Goranboyda avtomobillə vurulan məktəbli xəstəxanada ölüb
Tovuz rayon sakininin idarə etdiyi “Daewoo" markalı minik avtomobili tərəfindən vurulmuşdu

Goranboyda bir neçə gün bundan əvvəl avtomobillə vurulan piyada, 2004-cü il təvəllüdlü Gülzarə Əhmədova Afiq qızı həkimlərin səyinə baxmayaraq, xəstəxanda dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dekabrın 12-də axşam saatlarında Bakı-Qazax magistralının rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Qeyd edək ki, 15 yaşlı G.Əhmədova Tovuz rayon sakininin idarə etdiyi “Daewoo" markalı minik avtomobili tərəfindən vurulmuşdu. 

Bakıda piyada keçidindən istifadə etməyən qadını avtomobil vurub, vəziyyəti ağırdır
Yaralı çox sayda sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Tofiq Bəhrəmov adına stadionun yaxınlığında baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Niftullayeva İlknur İntiqam qızını minik avtomobili vurub. 

 

Yaralı çox sayda sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi
Baş vermiş qəza yerinə Post Patrul Xidmətinin əməkdaşları da cəlb edilib

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İki gün öncə jurnalistləri təhqir edən sərnişin xanım bu dəfə özü qəza törədib. 

APA TV-nin məlumatına görə, “Infiniti” markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb. “Infiniti”yə ciddi ziyan dəyib. Ancaq buna baxmayaraq, xanım sürücü “Opel”in sahibi ilə mübahisə edib və çəkiliş qrupunun da işinə mane olmağa çalışıb. 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Baş vermiş qəza yerinə Post Patrul Xidmətinin əməkdaşları da cəlb edilib. Sonda hər iki sürücünün izahatı alınıb.

 

 
İmişlidə yük maşını iribuynuzlu heyvanları vurub öldürdü - FOTO
Faktla bağlı araşdırma aparılır

İmişlidə yük maşını iribuynuzlu heyvanları vuraraq öldürüb. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 96-cı kilometrliyində İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Biləsuvar rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Musa Tapdıq oğlu idarə etdiyi “Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən rayonun Məzrəli kənd sakinləri - 1971-ci il təvəllüdlü Mehdiyev Rəhman Əhliman oğlu və 1972-ci il təvəllüdlü Qasımov Zamir Arif oğluna məxsus iki baş iribuynuzlu heyvanı yolda vuraraq tələf edib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gələrək qəzanın başvermə səbəblərini araşdırmaq üçün protokol tərtib ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, “Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin videogörüntülər yayılan gün yol polisi avtomobilin sürücüsünü aşkar edib və xanım sürücünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət edib.

Lakin sürücü İdarəyə gəlmək əvəzinə avtomobili bir neçə gün gizlətməklə məsuliyyətdən yayınmağa çalışıb. Ona görə də yol polisi sürücünü saxlaya bilməyib. Lakin bu gün avtomobil hərəkətdə olarkən 99 YP 373 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan inpektorlar tərəfindən aşkar edilib.

Yol polisi əməkdaşları sürücünü saxlayaraq ondan sənədləri tələb etsə də, xanım sürücü tabesizlik göstərərək sənədləri təqdim etməyib. Bu səbəbdən də nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Avtosfer.az-ın əməkdaşı da cərimə meydançasında olub və məlum olub ki, xanım sürücü yenə tabesizlik göstərərək heç bir sənəd təqdim etmir. Cərimə meydançasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov araşdırma məqsədilə xanım sürücüyə yaxınlaşdıqda aqressivlik nümayiş etdirərək sənədləri təqdim etməyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Həmçinin əlavə edib ki, təcili yardım maşınının onun ardınca gəlməyə ixtiyarı yoxdur. Onun videosunu çəkib yaymaqla səhv ediblər.

Məsələ ilə bağlı yol polisi əməkdaşları raport yazıb və müvafiq olaraq sürücü barəsində tədbir görüləcək.

Goranboyda məktəblini maşın vurub
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Daewoo” markalı avtomobil vurub.

Ağır xəsarət alan 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Fakt araşdırılır.

Bakı metrosunda qorxulu anlar - VİDEO
Polisin müdaxiləsindən sonra platformaya çıxarılıb

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

Naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platformaya çıxarılıb.

 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Polis vətəndaşı çıxarıb".

 
Azərbaycanda yol qəzaları ilə bağlı dəhşətli STATİSTİKA - 738 ölü
Yol polisi bir daha sürücülərə müraciət edərək qaydalara əməl etməyə, yollarda ehtiyatlı olmağa çağırır

Azərbaycanda son 11 ay ərzində ümumilikdə 1681 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Yol-xeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, yol qəzaları nəticəsində 738 nəfər həyatını itirib, 1535 nəfər isə xəsarət alıb.

Yol polisi bir daha sürücülərə müraciət edərək qaydalara əməl etməyə, yollarda ehtiyatlı olmağa çağırır.

Sürücünün sükan arxasında ürəyi tutdu, qəza baş verdi - Lökbatanda
Hadisə zamanı avtomobildə ondan başqa 2 sərnişin də olub

Bakıda sürücünün sükan arxasında ürəktutması qəzaya səbəb olub. Yol-xeber.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Qəhrəman Babayevin ürəktutması nəticəsində idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Sürücünün sükan arxasında ürəktutmadan öldüyü məlum olub. Hadisə zamanı avtomobildə ondan başqa 2 sərnişin də olub. Onlar xəsarət almayıb.

 

Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı - VİDEO
Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə daş bazarı yaxınlığında qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, ərazidə işıqlandırma zəif olduğu üçün “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. 

 

 

Xəbər lenti