Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.
Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.

“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.

Dövlət Feldyeger Xidmətinin sabiq rəisi, general-leytenant Ədalət Paşayev vəfat edib.
Qafqazinfo xəbər verir ki, Ə.Paşayev bir müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, generalın oğlu Azad Paşayev də iyul ayında xəstəlikdən vəfat etmişdi. A.Paşayev Azərbaycanın Moldova, Serbiya və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində işləyib.

Qeyd edək ki, Feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərir.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Onun əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.  

 Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.  1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib. 

1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub. 

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb. 

“İnteqrasiyalı İnkişaf Qrupu” İctimai Birliyinin sədridir.

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat qətiyyən həqiqətə uyğun deyil.

Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır", - məlumatda qeyd olunub.

Nazirlər Kabinetinin oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, bu gündən bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanılıb.

Qərar dekabrın 1-dək qüvvədədir.

Laçın dəhlizi - 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.

Laçın dəhlizi  Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən coğrafi ərazidir. Bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir.  Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir. Bu yüksəkliklərdən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

Uzun illər fəaliyyət göstərən Laçın dəhlizi, Ermənistanın Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistan bu dəhlizi “nəfəs borusu” adlandırırdılar. Həm birinci Qarabağ müharibə dövründə, həm də indi Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhcizatını bu yol vasitəsi ilə keçirir.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın dəhlizinin əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsi  başlanğıclarını Laçın dəhlizindən götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik  enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür.

Laçın “dəhlizi”  həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir.  Laçın ərazisində  hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət  abidəsi, o cümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri,  kurqanlar, at – qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.

Laçın dəhlizinin işğalı

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar.

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi.

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarır. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.

Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır.

Bu barədə "Ölkə.Az" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ombudsman Səbinə Əliyeva “TRT World” telekanalına müsahibə verib.

Bu barədə ombudsman öz sosial media hesabında məlumat paylaşıb. 

Müsahibənin əsas mövzusu ermənilərin Bərdəyə qadağan olunmuş raket atması olub. 

ABŞ-ın Azərbaycandakı səfiri Elin Süleymanov "Washington Times" qəzetinə müsahibəsində son zamanlar bəzi mətbu orqanlarında guya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovet sayağı təbliğat olduğunu bildirib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən  verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.

Səfir “Waşinqton Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. “Azərbaycan Silahlı Qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, - deyə səfir vurğulayıb.

E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.

Sözügedən məqalə ilə //www.washingtontimes.com/news/2020/nov/1/elin-suleymanov-azerbaijan-ambassador-denies-syria/?fbclid=IwAR1v6-kdJPf-qhir3JJ6ek9BTAqATbYDERJRvuMdkO4OQC9PNJYmMeI4DBg internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda nüfuzlu “Neweek” jurnalına ABŞ-dakı president seçkilərini şərh edən səfir bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdən kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır. Səfir bu xüsusda Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun göstərdiyi təzyiqləri maneçilik törətdiyini bildirib.

Xəbər lenti