının kürüsü təqdim edilib.
Menyuya həmçinin mini tərəvəzli halibut (paltus) filesi, yabanı göbələkli maral əti və ya qulançar ilə karamelize edilmiş ördək, desertlərə isə vanilli dondurma və buludlu şərbət ilə alma pastası daxildir. Spirtli içki kimi Krım və Kuban şərabları təqdim olunub.
Mayın 8-də axşam təşkil edilən qala şam yeməyində Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Qırmızı Meydanda keçiriləcək paradda iştirak edəcək üçə yaxın ölkənin rəhbərləri və digər mötəbər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, 27 dövlətin başçısı Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvadadır.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də tədbirə dəvət edilsə də, iştirakdan imtina edib.
Biz sülh üçün gələcək səylərin, xüsusən də atılacaq konkret addımların zəruriliyini müzakirə etdik.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon söhbətinin detallarını açıqlayarkən bildirib.
Rusiya ilə atəşkəs məsələsini müzakirə edən Zelenski bildirib ki, Kiyev 30 günlük atəşkəsə hazırdır.
"Rusiyanın bu təkliflə razılaşacağını gözləyirik. Mən də təsdiqlədim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır. Amma bunun üçün Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən başlayaraq müharibəyə son qoymaq niyyətinin ciddiliyini nümayiş etdirməlidir. Prezident Tramp təsdiqlədi ki, bu müharibəyə son qoymaq istəyir, kömək etməyə hazırdır", - Zelenski bildirib.
ABŞ-ın Rusiyaya qarşı sərt mövqeyə keçməsi və Türkiyə ilə taktiki yaxınlaşması Ukrayna savaşının dayandırılması üçün yeni diplomatik kanalların açılmasına səbəb ola bilər... Türkiyənin vasitəçiliyi şəraitində Rusiyanın Ukrayna böhranı üzrə daha ciddi kompromislərə məcbur qalacağı da qətiyyən istisna deyil və indi Kreml taleyüklü seçim qarşısında qalıb...
Ukrayna savaşı qlobal məkanda yeni ziddiyyətlərin və fərqli ittifaqların yaranmasına yol açmağa başlayıb. Belə ki, Tramp adminstrasiyası hakimiyyətə gəldikdən dərhal sonra ABŞ və Rusiya arasında açıq-aşkar yaxınlaşma müşahidə edilməkdəydi. Ancaq son vaxtlar Kremlin Ağ Evdə hazırlanmış sülh planlarını pozan addımlar atması, xüsusilə də, yolverilməz maksimalist şərtlər irəli sürməsi ABŞ və Rusiya arasında kəskin ziddiyyətlər yaratmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Ağ Ev ABŞ-ın Ukrayna böhranının nizamlanması prosesində vasitəçilikdən imtina etdiyini artıq rəsmən bəyanlayıb. Üstəlik, Tramp adminstrasiyası bu barədə qəbul olunmuş prinsipial qərarı məhz prezident Vladimir Putinin sülh prosesinə birbaşa əngəl törətməsi ilə arqumentləşdirib. Və bununla da Ağ Ev Ukrayna savaşının dayandırılması prosesinin iflasa uğradılmasına görə bütün hərbi-siyasi məsuliyyəti məhz Rusiyanın üzərinə yükləyib.
Maraqlıdır ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılmasında israrlı olduğunu da qətiyyən gizlətmir. Hətta ABŞ prezidenti Donald Tramp bu məsələ ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon müzakirəsi də aparıb. Eyni zamanda, Ağ Ev sahibi bəyan edib ki, Ukrayna savaşının dayandırılması prosesində prezident Rəcəb Tayyib Ərdoğanla əməkdaşlığın başlanmasını səbrsizliklə gözləyir. Və belə anlaşılır ki, Ağ Ev bu məsələdə Türkiyənin Rusiyaya təsir mexanizmlərini ön plana çıxarmaq niyyətindədir.
Məsələ ondadır ki, Ukrayna savaşı hazırda Türkiyə-ABŞ münasibətlərini yeni inkişaf mərhələsinə keçirə biləcək önəmli geopolitik faktora çevrilməkdədir. Çünki Rusiya-Ukrayna müharibəsi, yalnız Avropanın deyil, bütövlükdə qlobal geosiyasi düzənin yenidən formalaşmasına səbəb ola biləcək qəliz bir hərbi-siyasi böhrandır. Bu prosesdə ABŞ və Türkiyə kimi regional və qlobal aktorların mövqeləri və qarşılıqlı əməkdaşlıq imkanları böyük önəm daşıyır.
