![]() |
|
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Səfirliyin qiymətli arxiv materiallarını gəzirdim və ilk ziyarətçi kitabımızı tapdım. Onun ilk səhifəsində düz 30 il əvvəl Zati-aliləri Heydər Əliyevin yazdığı səmimi arzuları və imzası var. Allah rəhmət eləsin!”.