Azərbaycanda növbəti tədris ilində yeddi ixtisas yaradılacaq.

Bunu təhsil naziri Emin Əmrullayev "Real TV”yə müsahibəsində deyib. Onun sözlərinə görə, SABAH qruplarının magistratura səviyyəsində yeni olan kiber təhlükəsizliyi, kompüter elmləri, şəhərsalma və planlaşdırılma, eləcə də digər ixtisaslar yaradılacaq.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı işlər görülür: "Hazırda peşə təhsilinin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası deyilən modellər üzərində yeni peşə ixtisasını təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.

Kafe və restoranların içində məsafə olduğu kimi şadlıq saraylarının ərazisi də böyükdür. Şadlıq saraylarında bir stolda 5-6 nəfərin əyləşməsi və məsafələrin qorunması üçün daha geniş imkanlar var.

Belə olan təqdirdə şadlıq saraylarına qoyulan qadağanın, məhdudiyyətlərin qarşıdakı günlərdə yumşaldılmasına baxılması zərurəti yaranıb.

Mövcud məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov danışıb. O bildirib ki, bu məsələ şadlıq sarayları və onların rəhbərliyi tərəfindən qaydalara nə dərəcədə riayət edilməsinə bağlıdır:
 
"Bundan başqa onların üzərində nəzarəti kim təmin edəcək? Bələdiyyələr, sanitar epidemioloji xidmətlər, tibbi qurumlar, yoxsa polis əməkdaşları? Çünki buna nəzarət olmalıdır. Digər tərəfdən şadlıq sarayları və toy məclisləri ilə bağlı problem masalarla bağlı deyil.
 
Bir çox mütəxəssislər daha çox insanların sıx təmasda olması və alkoqollu içkilərdən istifadə nəticəsində qaydaların pozulma ehtimalı oynamaq, rəqs və s. əlaqələndirir. Misal üçün biz həmişə demişik ki, kontakt idman növləri problemdir. Amma yarışdırsa, hamı yoxlanılır və ora gedə bilərlər. Lakin gündəlik idmanla məşğul olanlar barədə deyə bilmərik ki, o yoluxub, yoxsa yoluxmayıb. Evdə yoluxan şəxs idmana gəlməklə digərlərini də yoluxdura bilər.
 
Toylarda rəqs qadağan edilsə belə, ən böyük risk nəzarətin nə dərəcə təmin edilə bilməsindədir. Şadlıq saraylarını hər gün gedib yoxlamaq, orada insanları cərimələmək böyük iş tələb edir. Polis əməkdaşları və tibb işçilərinin kifayət qədər işi var. Ona görə bəzən dövlət tərəfindən daha az problem yaradan həll yolu seçilir". (Baku.ws)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa (COVID-19) qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı məlumat yayıb.

TƏBİB-in rəsmi “Facebook” səhifəsində qeyd edilib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir.

Həmçinin qeyd edilib ki, insanda yaratdığı immunitetin müddəti minimum 1 ildir, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib.

Ermənistandan olan jurnalistlərin Zəngəzura girişinə qadağa qoyulub.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat verib. 

Bu xəbərdən təlaşa düşən ermənilər narahat olmağa başlayıblar. Onları qorxuya salan məqam bu ərazilərin Azərbaycana verilə bilmə ehtimalıdır. Erməni mediası yazır ki, bununla bağlı artıq jurnalistlərə xəbərdarlıq edilib. 

Baku TV-nin məsələ ilə bağlı hazırladığı süjeti təqdim edirik: 

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Fevralın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Daha bir itkin düşən əsgərimizin nəşi tapılıb.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlunun şəhid xəbəri gəlib.

Qeyd edək ki, ailəsi oktyabrın 1-dən Cavidandan xəbər ala bilmirdi. 

Şəhidimiz bu gün İmişli rayonunda dəfn olunacaq.

 

 

 

 
 
Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “REAL TV-yə müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikri ilə bağlı sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olmasına aydınlıq gətirib.
Ölkə.Az xəbər verir ki, N.Mustafayeva verilişin aparıcısı bu məsələnin TƏBİB-in səlahiyyətlərinə daxil olmamasını deyərək, qərara həkim kimi mövqeyini istədiyini bildirib.
Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyiniz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hər birimizin, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilmişdir. Bu mənada mənim bildirdiyim fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) baş verən qanun pozuntuları ilə əlaqədar başlanan cinayət işinin istintaqı davam edir.

"Ölkə.Az"ın məlumatına görə, Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsində keçirilən sual-cavab sessiyasında APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində davam etdirilir: "İş üzrə Baş Prokurorluq tərəfindən dəfələrlə rəsmi məlumat verilib, nəticəsi barədə də ətraflı məlumat veriləcək".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
 
Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
 
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
 
Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.
 
Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.
 
Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
 
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli Məclisin deputatı Əli Məsimli kommunal xidmətlərin qiymətinin qalxmasına münasibət bildirib.

Deputat digər sahələrdə də qiymət artımının qaçılmaz olduğunu deyib:

"Bu hələ son deyil, digər kommunal xidmətlərin də qiyməti qalxacaq. Təklif edirəm ki, qiymətlər qalxdığına görə aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilsin".

Xəbər lenti