Xüsusilə də ABŞ-da prezident Donald Trampın yenidən hakimiyyətə qayıtması ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla qurduğu şəxsi münasibətlər Ukrayna böhranının nizamlanmasında daha geniş geopolitik manevr imkanları aça bilər. Ona görə də, Türkiyə və ABŞ-ın Ukrayna savaşının dayandırılması prosesinə yönəlik ortaq maraqları ilə yanaşı, bəzi ziddiyyət nöqtələri də xüsusi əhəmiyyət daşıyır. Və hər iki dövlətin Ukraynanın ərazi bütövlüyünün bərpasını və regional sabitliyin qorunmasını strateji prioritet kimi dəyərləndirməsi əsas ortaq prinsip kimi görünür.
Ancaq bu məqsədlərə çatmaq üçün seçilən vasitə və metodlar əhəmiyyətli dərəcədə fərqlənir. Son vaxtlar Rusiya ilə kəskin ziddiyyətlərin ortaya çıxmasından sonra Ağ Ev artıq Kremli sülh prosesi qarşısında əsas əngəl olaraq, qəbul edir. Rusiyanın aqressiv tərəf olduğunu vurğulayır və yeni sərt sanksiyalar ilə hədələyir. Və bu, ABŞ-Rusiya dialoqunun artıq pozulmaq üzrə olduğunu göstərir.
Türkiyə isə Rusiya və Ukrayna arasında neytrallığı qorumağa, hər iki tərəflə eyni məsafədə qalaraq, vasitəçilik imkanlarını artırmış kimi görünür. Bu fərqli yanaşmalar, ABŞ və Türkiyənin Ukrayna savaşına münasibətdə üzlaşma imkanlarını artırmaqla yanaşı, həm də yaxın gələcəkdə uzunmüddətli strateji koordinasiyaya əngəl də törədə bilər. Və hələlik Ağ Ev rəsmi Ankaraya möhtac olduğundan uzlaşma ehtimalı daha ön plana keçmiş kimi görünür.
Digər tərəfdən, ABŞ və Türkiyə NATO çərçivəsində ortaq hərbi platformaları paylaşsalar da, ikitərəfli münasibətlərdə dərin narazılıq nüansları da mövcuddur. ABŞ-ın Ukraynaya verdiyi ağır silahlar və strateji kəşfiyyat yardımları, Türkiyənin isə "Bayraktar" PUA-ları kimi daha məhdud texnoloji dəstəklə kifayətlənməsi, yanaşmalardakı yaxın keçmişin əsas fərqlərini ortaya çıxarır. Eyni zamanda, Türkiyə özünün sülh təşəbbüslərində neytral vasitəçi kimi qalmaq potensialını artıq təsdiqləyib.
ABŞ isə Tramp adminstrasiyasına qədər daha çox Ukraynanın mövqeyini gücləndirən tərəf rolunda çıxış edib. Rusiya ilə son ziddiyyətlərdən sonra ABŞ-ın yenidən Bayden adminstrasiyası dönəmindəki mövqeyinə geri dönmə ehtimal tədricən artırmağa başlayıb. Və bu baxımdan, Türkiyənin Ukrayna böhranının nizamlanması prosesində ABŞ-ın vasitəçilik potensialını qabaqlamaq imkanları indi daha cəlbedici görünür.
Digər tərəfdən, prezident Donald Trampın öz xarici siyasət təşəbbüslərində şəxsi liderlik münasibətlərinə böyük əhəmiyyət verməsi, ona Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daha sıx əməkdaşlıq imkanları aça bilər. Yəni, iki ölkə liderləri arasında yüksək şəxsi etimad ABŞ-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərini təyin edəcək qədər önəmli faktordur. Hər iki tərəfin Rusiyanın aqressiv mövqe vərdişlərinin balanslaşdırılmasında maraqlı olması da birləşdirici məqamlardan biridir.
