![]() |
|
Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, ermənilər Dilqəm Əsgərovu əvvəlcə Ermənistanın Gorus rayonuna, oradan isə Şıraka aparıblar:
"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Gorusa aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".
K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər: "Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".
Qeyd edək ki, ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından aparıldığı noyabrın əvvəlində məlum olub. Şahbaz Quliyevin harada olması ilə bağlı məlumat yoxdur.
Oxu.az xəbər verir ki, görüntülərdə Şuşada Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi əks olunub.
Diqqət çəkən məqamlardan biri də şəhərin adının dövlət bayrağımızın rəngləri əsasında yazılışıdır.
Həmin görüntüləri təqdim edirik:
"Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış @Twitter profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm. Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi "Biz Birlikdə Güclüyük"! Mübarizəmiz davam edir!"
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
Əvvəl cavan insanlarda koronavirus xəstəliyinin daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVİD-19 virusunun daha ağır formasını müşahidə edirik.
Bunu Trend-ə TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, klinik təcrübələrdə artıq uşaqların da bu xəstəliyi yüksək temperatur ilə keçirdiyi məlum olub.
V.Əliyev qeyd edib ki, COVİD-19-un əlamətlərinin insanlarda hansı səviyyədə müşahidə edilib-edilməməsi individualdır. Çünki virusa xas olan əlamətlərin hamısı eyni insanda görünməyə də bilər:
“Şərt deyil ki, virusa xas bütün əlamətlərin hamısı bir insanda müşahidə edilsin. Ola bilər ki, insanda bu əlamətlərin heç biri olmasın, amma virus daşıyıcısı olsun.
Klinik simptomları olan xəstədə belə bu əlamətlər çox ya az dərəcədə görünə bilər. Məsələn, iy və dadbilmə bəzilərində olmaya bilər. Amma elə şəxslər ola bilər ki, onda bu əlamətlər uzun müddət müşahidə olunsun və gec bərpa edilsin.
Digər tərəfdən, hərarətin ən çox rast gəlinən simptom olmasına baxmayaraq, koronavirus xəstələrində hərarət qeydə alınmaya da bilər. Buna görə də şərt deyil ki, koronavirusa yoluxan hər bir kəsin hərarəti yüksək olsun”.
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.
Medalın təsis edilməsi ilə əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında fərman imzalayıb.
Qanuna əsasən, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri təsdiq edilib.
Əsasnaməyə görə, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək. Təltif edən orqan isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.
Söhbət leytenant Hikmət İbrahimovdan gedir.
Bu qəhrəman, müharibə zamanı yaralansa da, döyüşü davam etdirib. Bir neçə gün sonra yenidən yaralandığından müalicə üçün paytaxt Bakıya göndərilib. O, ilk xəsarəti Cəbrayıl rayonu ərazisində alıb.
Bölük komandiri vəzifəsini icra edən Hikmət İbrahimovun tabeliyindəki dəstə Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi ərazisində düşmənin şiddətli atəşinə məruz qalıb. Elə həmin döyüşlərdə də o bədəninin 4 nahiyəsindən yaralanıb və fəqərəsi sınıb.
Hərbçimizin sözlərinə görə, döyüş yoldaşları erməniləri ərazidən qovduqdan sonra çoxlu sayda texnikanı ələ keçiriblər. Onların içərisində hətta erməni generalın avtomobili də olub.
Qəhrəman hərbçimiz hələ də bədənində qəlpələrlə yaşayır. Hikmət İbrahimov Yunus və Yusif adlı iki övladını əsl vətənpərvər kimi böyütmək istəyir.
"Gücümüzün birlikdə olmasının sübutu olan bu tarixdə birliyimizin əbədi olmasını diləyirik, çünki biz birlikdə güclüyük! Dirçəliş Günümüz Mübarək!".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitterində yazılıb.
Report məlumatına görə, bu barədə Türkiyənin Nişantaşı Universitetinin rektor köməkçisi Sibel Baykut bildirib.
Belə ki, II Qarabağ döyüşü zamanı şəhid olmuş hərbçilərin və müharibə dövründə həyatını itirmiş mülkü şəxslərin yaxınları olan 20 tələbəyə təqaüd veriləcək və onlar Nişantaşı Universitetində tam pulsuz təhsil alacaqlar.
Bununla bağlı artıq ilkin işləmlərə başlanılıb.
"Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb".
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var", - deyə o qeyd edib.