![]() |
|
Son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya daxil olan müraciətdə deyilir ki, yol polisi belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər.
İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
“Qazel” markalı avtomobilin inəyi maşının arxasına bağlayaraq, sürmək yol hərəkəti qaydalarının pozulmasıdır.
Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.
Azərbaycanın “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç Çempionlar Liqasında qurtarışların sayına görə birincidir.
Azərbaycanın “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç Çempionlar Liqasında qurtarışların sayına görə birincidir.
Azərbaycanın “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç Çempionlar Liqasında qurtarışların sayına görə birincidir.