Bununla belə, Tramp–Ərdoğan yaxınlaşmasının ABŞ və Türkiyə arasında daha dərin strateji ittifaqa çevrilməsi qarşısında bir sıra obyektiv çətinliklərin olduğu da inkaredilməz reallıqdır. ABŞ Konqresində və hərbi elitasında Türkiyəyə qarşı kifayət qədər ciddi müqavimət mövcuddur. Eyni zamanda, Türkiyə və Rusiya arasında qarşılıqlı enerji və iqtisadi asılılıq faktoru da nəzərə alınmalıdır. Və prezident Donald Trampın siyasətində davamlılığın olmaması və impulsiv qərarlar verməsi də neqativ məqamların sırasına daxildir.
Bütün bunlara baxmayaraq, əgər, Tramp adminstrasiyası dönəmində ABŞ-Türkiyə yaxınlaşması intensivləşərsə, onda, Rusiya üçün yeni strateji təhlükənin yaranması da qaçılmaz ola bilər. Kreml istənilən halda, bu yaxınlaşma tendensiyanı mümkün qədər balanslaşdırmaq üçün cavab strategiyalarına əl atmaq məcburiyyətində qala bilər. İlk növbədə Kremlin iqtisadi-ticari sahələr üzrə Türkiyəyə təzyiq göstərməyə çalışacağı qətiyyən istisna deyil. Eyni zamanda, Rusiya Türkiyənin maraq dairəsində olan regionlarda, xüsusilə də, Suriyada və Cənubi Qafqazda "gərginlik ocaqları"nı yenidən bərpa etməyə can ata bilər.
Göründüyü kimi, ABŞ-Türkiyə yaxınlaşmasının Rusiya tərəfindən yalnız ikitərəfli münasibətlər kimi deyil, həm də regional güc balansının yenidən qurulması ilə bağlı ciddi riski kimi qavranması da qətiyyən istisna deyil. Bununla belə, Kremlin müqavimət cəhdlərinə baxmayaraq, prezident Donald Trampın Rusiyaya qarşı sərt mövqeyə keçməsi və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla taktiki yaxınlaşması Ukrayna münaqişəsinin həllində yeni diplomatik kanalların açılmasına səbəb ola bilər.
Ancaq bu prosesin indiki mərhələdə Rusiyanın maraqlarına hansı səviyyədə cavab verdiyi müəyyən mənada, müəmmalı xarakter daşıyır. Hər halda, Kreml istəməsə belə, hazırda Tramp-Ərdoğan tərəfdaşlığı daha çox taktiki və şəxsiyyət mərkəzli əməkdaşlıq formatı olaraq, reallığa çevrilə bilər. Və bu, baş baş verərsə, son nəticədə Rusiyanın təklənmə prosesinə yol aça biləcəyini də ehtimal etmək olar.
Rusiyanın belə situasiyada əlavə kənar dəstək ala bilməyəcəyi təqdirdə, Türkiyənin vasitəçiliyi şəraitində Kremlin Ukrayna böhranı üzrə daha ciddi kompromislərə məcbur qalacağı da qətiyyən istisna deyil. Və bu baxımdan, indi Ağ Ev sahibinin yeni "Ukrayna planı"dan çaşqınlıq keçirən Kremlin Türkiyənin vasitəçiliyi ilə bağlı prinsipial seçim etmək məcburiyyətində olduğu o qədər də ciddi şübhə doğurmur.(Yeni Müsavat)
"Əgər regiondakı müxtəlif qruplaşmalar – Yəməndəki “Ənsar Allah” (husilər) və ya Livandakı “Hizbullah” İsrailə qarşı təhdid və hücumlarını davam etdirərlərsə, Tehran ciddi nəticələrlə üzləşəcək".
Xarici KİV xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz deyib.
Katz qeyd edib ki, İsrail istənilən təhlükə və düşmənə qarşı özünü müdafiə etməyə qadir olmalıdır:
“Mən İran rəhbərliyini xəbərdar edirəm. Siz husiləri maliyyələşdirir, silahlandırır və idarə edirsiniz. Buna görə birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda Hizbullaha, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə və Yəməndə husilərə etdiyimizi Tehranda da sizə edəcəyik".
Qeyd edək ki, bu həftənin əvvəlində İsrail təyyarələri Yəmənin paytaxtı Sənada beynəlxalq hava limanına, elektrik stansiyalarına, yanacaq anbarlarına və ölkənin şimal-qərbində yerləşən sement zavoduna zərbələr endirib. Bu, Ben Qurion hava limanına edilən raket hücumuna cavab olaraq həyata keçirilib. Husilər İsrailə cavab verəcəklərini bəyan ediblər.
