Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub. 

Belə ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib. 

Qeyd edək ki, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyətihakimlər və BYF Qlobal-ın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.

Bu mükafatı qazanmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.

Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən agentliyin İnvestisiya Baş İdarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib.

Emin Məmmədzadə çıxışında Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib. Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Mükafatlandırma tədbirində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçiriləcəyi, ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətlə fəal hazırlıq prosesində olduğu, ölkəmizin bütün müvafiq qurumlarında olduğu kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də COP29-a hazırlıqların sürətlə davam etdiyi qeyd olunub.

Tədbirdə həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, doğma torpağlarımızı, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 km təşkil edir.

Proqram çərçivəsində artıq ümumi uzunluğu 254,2 km təşkil edən 7 avtomobil yolu layihəsini uğurla icra olunaraq yekunlaşdırılıb.

Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 km təşkil edən olan 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 km-ə yaxın olan 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.

Mühüm yol infrastrukturu layihələrindən biri olan və İnnovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş uzunluğu 81,7 km təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Stiv Philips – Avropa Yollar Konfederasiyasının Baş katibi
“Mən Stiv Filips CEDR-in (Conference of European Directors of Roads) - baş katibi olaraq sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmağınız münasibətilə təbrik edirəm. İcra etdiyiniz layihələr çox təqdirəlayiqdir və əminəm ki, yol infrasturukturu sahəsində ölkənizdə görə biləcəyim müsbət işlər kifayət qədərdir.” 

Kristof Demut – “Kapsch” şirkətinin layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi
“Azərbaycanda icra olunan müasir yol infrastruktur layihəsi haqqında öz fikirlərimi bildirmək istərdim. Qeyd etməliyəm ki, burada bizə təqdim olunan layihənin önəmli cəhəti odur ki, bu layihə vaxtında və yüksək standartlarla icra edilmişdir. Bizə məlum olan Qərb standartları üzrə icra edilmiş bu layihə Avropa və Asiyanın birləşməsində yol qovşağı funksiyasını icra edəcəkdir.”

Esteban Salinas – “Ekoposte” şirkətinin Beynəlxalq Biznesin İnkişafı üzrə direktoru
“Sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmanız münasibətilə təbrik edirəm. Bu böyük bir uğurdur. Ölkənizin yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlərə görə, xüsusən də yol təhlükəsizliyi sahəsindəki həyata keçirilən tədbirlərlə bağlı sizi təbrik edirik.”

Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO
Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO
Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO
Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO
Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO
Əhmədbəyli-Füzuli-Şuşa yolu dünyada İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub VİDEO/FOTO
Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işlərinin icrası davam etdirilir. Bu çərçivədə Salyan şosesində aparılan təmir işləri yekunlaşıb.

Təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5.33 km uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.  

Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem aradan qaldırılıb

Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kv.metrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.  

Asfaltlanma işlərinin ardınca ərazidə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.

Hazırda sözügedən şose müasir görkəmdə vətəndaşların istifadəsindədir.

YOLUNUZ AÇIQ OLSUN...

.

Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur
Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur
Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur
Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur
Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur
Şahin Məmmədov: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur
Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi təmir olunur VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılır.

Uzunluğu 1046 metr, ortalama eni 17.5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN...

Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi təmir olunur VİDEO/FOTO
Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi təmir olunur VİDEO/FOTO
Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi təmir olunur VİDEO/FOTO
Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi təmir olunur VİDEO/FOTO
Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi təmir olunur VİDEO/FOTO
Yardımlıda 23.5 km uzunluğa malik avtomobil yollarının əsaslı təmiri yekunlaşır VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun  əsaslı təmiri yekunlaşmaq üzrədir. 

Uzunluğu 23.5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib.  
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu  torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Artıq yolun Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov hissələrində yeni asfalt örtüyünün döşənməsi işləri yekunlaşıb.
 
Hazırda Sırıq və Keçələkəran hissələri üzrə asfaltlanma işləri son mərhələdə olmaqla aparılır. 
 
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
 
Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi artıq yekunlaşmaq üzrədir.
 
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
 
Bütün işlər  tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.

Bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirilir. Məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunur. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

YOLUNUZ AÇIQ OLSUN...

Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO
Nazim Hikmət küçəsindən Bakı dairəvi yola çıxışda genişləndirmə işləri həyata keçirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq paytaxt Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbayucan Avtomobhil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunur.

