![]() |
|
Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumaat görə, sabah cənub küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Noyabrın 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
"Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır".
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.
Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.
Report bildirir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.
Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Bursa vilayətində Polad Həşimovun adını daşıyan parkın açılışı olub.
Oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Oktyabrın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-25, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
"Kargu" dronunun əsas xüsusiyyətləri
"Kargu-2" pilotsuz uçuş aparatlarının terror və "asimmetrik müharibə" ilə mübarizə aparmaq üçün yaradıldığı vurğulanır. PUA-nın kütləsi cəmi 15 kq-dır. "Kargu-2" havada 30 dəqiqəyə qədər qala bilir.
Dron yerdən operator tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Əgər dronlar hədəfi məhv etməyibsə, sonradan yenidən istifadə üçün operatorun yanına qayıda bilir.
Bu pilotsuz uçuş aparatları düşmənin şəxsi heyətini və digər silahsız hədəflərini məhv etmək üçün qəlpəli, yüngül zirehli təhdidlərə hücum üçün kumulyativ, məhdud məkanda yerləşən hədəflərə qarşı isə termobarik döyüş başlıqları ilə təchiz edilə bilər. Bundan əlavə, pilotsuz vasitə stasionar hədəfləri məhv etmək üçün də istifadə edilə bilər.
Pilotsuz istifadənin yarımavtonom rejimi "Kargu"nun hədəfləri müstəqil aşkar edib vura biləcəyini göstərir, operator isə yalnız onu müəyyən bir əraziyə göndərməlidir. Operator dronun hücumunu ləğv edə bilər və ya başqa bir hədəfə yönləndirə bilər.
Sürü hücumu: yeni texnologiyanın faydaları
Ən maraqlısı, 2019-cu ildə pilotsuz kamikaze vasitələrinin istehsalçısı olan STM şirkəti, "Kargu" dronlarına əlavə avtonomluq verməsi, eyni zamanda dronların bir böyük dəstə ("sürü") daxilində birgə hərəkət etmək imkanları üzərində işlədiyini elan etdi.
29-a qədər pilotsuz kamikadze eyni vaxtda “sürü” halında hərəkət edir.
Yüngül zirehli texnikanın karvanları və konvoyları, adi yük maşınları və yolsuzluq avtomobilləri, silah-sursat anbarları, təyyarə bazaları - bütün bu obyektlər "Kargu" dronları tərəfindən rahatlıqla məhv ediə bilir. Dron sürüsü ilə düşmən müdafiəsinin basdırılmasına və hədəflərin daha təsirli məhv edilməsinə nail olmaq mümkündür.
“Sürü” texnologiyası sonradan digər pilotsuz aparatlara və sursatlara da tətbiq oluna bilər. İndi Türkiyəni dünya PUA istehsalının lokomotivi adlandırmaq olar.
"Kargu-2" PUA-ları verilmiş tapşırıqları yerinə yetirməkdən ötrü hədəfin 6 metr yaxınlığına qədər çatıb, özünü partladaraq ətrafdakı hər şeyi məhv edir. "Kargu-1" seriyasına nisbətən daha səssiz olan bu PUA-lar daha uzaq məsafə qət edə və havada daha çox qala bilir.
Video çarxlarda "Kargu"nun praktikada necə hərəkət etdiyini müşahidə edə bilərik.
Vüsalə Balayeva
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm zəfərlərlə şanlı tarix yazdığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminat proqramı da davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dəfə Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında yeni inşa olunmuş 22 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Zərdabın Çallı kəndində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, son bir ay ərzində Silahlı Qüvvələrimizin böyük Qələbələr əldə etməsi, qısa müddətdə artıq bir sıra yurd yerlərimizin işğaldan azad edilməsi Ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirir. İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan bayrağı qaldırılır və bu, bütün xalqımızda sonsuz qürur hissləri oyadır.
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin, bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi də daim dövlətin diqqətindədir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən 22 fərdi ev (o cümlədən Zərdabda 7, İmişlidə 4, Kürdəmirdə 7, Göyçayda 4 ev) də daxil olmaqla, onlardan artıq 710 mənzil və fərdi ev artıq verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8 298 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Çıxış edən şəhid ailələri və müharibə əlilləri göstərilən yüksək diqqət və qayğıya, bu gün isə fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Ordumuzun Qələbələrindən, torpaqlarımızın işğaldan azad edilməsindən, düşmənə sarsıdıcı zərbələr vurulmasından fərəh hissi keçirdiklərini, şəhidlərimizin qisasının düşməndən layiqincə alındığını vurğulayıblar. İşğal altında olan digər torpaqlarımızın azad ediləcəyi günün də uzaqda olmadığına əminliklərini ifadə ediblər.
Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.
Bu barədə Azərbaycan Müdafiə nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Report xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, növbəti iki həftədə bu siniflərin ənənəvi formada təhsili mümkün deyil: "Gələcəkdə ənənəvi təhsilə qayıtdıqda məhz 1 və 2-ci siniflərin məktəbdə təhsilinin bərpasını istəyərdik".
Noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət yetirməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Çünki teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.