Rusiya Prezidenti Vladimir Putin tərəfindən aprelin sonunda elan edilmiş və Qələbə Gününə həsr olunmuş atəşkəs qüvvəyə minib.
Xarici KİV xəbər verir ki, bu atəşkəs üç gün davam edəcək və 11 may saat 00:00-da başa çatacaq.
Məlumata görə, bu müddət ərzində Rusiya bütün hərbi əməliyyatları dayandırır, lakin əsgərlər Ukraynanın atəşkəs rejimini pozacağı təqdirdə mümkün hücumlara cavab verməyə hazırdırlar.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bayram dövründə atəşkəs rejiminin tətbiq olunması təklifini rədd edib. Bundan əlavə, Zelenski 9 Mayda Moskvada keçiriləcək Qələbə Paradına zərbə endirilə biləcəyinə dair eyham vurub.
Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən Milli Silahlı Qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır.
Axar.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.
“Ötən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç “Rafale” qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”, - Şərif bildirib.
Şərif əlavə edib ki, Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi:
“Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu onların gecələr rahat yatmasına imkan vermir. Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri – Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi”.
Şərifin sözlərinə görə, Pakistan xalqı bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki Silahlı Qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər.
"Birləşmiş Krallıq düşmən dövlətin hücumu ehtimalına qarşı müharibə başlandığı təqdirdə görüləcək tədbirləri nəzərdə tutan yenilənmiş fəaliyyət planı hazırlayır. Bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb".
Bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq qeyd edir ki, nəşrin məlumatına görə, "Milli müdafiə planı" Böyük Britaniyaya qarşı ehtimal edilən aqressiya halında ilk günlərdə atılacaq addımların ardıcıllığını müəyyən edəcək:
"Məqalədə qeyd olunur ki, gizli dosyedə hökumətin müharibə elanına necə reaksiya verəcəyi təsvir olunacaq. Planda həmçinin nazirlər kabinetinin və kral ailəsinin qorunması üçün sığınacaqlar, dövlət yayımı və ehtiyatların toplanması kimi mövzular da əhatə olunacaq. Hazırda Birləşmiş Krallıq bir neçə istiqamət üzrə real təhlükə gözləyir ki, onlara qarşı önləyici tədbirlərin alınması zəruridir. İngilis mediyası ən böyük təhdidin Rusiya tərəfindən olduğunu bildirirlər. Son zamanlar da rus hacerlərinin ardıcıl olaraq ölkənin müxtəlif mediya qurumlarının və dövlət orqanlarının hesablarına kiber hücumlar həyata keçirməsi, həmçinin bu ölkədən yüksələn nüvə təhdidi Böyük Britaniya üçün ciddi təhdid yaradır. Rəsmi Londonun Ukraynaya verdiyi dəstək, həmçinin NATO çərçivəsində əməkdaşlığı xüsusi gücləndirməsi riski artırmaqla bərabər birləşmiş krallığın özünümüdafiə potensialını da gücləndirir. Londonun təhdid gözlədiyi ikinci ölkə isə İrandır. İstər kiber hücumlar, istərsə də bu ölkə tərəfindən dəstəklən proksi qüvvələrin hesabına real təhlükə uzun müddətdir ki, davam edir. İranın dəstək verdiyi proksi qüvvələr birləşmiş krallığın Yaxın Şərq siyasətinə ciddi problemlər yaradır ki, bu da London - Tehran münasibətlərinə ciddi problemlərə yola açır. İngilis hökuməti üçün daha böyük və dəhşətli təhlükə isə uzaq şərqdən - Çin və Şimali Koreyadan gəlir. Hər iki ölkənin hacker qrupları son zamanlar İngiltərə banklarının hesablarını sındıraraq çox ciddi maliyyə problemlərinin yaranmasına səbəb olurlar. Eyni zamanda bir çox ingilis siyasətçi və iş adamının çinli və koreyalı hacker qrupları tərəfindən izlənildiyi və onlar barəsində casus məlumatlarının toplandığı barədə zaman - zaman ölkə mətbuatında məlumatlar paylaşımlar edilir".
Politoloqun fikrincə, Böyük Britaniya müdafiəsini əsasən informasiya - texnologiya sahəsində gücləndirəcək:
"Həm iqtisadi - siyasi - hərbi qurumlarının hesabları ciddi şəkildə gücləndiriləcək, həm də düşmən qruplara əks hücumlar təşkil etmək güclü hacker qrupları yaradılacaq. Anlaşılan odur ki, Böyük Britaniya öz rəqibləri ilə ciddi kiber müharibəyə hazırlaşır".
