![]() |
|
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa öz şəxsi Facebook səhifəsində yazıb.
Deputat bildirir ki, yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib:
"İndi guya ayrıca avtobus üçün zolaqlar ağardılsa da, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Demək ki, avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam münbit şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır.
Hər gün minlərlə insanın alış-veriş etdiyi və az qala ağız-ağıza qaldığı supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür, lakin heç bir ciddi yoluxma riski olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadır. Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır.
Türkiyədə və başqa müsəlman ölkələrində camilər, məscidlər fərdi ibadətə açıqdır. Əlbəttə, Cümə namazı kimi kollektiv ibadətə imkan verilməsi xeyli riskli olduğuna görə, buna icazənin məqsədəuyğun olmadığını məsuliyyətli insanlarımız qəbul edirlər. Ancaq fərdi qaydada inanclı insanların ibadətinə bu cür məhdudiyyətin qoyulmasının məntiqi izahını tapmaq mümkün deyildir.
Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi də müəmmalı bir yanaşmadı. Hər gün Bakının istənilən “Macdonalds”, “Mado” və s. kimi iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki kəllə oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil ki?
Vaksinasiyanın zəruriliyi ilə bağlı inandırma prosesi laqeydləşdirmə prosesinə çevrilib və insanlarda hansısa kütləvi həssaslığı sezmək mümkün olmur. Sanki vaksinlərin də geniş şəkildə vurulmasını kimlərsə istəmir və xəstəliklə bağlı qeyri-müəyyənliyin qalmasına daha çox maraqlıdırlar. Kütləvi media quruluşlarında bu məsələ ətrafında mütəxəssislər arasında aydınladıcı müzakirələrin aparılmaması da sanki yuxarıdakı məqsədə xidmət edir.
Məlumat alırıq ki, mart ayında yeni dalğanın gəlməsi mümkündür. O halda vətəndaşa daha ehtiyatlı davranmaq, təhlükəyə qarşı hazırlıqlı olmaq üçün inandırıcı informasyaları çatdırmaq lazım. Bu barədə susmaq da virusun yeni dalğasına hazırlıqsız yaxalanmamıza rəvac verən hərəkətsizlik aktı kimi anlaşıla bilər. Bu iradların ardını vətəndaşlar günlük yaşadıqları sıxıntılara görə yeni bəndlər üzrə özləri davam etdirə bilərlər".
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin və sağ qaldığı ehtimal edilənlərin axtarışları davam edir. Bundan başqa, hər iki tərəf birinci Qarabağ müharibəsi vaxtı həlak olanların qalıqlarlarının axtarışı və onların mübadiləsi cəhdlərinə başlayıb./“Report”
Nazirlikdən verilən məlumata əsasən, 19-21 fevral tarixlərində keçiriləcək yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Həmin şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Xatırladaq ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir. Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Qeyd edək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin vurulmasına başlanılıb.
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verdiyi məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 17-18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizlidir.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 25 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 185 ton civarında yük çatdırıb. Yük generator stansiyaları, elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materiallarından ibarət olub.
Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.
Ölkə.Az xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib.
Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.
Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Valideynlərinin istəyi ilə şəhid Ə.Quliyevin nəşi bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də təlimlərə qoşulub. Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilib. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub.
Allah rəhmət eləsin!
Azərbaycanda məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30% artması ilə nəticələnib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, əmək müqavilələrinin sayı 2018-ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021-ci il tarixə 1 milyon 703 min 249-a çatıb. Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.
Son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.
Əmək müqavilələrinin sayında və əməkhaqlarında mütəmadi artım əməkhaqqı fondunda da ciddi artımı şərtləndirib. 2018-2020-ci illərdə aylıq əməkhaqqı fondu 81% artıb. Artım özəl sektorda 87%, dövlət sektorunda 76% olub. O cümlədən 2020-ci ildə aylıq əməkhaqqı fondu 12% (o cümlədən özəl sektor üzrə 18%, dövlət sektoru üzrə 6%) artıb.
Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107% artaraq 2020-ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb.
Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020-ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.
Bu, o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolaqlara daxil ola bilməz.
Bu zolaqlar yalnız sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub.
"Avtosfer.az” məlumatına görə, bəzi küçələrdə avtobus zolaqlarının başlanğıcına xüsusi nişanlar qoyulub. Bu nişanlar müəyyən saatlarda digər nəqliyyat vasitələrinin də zolaqlara daxil olmasına icazə verir.
Belə ki, Mikayıl Useynov küçəsində Bayraq meydanından Azneft dairəsinə qədər olan ərazidəki zolağa səhər saat 7-dən axşam 8-ə qədər daxil olmaq qadağandır.
Qara Qarayev prospektində səhər saat 7:00-dan 10:00-a və axşam 16:00-dan 19:00-a qədər zolaqlara girmək qadağandır. Digər saatlarda isə sürücülər həmin zolaqlardan istifadə edə bilər.
Günün pik saatları istisna olmaqla bəzi küçələrdə zolaqlardan istifadəyə icazə verilir. Amma zolağa daxil olmazdan əvvəl diqqətli olmaq lazımdır. Çünki hər küçə üçün ayrıca vaxtlar müəyyən olunub.
Strategiyaya əsasən növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Sözügedən şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.
Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.