Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

“Baku TV”nin efirində yayımlanan verilişdən sonra qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verilib.

Sözügedən kanalda efirə gedən “Arzunun vaxtı” verilişinin aparıcısı E.Əfəndiyevin evində olub.

Qeyd edək ki, E.Əfəndiyevin xanımının fiziki məhdudiyyətli həyat yoldaşını qucağında gəzdirdiyi görüntüsü ilə gündəm olmuşdu.

Qazinin xanımı sosial şəbəkələrdə ona qarşı təzyiqlərin olduğunu bildirib:

“Deyirlər, şikəstdən istifadə edirsən”.


Daha ətraflı süjetdə:

Anormal soyuq hava şəraiti nəticəsində Xəzər dənizinin Qazaxıstan hissəsi qismən donub.

Donmuş Xəzərin görüntülərini bloqer Azamat Sarsenbayev öz “Instagram” səhifəsində paylaşıb.

Dəniz kənarında yaşayan sakinlər buz üzərində gəzintiyə çıxıb, nadir mənzərəni heyranlıqla müşahidə ediblər. 

Həmin görüntüləri təqdim edirik:

Yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.

11 Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 18-də  Xızı rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da Xızı rayonu  Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyənlərin  Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı”  MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq. 

Elm və təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

“Əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Eyni zamanda, məktəblərdə faciəyə həsr olunan kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii komozisiyaların təşkil edilməsi də planlaşdırılıb.

Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş sədr əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi. 

Yenisabah.az Naxçıvandakı mənbələrə istinadla xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb. 

Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun olduğu da bildirilir. 

Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun, “Müəllim Bakıya gedib” deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər. 

Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib.

Yol-xeber.az həmin görüntüləri təqdim edir:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə Şahbuz rayonun Kolanı kəndində yol kənarında tikilən hasar sökülür. 

Bu barədə “Naxçıvan” televiziyasında süjet hazırlanıb. 

Həmin süjeti təqdim edirik:

Kamaləddin Qafarov: “Yeni qanun ölkədə demokratik  prosesi sürətləndirəcək”
“Bu gün ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər cəmiyyətin idarə edilməsində əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, həm də yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu da partiyaların fəaliyyətində nəzərə çarpacaq dəyişikliklərə yol açacaq. Yeni, mütərəqqi qərarların qəbulu ölkədə demokratik mühitin daha da təkmilləşdirilməsinə xidmət edir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə atılan bütün addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür.”

Bu sözləri “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, demokratik təsisatların inkişafı və təkmilləşdirilməsi bu gün Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir: “Ölkəmizdə “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib və sonuncu dəfə 2012-ci ildə həmin qanuna bəzi dəyişikliklər edilib. Keçən ilin dekabrında “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bir daha təsdiqlədi ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz demokratik təsisatların inkişafı və təkmilləşdirilməsidir. Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması zərurəti, ölkədə mövcud olan siyasi sistemin özəllikləri nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Həmçinin bu sənədlər arasında 24 xarici ölkənin təcrübəsi, ölkəmizdə fəaliyyət göstərən 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, eləcə də parlamentin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif yer almışdır. Nəticədə yeni reallıqda ölkəmizin siyasi sistemində milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun hazırlanmışdır.”

K.Qafarov qeyd edib ki, yeni qanunda siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmişdir: “ İndiyədək qüvvədə olmuş əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərin artıq yer almaması, dövlətin siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsinə, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi kimi bəndlərin əks olunması yeni partiyaların təsis prosesinin təkmilləşdirilməsini göstərir. Əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşının təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul etmək və təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən etmək hüquqlarının tanınması və digər müddəalar da bunu deməyə əsas verir. Birmənalı olaraq deyə bilərik ki, yeni qəbul edilmiş siyasi partiyalar haqqında qanun ölkənin ictimai-siyasi həyatında müasir çağırışların və mövcud vəzifələrin reallaşmasına, hüquqi əsasların daha da təkmilləşməsinə xidmət edəcək. Bu sənəd siyasi sahədə böyük canlanma yaradacaq, ölkədə mövcud olan siyasi partiyaların daha effektiv fəaliyyəti üçün yeni imkanlar açacaq və müxtəlif siyasi qüvvələr arasında mövcud siyasi konfiqurasiyanın tələb və şərtlərinə uyğun, qarşılıqlı faydalı, şəffaf münasibətlərin formalaşması üçün möhkəm zəmin formalaşdıracaq.”

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Yol-xeber.az xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə E.Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.

O, cəmiyyətdə polisin nüfuzunun qorunması, ictimaiyyətin vaxtında məlumatlandırılması, media nümayəndələrinin baş vermiş hadislərlə bağı vaxtında məlumatlandırılması, maarifləndirmə işinin təşkilində xüsusi fəallığı ilə seçilir.

 

 

 

Xəbər lenti