![]() |
|
“Beynəlxalq ictimaiyyət bilməlidir ki, dinc əhalimizə qarşı törədilən terror aktları bəzi dövlətlərin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir”.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun öz tviter səhifəsində yazıb.
“Əgər bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, terrora birbaşa və dolayı dəstəyini dərhal dayandırmalıdırlar”, - o qeyd edib.
F.Altun əlavə edib ki, terrorçuları cəzalandırmaq üçün əllərindən gələni edəcəklər: “ Terrorçular hələ də bu dəhşətli hərəkətlərlə millətimizi və hökumətimizi qorxuda biləcəklərini düşünürlərsə yanılırlar”.
Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
“Sözügedən şəxsin saxlanılma anını əks etdirən görüntülər yayılıb.
İsrail İran və Rusiya hərbçiləri tərəfindən istifadə edilən Suriyanın böyük Şayrat aviabazasına raket zərbəsi endirib.
Bu barədə “Reuters” Suriya mətbuatına istinadən məlumat yayıb.
Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, aerodroma endirilən zərbə nəticəsində 2 əsgər ölüb, 3-ü yaralanıb. Hərbi mənbələr hücuma məruz qalan hava bazasından bir müddət əvvəl İran hərbçiləri tərəfindən istifadə edildiyini iddia edirlər.
Rusiya Xersondakı uğursuzluğu Donbasda aktiv hücuma keçməklə kompensasiya etmək istəyir. Bu baxımdan da rus qoşunlarının yaxın həftələrdə Donetsk vilayətində hücum əməliyyatlarını daha da güclənəcək. Ora Xersondan və digər ərazilərdən çıxarılan qüvvələri yerləşdirməklə hücum əməliyyatlarına başlanacaq.
Bu məlumat Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin son hesabatında yer alıb.
Hesabatda deyilir ki, Donbasdakı Ukrayna ordusu güclü təzyiqə məruz qalacaq.
“Kiyev çox güman ki, Rusiyanın bu canlanmış hücumlarından müdafiə üçün qoşunlarını yenidən yerləşdirməli olacaq”, - hesabatda qeyd edilib.
Analitiklərin fikrincə, rusların səylərinə baxmayaraq, ciddi əməliyyat uğurları əldə etmək ehtimalı azdır. Amma buna baxmayaraq zamanla böyük itkilər bahasına Baxmutu ala bilərlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan İndoneziyanın Bali adasına səfər edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumata yayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti G20 sammitində iştirak edəcək.
Terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib. İstanbul şəhərində terror hadisəsini törədən qadın saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu 6 nəfərin həlak olduğu və 81 nəfərin xəsarət aldığı partlayışla bağlı danışarkən bildirib.
O, ABŞ-nin verdiyi başsağlığı mesajını qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirib: "Bu mesajın da qarşılığı konkret şəkildə ortaya çıxacaq. Allahın izni ilə tezliklə görünəcək".
İlkin məlumata görə, İstanbulun İstiqlal prospektindəki partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.
APA-nın İstanbul müxbirinin verdiyi məlumata görə, ölən və xəsarət alanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
NATO müttəfiqi Türkiyə ilə həmrəydir.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq tviter hesabında yazıb.
O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, - Stoltenberq sosial şəbəkə hesabında yazıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib.
Təyinat qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub.
Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub.
2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var./oxu.az
Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.
Bunu noyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən ilk Zirvə Görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənd sammitində qəbul edilib: “Türk dünyasının ayrılmaz bir parçası olan kipirli qardaşlarımızın tək olmadığını göstərərək həll prosesinə də töhfə verdik. Bu həmrəylik iradəsini sərgilədiyiniz üçün siz qiymətli qardaşlarıma ayrı-ayrı təşəkkür edirəm”.