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan rəhbərliyinə iki ölkə arasında hazırkı gərginliyin aradan qaldırılmasında yardım göstərməyə hazırdır.
TASS xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
“Onların dayanmasını istəyirəm. Ümid edirəm ki, indi onlar dayana bilərlər. Və əgər mən kömək etmək üçün nəsə edə bilərəmsə, mən orada olacağam. Bu, dəhşətlidir. Mən hər ikisi ilə yola gedirəm. Mən hər ikisini çox yaxşı tanıyıram və istəyirəm ki, onlar bu münaqişəni həll etsinlər”, - Tramp söyləyib.
"Google" "Gmail" istifadəçilərinə kiberhücum təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib.
"Daily Mail" xəbər verir ki, milyonlarla "Gmail" istifadəçisi son aylarda fişinq hücumlarının hədəfinə çevrilib.
Şirkət bildirir ki, bu “mürəkkəb” hücum 1,8 milyard istifadəçini risk altına alıb.
"İstifadəçilər 7 gün ərzində öz hesablarını qorumaq üçün təhlükəsizlik tədbirlərini aktivləşdirməlidirlər. Bu məqsədlə, istifadəçilər hesablarına bərpa üçün telefon nömrəsi və ya alternativ e-poçt ünvanı əlavə etməlidirlər.
Belə hücumlara məruz qalan şəxslər panikaya düşməməlidir. Əgər hesab kilidlənibsə belə, bir həftə ərzində geri bərpa etmək mümkündür. Şirkət sizdən heç vaxt parol və ya şəxsi məlumat istəməz. Şübhəli bildirişlərə qarşı diqqətli olun və təhlükəsizlik ayarlarınızı yoxlayın.”
Fişinq hücumunun detalları "Ethereum"un yaradıcısı Nik Conson tərəfindən ortaya çıxarılıb. O bildirib ki, saxta dəstək portalı görünüşündə hazırlanan bir səhifə, istifadəçiləri şəxsi məlumatlarını paylaşmağa sövq edir. (Metbuat.az)
Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz qalib gəlib. Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.O, ilk cəhddə 310 səs toplamışdı. Əslində bu, gözlənilən idi. F.Merz kanslerliyə əsas namizəd idi. O, keçmiş hakimiyyəti sərt tənqid edirdi. F.Merz hələ namizədlik dövründə demişdi ki, əgər hakimiyyətə gəlsə iqtisadi və miqrasiya siyasətində əsaslı dəyişikliklər edəcək. Onun nə qədər uğurlu olub -olmayacağını zaman göstərəcək.
Bəs onun seçilməsi digər ölkələrə necə təsir edəcək?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi ekspert Kənan Novruzov açıqlama verib:
"Yeni kanslerin işi heç də asan olmayacaq. Çünki Almaniya daxilində köklü problemlər var. Onların yaxın gələcək üçün birdəfəlik həlli demək olar mümkün deyil.
İkinci bir tərəfdən isə ölkənin xarici siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilmir. Bəzi regional məsələlərlə bağlı epizodik redaktələr edilə bilər. Amma bu dəyişikliklər ciddi nəticə ilə yadda qalmayacaq.
Məsələ burasındadır ki, bu gün dünyada çox ciddi geosiyasi proseslər gedir. Dünya nizamı yenidən formalaşır. Belə bir vəziyyətdə dünya dövlətlərinin ənənəvi siyasətlərindən imtina edib, ani manevr etmələri mövcud xaosu daha da dərinləşdirə bilmir. Odur ki, rəsmi Berlin buna getməyəcək. Və Avropanın güclü aktorlarından biri kimi ənənəvi siyasətini davam etdirəcək. Ümumiyyətlə, Almaniyanın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. Bu, Cənubi Qafqaz regionu ilə bağlı da belə olacaq".
O, qeyd edib ki, F.Merz təcrübəli siyasətçi olsa da, heç vaxt fərqlənməyib. Onun diqqət göstərdiyi əsas sahələrdən biri miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya qarşı mübarizədir. Bu məsələ Almaniyanın yeni iqtidarı dövründə, yəqin ki, prioritet olacaq. Dünya dövlətləri ilə münasibət isə aşağı-yuxarı olduğu kimi davam edəcək.