![]() |
|
Avtobusda maskanı çənəsinə endirib telefonla danışarkən, polis əməkdaşı Samir Cəfərova protokol yazıb. Daha sonra cəriməni yerində ödəmək tələb olunub. Samir bundan imtina etdiyi üçün onu yaxınlıqdakı polis bölməsinə aparıblar.
Vətəndaşdan yerində ödəmə tələb etmək, bu alınmadıqda onun bölməyə aparılmasının hüquqi əsası varmı?
Nağdız hesablaşmalar haqqında qanuna əsasən inzibati cərimələrin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə, cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Qanunvericilikdə cərimənin yerindəcə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur.
Hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, vətəndaşın üzərində 100 manat olmaya bilər və buna görə polis onu bölməyə apara bilməz:
"Polis maskasız şəxsə protokol tərtib edir. Protokolun bir surətini vətəndaşa verir. Vətəndaş da həmin protokola əsasən gedib o cəriməni ödəməlidir".
Daha ətraflı İctimai TV-nin süjetində:
Fevralın 21-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir vaxtlar bu xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin “Zabit ixtisas kursu”nu bitirmiş Azərbaycan ordusunun şəhid zabiti mayor Rəhim Hüseynovun anım mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Anım mərasimində qeyd edilib ki, Azərbaycan ordusunun tabor komandiri mayor Rəhim Hüseynov 2020-ci ilin yekunları üzrə “NATO-nun Ləyaqətli Xidmət Medalı”na layiq görülüb.
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev NATO-nun ən nüfuzlu medalını şəhid mayorun böyük oğlu Hikmətə təqdim edib.
Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib. Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.
İngilis, rus, erməni dillərini mükəmməl bilən, Azərbaycan zabitinin ən yüksək mənəvi və iradi keyfiyyətlərini özündə birləşdirən igid zabitimiz xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrini layiqincə təmsil edərək Azərbaycan bayrağını həmişə şərəflə daşıyıb.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlayan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
İgid tabor komandiri 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ən yüksək məqama-şəhidlik zirvəsinə ucalıb.
O, “Qarabağ” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar olub.
Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov İdarəniin müdir müavini vəzifəsinə təyin edilib.
Bu təyinata qədər T.Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.
Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.
BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub.
Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.
44 günlük Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu məlum olub.
Şəhid olan hərbçimiz 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini Xüsusi Təyinatlı Qüvvələrin giziri Namazov Babək Səhman oğludur.
Babək oktyabrın 4-dən 5-nə keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi sözügedən direktorla bağlı araşdırmaya başlanıldığıni açıqlayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
Ölkə.Az xəbər verir ki, artıq nazirlikdə bu istiqamətdə araşdırma işləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova xanım tələbəni nalayiq ifadə ilə təhqir edib.
Bu, Milli Məclisin 23 fevralda keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirə ediləcək “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.
Fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanının (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının (qurumun) informasiya sisteminə göndəriləcək.
Şöbə müdiri bildirib ki, yerüstü nəqliyyat çatdırmır, problemi təcili aradan qaldırmaq üçün metronun fəaliyyəti təcili bərpa edilməlidir:
"İctimai nəqliyyatda dəhşət sıxlıq var. İndi tədris prosesi də əyani şəkildə fəaliyyətini davam etdirir, bu da yollarda və sərnişin avtobuslarında çox böyük tıxaclara səbəb olur. Bu problemi təcili aradan qaldırmaq üçün metro açılmalıdır, başqa yolu yoxdur. Çünki yerüstü nəqliyyat çatdırmır.
Metro ilə müqayisədə toy mərasimlərinin keçirilməsi ilə bağlı bir az fərqli fikirdəyəm. Həqiqətən mən özüm də çox toplaşmağın əleyhinəyəm, tövsiyə etmirəm. Ona görə də yaxşı olar ki, bütün nişanlı gənclər, ailə qurmaq istəyənlər Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyat Şöbəsinə (VVAQ) getsinlər, nikaha girsinlər, qovuşsunlar. Nə vaxt pandemiya sakitləşər, o zaman da toylarını edərlər. Bəziləri deyə bilər ki, "kafelər, restoranlar, çay evləri fəaliyyət göstərir, orada da az adam olmur, orada da bir masa arxasında bir neçə insan əyləşir. Niyə onlara icazə verilir, amma toyların keçirilməsi qadağası qüvvədə qalır?!".