Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla və sürətlə davam etdirilir.

Bu istiqamətdə işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib. 

Layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr təşkil edəcək. Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.  

Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılmasıyol yatağının genişləndirilməsitorpaq yatağınınhamarlayıcı qatın  əsasın alt qatının tikintisi işləri aparılır. 

Bundan başqa inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun həyata keçirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

 



Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir-bərpa işləri aparılır.

Təmir-bərpa işləri sözügedən yolun Şamaxı istiqamətində 66.3-69.5 km-lik hissəsində icra olunur.

Sözügedən hissədə yaranmış deformasiyalar avtonəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradırdı. Aparılan bərpa işləri ilə bu maneənin aradan qaldırılması planlaşdırılır.

Hazırda ərazidə örtüyün və yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri görülür. Ardınca lazımi materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri icra ediləcək.

Görülən işlərə paralel olaraq, suların ötürülməsi məqsədilə drenaj boruların tikintisi işləri də aparılır.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra olunacaq.

İşlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Aparılan təmir-bərpa işləri ilə magistralın sözügedən hissəsində rahat gediş-gəliş təmin olunacaq.

YOLUNUZ AÇIQ OLSUN...




Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Bakı şəhəri, Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb. 

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Sözügedən prospekt müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.

YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. 

Paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə prospekt boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunmaqla yeni yol əsası inşa edilib. Ardınca “İnşaat Norma və Qaydaları”na əsasən prospektin zəruri əraziləri hamarlayıcı lay olmaqla asfaltlanıb, ardınca isə 2 laydan ibarət asflat-beton örtüyü döşənib.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb, prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi işləri icra olunub. Hazırda səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılaraq yekunlaşdırılır. Anoloji işlər prospekt boyunca yolayrıcında da aparılıb. Yolayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.

Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla, 1.5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları salınıb, velosiped yolları eni 1.2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.

Hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün prospektin bir çox hissəsinə üfiqi nişanlanma xətləri çəkilib.

Bundan başqa 8 Noyabr propsketində yerləşən yerüstü piyada keçidlərində də təmir-bərpa işləri aparılır.

Əsaslı təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılması planlaşdırılır.

YOLUNUZ AÇIQ OLSUN...

 

 



Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb.

Yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal sözügedən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnika və canlı qüvvəsi səfərbər olunaraq Fövqaladə Hallar və Daxili İşlər nazilrikləri ilə birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Fövqaladə Hallar Nazilriyinin xüsusi texnika və canlı qüvvəsi tərəfindən Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bütün işlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılır.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Bir daha sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur.  
 
YOLUNUZ AÇIQ OLSUN...

Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO


Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdam şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.  

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.

Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. 

Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. 

Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə torpaq yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələr asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bundan başqa küçələr boyu Ağdam şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.

Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 70 % təşkil edir. 

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir. 

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO
Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur VİDEO/FOTO

 



Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.

Bu tədbirlər çərçivəsində Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək olan 850 metrlik hissəsində aparılan təmir işləri yekunlaşıb. 
 
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
 
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 
 
 
YOLUNUZ AÇIQ OLSUN...



Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri artıq yekunlaşıb.  

Təmir işləri küçənin “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində icra olunub. 

Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

YOLUNUZ AÇIQ OLSUN...

 

 



Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam edir. 

Bu çərçivədə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub. 

Təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

YOLUNUZ AÇIQ OLSUN..



Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.

Bu tədbirlər çərçivəsində Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsindən Ziya  Bünyadov prospektinədək olan 810 metrlik hissəsi təmir edilib. 

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilmişdi.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti