Müseyib Həmzəyev - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.
  Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti sayəsində Ulu Öndərin bu arzusu da həyata keçdi, torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlarla bu gün Azərbaycan gələcəyə nikbin baxa bilir.Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 21 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin əsasında Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası dayanırdı. Buna görə hər bir atılan addım Qarabağın azadlığına yaxınlaşdırırdı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi. Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində dünyanın aparıcı media qurumlarına müsahibələri ilə Ermənistanın bütün təbliğatının üzərindən xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Prezident İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsi ilə artıq bütün Qarabağın azad edildiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.
Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsində qələbəmizin tacı olan Şuşada görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi münasibətilə xalqa müraciətində ulu öndərin Qarabağ və Zəngəzuru azad görmək arzusunun gerçəkləşdiyini vurğuladı.
“Bu gün Azərbaycan Respublikası vətəndaşları, damarlarında azərbaycanlı qanı axın hər soydaşımız, 30 ildən yuxarı mübarizə apardığı, uğrunda minlərlə şəhid verdiyi, xəyallarına belə gətirmədiyi arzularına çatıb, məqsədlərinə nail olub.Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
Bir sahibkar olaraq  Cənab Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edirəm.Tanrı Sizə güc və səbir versin! Biz Sizinlə fəxr edir və Sizi çox sevirik! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”.
Günay Əliyeva: XXI əsrin Liderlik nümunəsi


Mehman Qəhrəmanov - Prezident İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır. Bu dövr Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitlik və inkişafın təməli qoyulmuşdur. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi öz siyasi kursunun davamçısı kimi təqdim edərək Onun liderliyinə olan inamını ifadə etmişdir.

2003-cü il oktyabrın 15-də keçirilmiş president seçkilərində cənab İlham Əliyev xalqımızın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlanmışdır. Bu tarixi hadisə Azərbaycanın siyasi sabitliyinin və inkişaf tendensiyasının davam etdirilməsində mühüm rol oynamışdır.

Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Liderin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Bu yanaşma Azərbaycanı sosial-iqtisadi, hərbi və beynəlxalq əlaqələr sahəsində yeni zirvələrə ucaltmışdır. Beləliklə, bu kursun dayanıqlı və uğurlu olmasını təmin edən əsas amil qalib xalqın Liderinin müdrik siyasətidir.

Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ən böyük arzularından biri olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Dövlət başçısının müharibə dövründə apardığı qətiyyətli siyasət, beynəlxalq aləmdə haqlı mövqeyimizin müdafiəsi və xalqın birliyini təmin etməsi tarixi Zəfərə yol açdı. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmənin 30 illik müdafiə xəttini uğurla yararaq dünyaya öz gücünü nümayiş etdirdi. Xüsusilə Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan ordusu tamamilə iflasa uğradı, 2020-ci il 10 noyabr tarixində işğalçı dövlət kapitulyasiya aktını imzalamağa məcbur oldu.

2023-cü ildə Qarabağ bölgəsində Ermənistanın törətdiyi növbəti təxribatlara qarşı aparılan bir günlük lokal antiterror əməliyyatları da Azərbaycan Ordusunun gücünü və Prezident İlham Əliyevin qətiyyətini bir daha sübut etdi. Bu əməliyyatlar nəticəsində Ermənistanın qanunsuz hərbi dəstələri tam zərərsizləşdirildi, beləliklə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verdi. İlk növbədə, azad olunan ərazilərin minalardan təmizlənməsi işləri başlandı, eyni zamanda, bu bölgələrdə infrastruktur layihələri həyata keçirilməyə başlandı. Şuşa şəhəri mədəniyyət paytaxtı elan olunaraq, burada mədəni irsin bərpası üzrə geniş işlər aparılır. Ağdam, Füzuli, Zəngilan, Laçın və digər rayonlarda şəhərsalma layihələri həyata keçirilir. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi reallaşdırılaraq müasir texnologiyalara əsaslanan yaşayış məskənləri yaradıldı, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Belə strateji layihələrin icrası bu ərazilərin yenidən regionun iqtisadi mərkəzinə çevrilməsinə xidmət edir.

Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq gələcəyə doğru daha inamla irəliləyir. Azərbaycanın əldə etdiyi uğurlarda böyük rol oynayan YAP-ın yeni inkişaf mərhələsinə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyev partiyanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü mövqe tutmasını təmin etmişdir. YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayı partiyanın gələcək inkişafı üçün çox mühüm bir mərhələ olmuşdur. Partiyanın strukturunun yenilənməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi ölkənin siyasi sistemini müasirləşdirmək və dayanıqlı inkişafı təmin etmək istiqamətində görülən işlərin tərkib hissəsidir.

Həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın daha da qüdrətlənməsi, xalqın sosial təminatının gücləndirilməsi, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, həmçinin regional təhlükəsizliyin təmin olunması məqsədini daşıyır. Bu kontekstdə 2021-ci ilin 15 iyununda Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkənin strateji müttəfiqliyinin təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd təhlükəsizlik, hərbi əməkdaşlıq, iqtisadi inteqrasiya və mədəniyyət sahələrində qarşılıqlı əlaqələri yeni səviyyəyə qaldırdı. Şuşa Bəyannaməsi Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təminatçısı rolunu oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada söz sahibinə çevrilmişdir. Onun həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etmiş və pandemiya dövründə beynəlxalq həmrəyliyi təşviq edən addımlar atmışdır.

Bu günlərdə Azərbaycanın D-8 (İnkişaf etməkdə olan ölkələr) təşkilatına üzv seçilməsi ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında daha da güclənən rolunu və inkişaf edən dövlətlər arasında əlaqələrinin genişlənməsini göstərir. D-8 təşkilatının prioritet sahələri, o cümlədən ticarət, enerji, kənd təsərrüfatı, sənaye və təhsil sahələrində əməkdaşlıq Azərbaycanın bu platformada mühüm rol oynayacağına işarə edir. Bununla yanaşı, bu təşkilatın üzvü olaraq Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında regional və qlobal əhəmiyyətli layihələrdə daha yaxından iştirak etmək imkanı əldə edir.

Prezident İlham Əliyevin 21 illik fəaliyyəti Azərbaycan tarixində müasir dövlətçilik modelinin təməlini qoymuş, ölkəni hər sahədə möhkəmləndirmişdir. Onun liderliyi ilə Azərbaycan regionda sülhün və sabitliyin təminatçısına çevrilmiş, dünya miqyasında inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutmuşdur.
Bəkir Yusifov: Bu dövr təkcə Zəfər tarixi deyil, həm də Azərbaycanın dünya xəritəsində əzəmətli yer tutduğu mərhələ kimi yadda qalacaq

Gülağa Əliyev -Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkə müxtəlif mərhələlərdən keçərək özünü beynəlxalq miqyasda tanıdan və güclü dövlətlər sırasına daxil olan bir güc halına gəldi. Bu yolda Prezident İlham Əliyevin müstəsna liderliyi və strateji idarəetmə qabiliyyəti mühüm rol oynayıb. Onun dövründə ölkə həm iqtisadiyyatında, həm də hərbi gücündə əhəmiyyətli inkişaflar əldə etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, iqtisadi və siyasi sahələrdə böyük uğurlar qazanmış, dünya səhnəsində öz mövqeyini möhkəmləndirmişdir.
İqtisadi İnkişaf və Strateji Layihələr
Prezident İlham Əliyev, Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi diqqət yetirərək, strateji layihələr və islahatlar həyata keçirmişdir. Neft və qaz ehtiyatlarının böyük potensialı sayəsində ölkə uzun illər ərzində bu sektordan yüksək gəlirlər əldə etmişdir. Lakin İlham Əliyev, yalnız təbii sərvətlərə bağlı qalmağına qarşı çıxaraq, qeyri-neft sektorunun inkişafını da prioritet məsələlərdən biri kimi müəyyən etmişdir. Bu məqsədlə müasir sənaye və xidmət sahələrinin inkişafına yönəlmiş tədbirlər görülmüş, ölkə iqtisadiyyatında diversifikasiya həyata keçirilmişdir.
Azərbaycanın iqtisadi inkişafını təmin etmək üçün həyata keçirilən əsas layihələrdən biri Cənub Qaz Dəhlizinin yaradılmasıdır. Bu layihə, Azərbaycanın qaz ehtiyatlarını dünyanın müxtəlif regionlarına çatdırmağa imkan vermiş, beynəlxalq enerji bazarında Azərbaycanın mövqeyini gücləndirmişdir. Bundan əlavə, ölkənin infrastrukturu gücləndirilmiş, müasir yol və nəqliyyat sistemləri, dəmiryolu şəbəkəsi və limanlar inşa edilmişdir. Bu layihələr təkcə iqtisadi inkişafı sürətləndirmək məqsədini daşımır, həm də ölkənin logistik mövqeyini gücləndirərək beynəlxalq ticarətdə Azərbaycanın daha da fəal olmasına şərait yaratmışdır.
Əlavə olaraq, Prezident İlham Əliyevin iqtisadi siyasəti, yerli istehsalın artırılması və xarici investisiyaların cəlb edilməsi üzərində qurulmuşdur. Bu istiqamətdə həyata keçirilən sənaye parkları, azad iqtisadi zonalar və digər təşəbbüslər, Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək və xarici bazarlarda rəqabət qabiliyyətini artırmaq məqsədini güdür. Qeyri-neft sektorunun inkişafı sahəsində kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əhəmiyyətli irəliləyişlər əldə edilmişdir.
Hərbi Gücün Artırılması və Qarabağ Zəfəri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız iqtisadi deyil, həm də hərbi sahədə böyük irəliləyişlər əldə etmişdir. Hərbi gücün artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi bu sahədə əsas prioritetlərdən olmuşdur. Azərbaycan ordusunun peşəkarlaşdırılması, hərbi texnikaların təkmilləşdirilməsi və müdafiə sənayesinin inkişafı nəticəsində ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi gücləndirilmişdir.
Azərbaycanın Qarabağda apardığı mübarizə və 2020-ci il 44 günlük Vətən müharibəsi, Prezident İlham Əliyevin liderliyindəki strateji düşüncə və hərbi gücün mükəmməl nəticəsidir. Bu müharibə, Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarını bərpa etməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə güclü bir hərbi qüvvəyə malik olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev, Azərbaycanın hərbi gücünü beynəlxalq hüquq və ədalətə əsaslanaraq istifadə etmiş və bu zəfər ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumağa xidmət etmişdir.
44 günlük müharibə həm də Azərbaycanın xalqının birliyini, həmrəyliyini və müstəqillik uğrunda mübarizə əzmini ortaya qoydu. İlham Əliyevin liderliyi altında Azərbaycan yalnız hərbi müstəqilliyini qorumaqla qalmamış, eyni zamanda bölgədəki geosiyasi vəziyyəti öz xeyrinə dəyişdirmək və ərazi bütövlüyünü bərpa etməkdə böyük uğurlar əldə etmişdir. Bu zəfər, həm də Azərbaycanın ordu quruculuğunda əldə etdiyi müvəffəqiyyətin göstəricisi oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərbi gücünün artması, həm də milli təhlükəsizliyini təmin etməklə yanaşı, regiondakı digər dövlətlərə də güclü bir mesaj göndərdi. Bu güc, təkcə hərbi sahədə deyil, həm də diplomatik münasibətlərdə Azərbaycanın daha sərt mövqe tutmasına, öz maraqlarını qorumasına və beynəlxalq aləmdə daha çox etibar qazanmasına imkan yaratmışdır.
Xarici Siyasət və Beynəlxalq Əlaqələr
Prezident İlham Əliyevin xarici siyasəti, Azərbaycanın dünya səhnəsində nüfuzunu artırmağa və beynəlxalq münasibətlərdə balanslı bir mövqe tutmağa yönəlmişdir. Azərbaycan, müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edir, xüsusən də BMT, ATƏT, Avropa Şurası və digər önəmli qurumlarda ölkənin mövqeyini ifadə edir. Azərbaycan, həmçinin regional təhlükəsizlik məsələlərində mühüm rol oynayır və müxtəlif münaqişələrin həlli istiqamətində konstruktiv töhfələr verir.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, ölkənin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaq və enerji təhlükəsizliyinə töhfə verməkdir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın Qərb və Şərq arasında strateji körpü olmasını təmin edərək, ölkəni dünyanın müxtəlif ölkələri ilə ticarət və diplomatik əlaqələr qurmağa təşviq edir. Eyni zamanda, Azərbaycanın regional siyasətdəki fəallığı, Ermənistanla imzalanan sülh müqaviləsi və Qarabağ məsələsində əldə edilən irəliləyişlər, Prezidentin xarici siyasətinin uğurlarını göstərir.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin iqtisadi gücünü artırmaq və beynəlxalq aləmdə daha möhkəm bir mövqe tutmaq məqsədilə çoxsaylı ticarət əlaqələri qurmuş və xarici investisiyaların cəlb olunmasına dair təşəbbüslər həyata keçirmişdir. Bu tədbirlər, Azərbaycanın həm Qərb, həm də Şərq bazarlarına çıxışını asanlaşdırmış, xarici siyasətdəki əsas məqsədlərin həyata keçirilməsinə kömək etmişdir.
Azərbaycanın Gələcəyi və Prezident İlham Əliyevin Liderliyinin Önəmi
Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan, müasir dövrün tələblərinə cavab verən, güclü iqtisadiyyata, inkişaf etmiş hərbi potensiala və beynəlxalq aləmdə nüfuzlu mövqeyə malik bir ölkə kimi özünü təsdiqləmişdir. Onun strateji qərarları və idarəetmə bacarığı, Azərbaycanı daha parlaq gələcəyə daşıyır.
İlham Əliyev, Azərbaycanın inkişafını yalnız iqtisadi və hərbi güc ilə deyil, həm də sosial və mədəni sahələrdəki islahatlarla təmin edir. Bu islahatlar, cəmiyyətin inkişafını, insanların həyat səviyyəsinin yüksəlməsini və ölkə daxilində demokratiyanın möhkəmləndirilməsini məqsəd qoyur. Azərbaycanın gələcəyi, Prezidentin rəhbərliyi ilə həm daxili, həm də xarici sahələrdə daha böyük uğurlar əldə etməyi hədəfləyir. İlham Əliyevin liderliyində ölkə, yalnız bölgənin deyil, dünyanın ən nüfuzlu və güclü dövlətlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin liderliyi, Azərbaycanı yalnız iqtisadi və hərbi sahələrdə deyil, həm də diplomatik və sosial sahələrdə uğurlara imza atmağa vadar edib. O, xalqına olan bağlılığı və iradəsi ilə Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, həm də beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmışdır. Bu liderlik Azərbaycanın gələcəyini daha parlaq edəcək və Prezident İlham Əliyevin adı Azərbaycan tarixində həmişə əbədi qalacaq.
Xumar Qurbanova: Möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrü


Məhəmməd Musayev - Çağdaş beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, dövlətin uğurları, inkişafı və qlobal səviyyədə ehtiramla qarşılanması ona rəhbərlik edən şəxsin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın 1993-cü ildən sonrakı tarixi güclü siyasi liderlərin dövlətin taleyindəki rolu  barədə ətraflı fikir yürütməyə imkan verir.

Məhz Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bütün problemlərdən xilas oldu, müstəqilliyimizin itirilməsinin qarşısı alındı. Ulu Öndər görkəmli siyasi xadimi kimi dövlətimizin etibarlı təməllərini yaratdı, inkişaf yollarını müəyyən etdi. Dövlətimiz qarşısındakı xidmətlərinə görə Heydər Əliyev xalqımızın Ümummilli Liderinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müdirkliyi,  şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi. 2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərimizi cənab İlham Əliyevi dəstəkləməyə çağıraraq demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

2003-cü ilin prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Preziden İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı. Təsadüfi deyil ki, cənab İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı  o dövrdə qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi.

Cənab İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın etimadına layiq görüldü. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayandı. Bu baxımdan ötən 21 ilin reallıqları göstərir ki, möhtərəm İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub. Bu illər ərzində Azərbaycanın iqtisadi 3 dəfədən çox böyüyüb, vətəndaşların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb. Cənab İlham Əliyev həm də «Cənub Qaz Dəhlizi»nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır.

Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.

Bütövlükdə, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq bütün dünya Azərbaycan regionun aparıcı dövləti kimi tanınır. Respublikamız həm də beynəlxalq münasibətlər sisteminin söz sahibi olan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrməsi də təsdiq edir. Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib.

Bütövlükdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür. Bu inkişaf və əldə edilən uğurlar ilk növbədə dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib.

Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi də gətirib.  Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Bütün bunlar da təbii ki, Prezident İlham Əliyevin yüksək siyasi keyfiyyətlərindən irəli gəlir.

Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız inanırdı ki, cənab İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək. Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrildi.

Qeyd edək ki, həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük antiterror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir. Bütün bunlar göstərir ki, məhz güclü siyasi liderlər öz xalqlarının və dövlətlərinin qarşısında dayanan istənilən taleyüklü məsələnin həllinə nail ola bilirlər.

Ötən ay Bakıda keçirilən COP29, dekabr ayından Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi diplomatiyanın növbəti mühüm uğurları oldu. Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Rəşadət Eyvazov - 2020-ci ildən bu yana Azərbaycan Respublikası Prezidentinin intonasiyası başqa müstəviyə adlayıb: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü! Bu cəsarət və hökmü ölkə başçısı müharibə dönəminin hərb meydanında qazanılan uğurlarla simvolizə edə bildi. Milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırlayaraq məsələnin ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər qorudu, siyasi oriyentiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini orduya yönəldə bildi. Müharibədən sonra da hökmlü olmağı motivləndirən çox faktlar qoyuldu meydana: bir günlük antiterror əməliyyatı nəticəsində susdurulan düşmən, Azərbaycanın bayrağının Xankəndi və Xocalıda qaldırılması, CO29 kimi tədbirə ev sahibliyini uğurla sonuclandırması, iqlim diplomatiyasına verdiyi töhfə və son olaraq Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi!
İlham Əliyevin təhkiyəsindəki amiranəlik milli qürur və vüqarı dərindən dərk etməyin simvolu olmaqla yanaşı, həm də tarixin gedişinə, dəfələrlə təkrarlanan tarixin çarxına “dur” demək üçün vacibdir. Çünki tarix özünün təcrübə dərslərini adətən Şərqdə keçib, böyük eksperiment üçün siyasi-sosial poliqon axtararkən güdaza Azərbaycan verilib, qurban kimi Azərbaycan xalqı seçilib. Bütün geopolitik maraq və mənafelər bizim məkanda qovuşub və kəsişib. Bu gün miqyas ilk növbədə, İlham Əliyevin tarixə saldığı nəzərin ölçülərində dəyişib. Avropanı, Qərbi narahat edən, təşvişə salan bir də məsələnin bu tərəfidir.  İlham Əliyev dünyanı bürüyən qırmızını – qan rəngini yaşılla - dirilik, harmoniya, islam yolu, ədalət, sevgi və kamilliklə əvəzləməyin, bütün dünyanı məhz Yaşıl perspektivdə görmək istəyinin lideridir. Məsələnin bir də bu tərəfi onlara sərf eləmir. İstibdadın, zülmün əli ilə parçalanan, talan edilən, azadlığı əlindən alınan Azərbaycan yoxdur artıq. Əvəzində, ölkəsinin adını ən uca tribunalardan səsləndirməyə müvəffəq olan ölkə başçısının hünəri var. “Var millətimin imzası imzalar içində”! Bu sözü uca vurğu ilə söyləmək üçün İlham Əliyev az sınaq mərhələlərindən, az tarixi-siyasi aşamalardan keçmədi. İndiyə kimi bizim Azərbaycanla, Qarabağla, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimai fikrinə çatdırılması istiqamətində gördüyümüz işin əsas üsulu və məzmunu dünya erməni təbliğatına verilən təkzib və təshihlərdən ibarət idi. Bu gün artıq onların təbliği istiqamətində sistemli iş strategiyası və miqyaslı, qlobal nəzəri-elmi konsepsiya səviyyəsində fəaliyyət proqramı və metodologiyası təşəkkül tapıb. Və ən yaxşı cəhət odur ki, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə məxsus humanitar-mədəni və etik-əxlaqi meyarlar bu proqramın düşüncə və iş mövqeyində qorunub saxlanır.
Qarabağ problemi barədə dünya fikrinin anti-Azərbaycan rənglərdən xilas olması məhz, İlham Əliyevin planet miqyaslı təbliğat və əməli fəaliyyətinin nəticəsidir. Əslində, son illərdə Prezident mücadiləsini iki cəbhədə aparıb: ön cəbhədəki vəziyyəti neytrallaşdırmaqla və erməni yalanlarına qarşı zərərsizləşdirmə işi aparmaqla. Hər iki cəbhədən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərib. Çıxışlarının birində Prezidentin səsləndirdiyi bir fikrə diqqət çəkmək istəyirəm: “Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”. Bu gün İlham Əliyev xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam ekologiya, mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Amma tarixi bir qanunauyğunluğun bizə ötürdüyü ibrət dərsləri də az deyil. Bu dərslər sübut edir ki, hətta xalis torpaq məsələlərinə münasibətdə belə təkcə siyasi-intellektual fikir yox, həm də vicdan və mənəviyyat adlı bir elm də iştirak etməlidir. Bu gün İlham Əliyev ideya-fəlsəfi kompası, milli şüurla, milli tale ilə bağlı əxlaqi və mənəvi-vicdani təşəbbüsü bütünlükdə öz əlinə almağı bacarmışdır. O qədər ki, artıq bu mənəvi-vicdani təşəbbüsdən dünya üçün, bəşəriyyətin sabahı üçün narahatlığın miqyası görünür.
Bu gün ölkə başçısı elə strategiya əsasında hərəkət edir ki, Azərbaycana olan nüfuz, etimad artan, yüksələn xətlə özünün inkişaf dövrünü yaşayır. Dekabrın 19-da Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması xəbəri bu etimadın ən mötəbərlərindən biri sayılmalıdır.
Bu gün təşkilat cəhətdən vahid orqanizm kimi birləşmək istiqamətində yeni addımlar atılır. Azərbaycanın D-8-ə üzv olması dünya siyasi sistimi ilə əlaqələri daha da gücləndirəcəkdir. İndi bizim üçün doğma Şərq – türk və islam arealı bu gün dünyada yeni bir kontekstə çevrilə bilər. Ən ali səviyyədə - ən müasir təşkilat modeli ilə Azərbaycanın həmin kontekstin yaranmasında fəal şəkildə iştirakı şübhə doğurmur. Çünki o prinsiplər ki, D-8 təşkilatının qayəsini təşkil edir, Azərbaycanın siyasi reallığı, dövlət olaraq baxış, yanaşma prioriteti həmin prinsiplərə uyğundur.
Ötən əsrin əvvəllərində milli triadamızın banisi Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsində yazırdı ki, “… türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar" denilməsin!”.  Bu gün həmin arzu və idealların gerçəkləşdiyi tarixi yaşayırıq. İlham Əliyevin həm nəzəri, həm də əməli fəaliyyəti hərtərəfli, universal bir intibah şəxsiyyətini ifadə edir. Bu gün onun qədər miqyaslı məsələlər qaldıran, bütün İslam və Şərq hüdudlarında düşünən, Qərb tiranlarına meydan oxuyan siyasi-ictimai xadim göstərmək çətindir.  “Firəngləşmə” təhlükəsini isə (elə mifini də!) İlham Əliyev ona qarşı mübarizə elan etməklə çoxdan tarixə qovuşdurub. Bir də, zavallı Fransa! İndi onun heç “Avropa sivilizasiya”sına qatası heç bir dəyəri də qalmayıb!
Çağdaş zamanda müttəfiqlərin sayının çox olması istənilən ölkənin gücünün göstəricilərindən biridir. Azərbaycan onsuz da dünya birliyində nüfuz qazanıb. D-8 təşkilatına üzv olması isə bir çox ölkələrlə ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək. Birliyə üzvlük ölkəmizə investisiya cəlb olunmasına, eyni zamanda Azərbaycan kapitalının həmin dövlətlərin iqtisadiyyatına yönəldilməsinə ciddi təkan verəcək. Bu təşkilata üzvlük ölkələr arasındakı mədəni, siyasi, humanitar sahədə də əməkdaşlıq körpülərinin qurulmasına vəsilə olacaq. Biz tarixən üç dildə yaranan böyük mədəni, mədəni sərvətin sahibi olmuşuq və bu böyük irsdən bu gün də imtina etmirik. Azərbaycanda, müqəddəs türk torpağında yaranan bütün mənəvi-bəşəri sərvətlər də, müəllifinin etnik mənsubiyyətindən asılı olmayaraq, bizim ümumi sərvətimizdir. Bizim D-8-ə üzvlüyümüz ölkəmizin dostlar, müttəfiqlər dairəsini daha da gücləndirəcək, daim diri tutulan dostluq münasibətləri daha sistemli şəkildə dünyanın simasının müasirliyə, yeniliyə, inkişafa doğru dəyişilməsində təmələ çevrilməyi bacaracaqdır.
Bu məqamı xüsusi qeyd etmək istəyirəm. İlham Əliyevin təfəkkür tərzinə məxsus vüsətli, miqyaslı bir humanizm, və beynəlmiləlçilik, azadlıq anlayışları onu çağın liderləri sırasında fərqli edən amillərdəndir. Amma daha qiymətli və mənalı cəhət odur ki, İlham Əliyevin düşüncə tərzində və siyasi üslubunda yüksək bəşərilik yüksək milliliklə vəhdətdə təzahür edir.  Bəlkə buna görə rəhbərlik etdiyi iyirmi ildən artıq zaman kəsimində ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsi sayəsində xalq öz milli kimliyindən ayrılmadı, keçmişindən qopmadı, dəyərlərini itirmədi, özünə, meyarlarına sadiqliyi qorudu. Türk ruhunu mənəviyyatında daşıyan millət fədailərimizin irsinin qorunması, təbliği və təqdimi ilə bağlı ardıcıl sərəncamlar imzaladı. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarını ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əhməd bəy Ağaoğlunun ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi, hər biri böyük mədəni hərəkatın göstəricisinə çevrilən “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili”, “Azərbaycan Cümhuriyyəti ili”, “Nizami Gəncəvi ili”, “İmadəddin Nəsimi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili” ilə bağlı qərarları da həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlar olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir.
Gün­dən-gü­nə ye­ni­lə­şən, çağ­daş dün­ya me­ri­di­an­la­rın­da ye­ri­ni tapan, Şərq­dən Qər­bə, Qərb­dən Şər­qə ge­dən yol­la­rın qov­şa­ğın­da hər gün da­ha da çox mər­kəz, gö­rüş, ün­siy­yət mə­ka­nı ro­lu­nu oy­na­yan, bə­şə­riy­yə­tin ta­le­yi­ni dü­şü­nən ic­ti­mai-si­ya­si, ta­ri­xi-mə­də­ni, qlo­bal, mil­li və mul­ti­kul­tu­ral ide­ya­la­rın, ideo­lo­gi­ya­la­rın, mü­za­ki­rə və təd­bir­lə­rin əsl sı­naq mey­da­nı­na çev­ri­lən ən ye­ni Azər­bay­ca­nın ob­ra­zı Ümummilli lider Heydər Əliyevin ide­ya və ide­al­la­rı­nın tə­cəs­sü­mü olaraq, ona adekvat bir əməli fəaliyyətin barı, bəhrəsi şəklində İlham Əliyevin müdrik zəkasında gerçəklik və təzahürünü yaşayır. Bu gün həyata keçirilən layihələr, gerçəkləşdirilən əməllər də İlham Əliyevin – bu unikal tarix qəh­rə­ma­nı­nın si­ma­sın­da ən ye­ni Azər­bay­ca­nın qazan­dı­ğı qlo­bal uğur­la­rı XXI əsr­də dün­yanın hər yerindən görməyə imkan verir.
Bu maşınları alanlar həyatlarını təhlükəyə atırlar - XƏBƏRDARLIQ

Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslər problemlərlə üzləşirlər.

xəzərxəbər bildirir ki, qiyməti aşağı olduğundan belə avtomobillərə maraq göstərənlər çoxdur. Lakin alanların çoxu sonradan problemlərlə üzləşirlər.

Avtomobil ustaları deyirlər ki, sükanı sağdan sola keçirilmiş avtomobillərdə tez-tez qüsurlar yaranır.

Belə avtomobillər xüsən Yaponiya istehsalı olur. Ölkəmizə belə maşınların gətirilməsi qadağan olduğundan elə oradaca sükanı sağdan sola keçirilir. Bu da sonradan bir sıra problemlər yaradır. Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sükan sisteminin dəyişdirilməsi zamanı bəzi avtomobillərdə standartlara uyğun olmayan ehtiyat hissələrindən istifadə edilir. Bu isə ciddi təhlükələr yaradır.

Ekspert bildirib ki, həmin avtomobillərdə dönmə bucağı, qısaqapanma, təhlükəsizlik yastıqlarının açılmaması, sensorların və digər elektron sistemlərin düzgün işləməməsi kimi müxtəlif problemlər yarana bilir. Bu da ya qəzanı, ya da qəza zamanı daha ağır fəsadları qaçılmaz edir.

Eldəniz Cəfərovun sözlərinə görə, bu cür avtomobillərin bazar dəyəri nisbətən aşağı olur. Ən yaxşı seçim orijinal sükanlı və düzgün texniki baxışdan keçmiş avtomobil almaqdır.

Xatırladaq ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin idarə edilməsi 1998-ci ildən qadağandır.



Dəmir yollarında ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq ADY sıfır tullantı strategiyasını həyata keçirməyə davam edir.
 Yol-xeber.az" xəbər verir ki, Bu yanaşma nəticəsində 2023-cü ildən etibarən enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa nail olmuşuq. Eyni zamanda, günəş panellərindən istifadə sayəsində bu il ərzində 90 min kilovatdan çox enerji istehsal edilərək 8 min kubmetrdən çox təbii qaza qənaət edilib.
Hədəfimiz elektrikləşdirməni, rəqəmsallaşmanı, innovasiyaları, yaşıl enerjiyə keçidi və təkrar emalı daha da genişləndirməklə tullantısız gələcəyə töhfə verməkdir.
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ

Azərbaycanda dekabrın 24-də hava əsasən yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-8° isti olacaq.

Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür. 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.

İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto

Dekabrın 22-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. 

Ümumilikdə 90 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrində 190 mərkəzdə keçirilib.

İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər. Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 nəfər şagird respublika fənn olimpiadalarına qatılıb. 

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabr, X-XI siniflər üçün isə 29 dekabr tarixində keçiriləcək.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.

Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

 

Xəbər lenti