Mart ayında dərslər yenidən dayandırılacaq.

Bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında məlumatlar yayılır. Söz-söhbət gəzir ki, mart ayının sonunda, Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur.

“Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir.

Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”, - deyə Cəsarət Valehov bildirib.

“Nazirlər Kabinetinin qərarında sosial məkanlarda maska taxılmalıdır”.

Baku.ws xəbər verir ki, bu barədə TƏBİB-in nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva RealTV-yə müsahibəsində bildirib.

“Əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır.

Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiniz. Elə bir qayda da yoxdur”, - deyə Nəzrin Mustafayeva bildirib.

Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.

Bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasiyası 2014-cü ildə aparılıb:

"2014-cü ildə aparılan yaş verifikasiyası zamanı onun yaşının çox şişirdildiyi məlum olmuşdur. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real 95 yaşı olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdan oraya köçən ailədəndir. Lənkərana isə gəlin gəlib".

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.

Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycanda indiyə qədər yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib:

"Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür. Yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib. Sənəddəki yaşı ilə real yaşı arasında hətta 30 il fərq olan insanlar da olub".

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 12-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (//video.edu.az/) izləyə bilərlər.

 

"Tədris onlayn şəkildə bərpa olunacaq. Bununla bağlı deyə bilərəm ki, biz Təhsil Nazirliyinin tövsiyyəsini almışıq və tövsiyyədə deyilir ki, xüsusi laborator şərait tələb edən fənlərdə və ya ixtisaslar, fiziki təmas tələb edən ixtisaslarda tədris ənənəvi şəkildə bərpa olunsun".

Baku.ws xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin təhsil şöbəsinin müdiri Şəfəq Şahməmmədova bildirib.

O əlavə edib ki, univeristetdə 20-yə yaxın dil tədris olunur: "Dil dərsləri isə praktik dərslərdir. Biz çox istədik ki, tədrisi ənənəvi şəkildə həyata keçirək. Lakin keçən semestrin əvvəlində, yəni sentyabr ayında da təhsilin hibrid formada tədrisi gündəmdə idi.

Biz tələbələr arasında sorğu keçirmişdik. Məlum oldu ki, tələbələrin 60 faizindən çoxu bölgələrdə yaşayır. Bu səbəbdən biz o tələbələrin hamısını ənənəvi tədris formasına dəvət edə bilmədik və buna məcburiyyət də yoxdur.

Eyni zamanda sosial durum da buna imkan vermədi. Tələbələrin bura gəlməsi, yaşayış yeri tapması, onların kirayədə qalması da var. Təəssüf hissi ilə qeyd edim ki, bəzi tələbələrin sui-istifadə halları da buna səbəb ola bilərdi. Biz müəyyən çətinlikləri nəzərə alaraq və məcburiyyət də olmadığına görə dərslərimizə onlayn şəkildə davam edəcəyik".

Fövqəladə Hallar Nazirliyi vətəndaşları xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırır.

Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli iradəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli səhifəsidir. Bu tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi:

“Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olan və ya yaralananlara, təəssüf ki, rast gəlinir.

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin mövcudluğunu nəzərə alaraq, bir daha əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, həmin ərazilərə mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək icazəsiz səfər etməməyə çağırır və bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır”.

44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə Azərbaycan ordusu, təəssüflər olsun ki, Qarabağda itkilər verib. 10 noyabr 2020-ci il tarixindən bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu həyatını itirib.

Bundan əlavə 4 hərbi qulluqçumuz işğaldan azad edilən ərazilərdə qəzaya düşərək dünyasını dəyişib.

Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlarda həmin şəxslər "həlak oldu" kimi təqdim edilir. Bəs döyüşdən sonra həyatını itirən hərbçilərə şəhid statusu veriləcəkmi?

Bu suala cavab olaraq hərbi ekspert Ramil Məmmədli ARB24-ə bildirib ki, qanunvericiliklə şəhid - döyüş şəraitində Silahlı Qüvvələrin rəhbərliyinin tapşırığı əsasında həyata keçirilən əməliyyatda həlak olan hərbi qulluqçudur: "Hərbi hissə ərazisində, qeyri-döyüş şəraitin

"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub: "Bu da dumanın əmələ gəlməsinə  şərait yaradır. Fevralın 11-12-də fasilərlə duman olacağı gözlənilir”. (APA)
Əhalinin həyatının və sağlamlığının qorunması, dövlət strukturlarının və mühüm obyektlərin fasiləsiz işləməsi, habelə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi üçün “Elektron Hökumətin İnkişaf Mərkəzi” publik hüquqi şəxs Daxili İşlər Nazirliyi ilə birlikdə sistemin tətbiqinə başlayıb.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ötən il üzrə hesabatında qeyd edilib.

Sistem sərt karantin rejiminin tətbiq edildiyi dövrlərdə fəaliyyət göstərib. 2020-ci il 5 aprel-18 may tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 72 mindən çox qurum 924 min əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 29 milyondan çox icazə alınıb.

2020-ci il 21 iyun-5 avqust tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən 89 mindən çox qurum 919 mindən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 31 milyondan çox icazə alınıb.

2020-ci il 14 dekabr-2021-ci il 18 yanvar tarixlərində sərt karantin rejiminin tətbiqi zamanı sistem üzərindən dekabr ayı ərzində 104 mindən çox qurum 948 mindən çox əməkdaşı üçün icazə alıb, habelə 8103 nömrəsi vasitəsilə isə 16,6 milyondan çox icazə alınıb.

Bununla yanaşı, şəxslərin sistemdən istifadə qaydaları və 8103 nömrəsinə SMS göndərilməsi ilə bağlı yaranan sualları ilə əlaqədar Dövlət Agentliyinin 9108 Çağrı Mərkəzinə müraciət etmək imkanı yaradılıb.

Sərt karantin rejiminin tətbiqi zamanı ölkə üzrə 950-dən çox əlilliyi olan şəxsin, o cümlədən dializ xəstələrinin olduqları ərazi üzrə tibb müəssisələrinə rahat müraciət etməsi üçün müvafiq icazələrin alınması 9108 Çağrı Mərkəzi vasitəsilə təmin edilib.

Ucar Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

Oxu.az xəbər verir ki, bu vəzifəyə Məmmədov Rauf Yasəf oğlu təyinat alıb.

Qeyd edək ki, ötən il Ucar Rayon Təhsil Şöbəsinin müdiri İsrəfilov Fuad Məhəmmədiyyə oğlu təqaüdə yola salınmışdı.

Xəbər lenti