Xüsusən paytaxt Bakı ərazisində yay tətili dönəmində hərəkət intensivliyinin azalmasından istifadə edilərək 20 ünvanda (küçə və prospekt) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yeni tədris ilinin başlanılmasına qədər yekunlaşdırılıb:

1.    Səbail rayonu, Teymur Elçin küçəsi 
2.    Səbail rayonu, Mehdi Hüseyn küçəsi 
3.    Nərimanov rayonu, Atatürk prospekti
4.    Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
5.    Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən İ.Qutqaşınlı küçəsinədək) 
6.    Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək) 
7.    Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
8.    Əhməd Rəcəbli küçəsi (Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək)
9.    Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
10.   Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
11.   Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov prospektindən C. Xəndan küçəsinədək)
12.   28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
13.   Mikayıl Müşfiq küçəsi ("Qurd" qapısından Bakı Şəhər DYP İdarəsinədək)
14.   Nizami küçəsi (Rəşid Behbudov küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
15.   Nizami küçəsi (Azərbaycan prospektindən Səid Rüstəmov küçəsinədək)
16.   Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
17.   Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
18.   Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
19.   Mətbuat prospekti
20.   Həsənbəy Zərdabi küçəsi

Yay tətili zamanı başlanılan və yeni tədris ilinin başlanılmasına qədər təmiri yekunlaşdırılmış küçə və prospektlərin ümumi uzunluğu 27 390 metr təşkil edir.

Bundan başqa 3 ünvanda təmir işləri yay tətilindən öncə başlanılaraq yekunlaşdırılıb:

1.    Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov pr-dən Ak.Həsən Əliyev küçəsinədək) 
2.    Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış 
3.    Zığ şosesində (Beton yol).

1 ünvanda isə - Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolunda (Yanardağa gedən yol) təmir işlərinə tətil zamanı başlanılıb və 17 sentyabr tarixində yekunlaşdırılıb.

Qeyd olunan ərazilərin ümumi uzunluğu 12 min metrdən artıqdır.

Hazırda təmir işləri 3 ünvanda davam etdirilir ki, bu ərazilərdə işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır:

1.    8 Noyabr prospekti 
2.    Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
3.    Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək)

Təmiri davam edən ərazilərin ümumi uzunluğu 18 740 metr təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN...

8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.

Hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Süleyman Əhmədov küçəsinədək və Süleyman Əhmədov küçəsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır. 

Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin bir-neçə gün ərzində tam yekunlaşdırılması planlaşdırılır. 

Yenidənqurma işləri ilə əlaqədar sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq əks istiqamətə yönəldilməklə ikitərəfli hərəkət təmin olunub.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağınınbufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir. 

YOLUNUZ AÇIQ OLSUN...

8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir FOTO
Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Göygöl rayonunda uzunluğu 7 km olan və yerli əhəmiyyətli Topalhəsənli yolunun 5-ci km-dən ayrılan Kərəmli avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. 

Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağının və yol əsasının inşası yerinə yetirilib, ardınca isə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası da aparılıb.

Hazırda sözügedən yolda son tamamlanma işləri icra olunur. Belə ki, çiyin hissələrə xüsusi qrunt verilir, genişləndirmə aparılmış hissələrdə yol kənarı xüsusi bərkitmə işləri görülür. 

Qeyd edək ki, tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün uzunluğu 5100 metr təşkil edən çınqıl örtüklü olmaqla alternativ yol da salınıb.

Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yolun müasir görkəmdə yaxın müddət ərzində vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub. 

YOLUNUZ AÇIQ OLSUN...

 Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO
Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. 

Bu çərçivədə Yasamal rayonu, Miкayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək olan hissəsi üzrə aparılan təmir işləri yekunlaşıb. Sözügedən hissəinin uzunluğu 810 metr, ortalama eni isə 20 metr təşkil edir.

Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Küçənin sözügedən hissəsi müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir. 

YOLUNUZ AÇIQ OLSUN...

Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub VİDEO/FOTO
Gədəbəydə 45 km uzunluğa malik avtomobil yollarının yenidən qurulması davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Gədəbəy rayonunda Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli marşriti üzrə avtomobil yollarının əsaslı təmiri davam etdirilir.

Uzunluğu 45 kilometr olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız-qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Dövlət başçısının tapşırığına uyğun olaraq, artıq bu problemlər aradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Artıq yolun 30 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə dairəvi və düzbucaqlı suötürücülərin tikintisi artıq yekunlaşıb.

Yolboyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər isə müxtəlif mərhələlərdə olmaqla icra olunur.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmimş olacaq.

Xəbər lenti