![]() |
|
Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsü
“Azərbaycanda olan məlumata görə, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir”.
Bunu Prezident İlham Əliyev “İnterfaks”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”.
“Bizim itkilərə gəlincə, mən demişəm, biz onları hərbi əməliyyatlar bitəndən sonra elan edəcəyik. Ancaq deməliyəm ki, bizim itkilərimiz dəfələrlə azdır”, - deyə Prezident əlavə edib.
“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, - deyə dövlət başçısı bildirib.
Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının kəskin artımı çox böyük narahatlıq doğurur.
Mövcud vəziyyəti şərh edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ölkəmizin bütün bölgələrində aşkarlanıb: "Lakin bəzi bölgələrdə vəziyyət daha ciddidir. Bəzi bölgələrdə yoluxma daha yüksək rəqəmlərlə ifadə olunduğuna görə lokal olaraq həmin ərazilərdə karantin rejimi daha sərtləşdirilib, cənub bölgəsində, Şəki və Mingəçevirə giriş-çıxış bağlanılıb. Elə regionlar var ki, orada xəstəlik ciddi şəkildə yüksələn xətlə gedir.
Hazırda ölkəmizdə azğın düşmənlərin işğal etdikləri torpaqlarımnızdan çıxarılması uğrunda haqq savaşı aparılır. Biz hələ sentyabrın 27-dən əvvəl də həkim və tibb işçilərini qorumaq barədə çağırışlar edirdik. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı “Koronavirus və yorğunluq” məqaləsini dərc edib. Orda da haqlı olaraq qeyd olunur ki, uzun aylardan bəri pandemiya ilə aparılan mübarizədə hamı yorulub. Lakin bəlkə də ən çox yorulan həkim və tibb işçiləridir, çünki onlar artıq doqquz aya yaxındır ki, sərt rejimdə fəaliyyət göstərirlər. Qısa bir müddətdə onlar rahat nəfəs almağa imkan tapdılar və bundan az sonra indi artıq xəstəliyin ikinci dalğası baş qaldırıb. “Gözəgörünməz” düşmənlə mübarizə aparıldığı bir vaxtda sağlamlıq keşikçiləri düşmən üzərində ümumi qələbəyə öz töhfələrini vermək, bu sahədə zabit və əsgərlərə dəstək göstərmək istəyirlər. Lakin koronavirusa yoluxanların sayı artdıqca hansısa tibb müəssisələrini yenidən pandemiya xəstəxanası kimi istifadə etməyə məcbur oluruq və həmin xəstəxanalar bir gün, bəzən bir neçə saat ərzində dolur. Bir xəstəxananın ortalama çarpayı fondu 200-300 arası olur. İndiki yüksək yoluxma şəraitində tibb müəssisəsi bir günün içində xəstələrlə yüklənmiş olur. Hər şey çarpayı ilə həll olunmur, xəstələrə qulluq edən tibb personalına böyük ehtiyac var. Ona görə də bunu dərk edən hər kəs özünü koronavirus infeksiyasına yoluxmaqdan qorumalı və bu yolla bugünkü şəraitdə həkimlərə dəstək göstərməlidirlər”.
Şöbə müdiri qeyd edib ki, maska xəstəlikdən qoruyur: "Özü də təkcə koronavirusdan yox. Təcrübə göstərir ki, koronavirusla mübarizə dönəmində kəskin respirator virus infeksiyalarına yoluxanların sayı azalıb. Başqa sözlə desək, maska taxılması təkcə koronavirusdan deyil, bütün respirator və tənəffüs yolu ilə yoluxa bilən xəstəliklərdən qoruyur. Bu yaxınlarda dərc olunan bir araşdırmada deyilir ki, maskanın taxılması peyvənd kimi sipər rolu oynayır. Onu da etiraf edək ki, maska taxılması tam şəkildə xəstəlikdən qorumur, müəyyən miqdar viruslar ondan keçə bilər, lakin həmin viruslar xəstəlik törətmək iqtidarında yox, az miqdarda olur və insanda bəlli bir immunitet yarada bilir. Yəni, maska mütləq şəkildə taxılmalıdır. Onun vasitəsilə özümüzü, yaxınlarıımzı və ətrafımızda olanları qorumalıyıq.
Sosial şəbəkələrdə və bəzi dairələrdə maskadan çox istifadə edilməsinin ziyanlı olduğu və guya hansısa xəstəliyə səbəb olması barədə məlumatlar dolaşır. Pandemiya başlamamışdan əvvəl heç kimdən maskadan istifadə edilməsi tələb olunmurdu. Hazırda isə bu, bizim üçün məcburi bir addımdır. Hər kəs özünü çox ağır bir xəstəlikdən qorumalıdır. Əlbəttə, xəstəlik olmadığı təqdirdə heç kəsdən maska taxması xahiş edilmirdi. Maskanın ziyanlı olması barədə danışanlara demək istəyirəm ki, həkimlər, cərrahlar, əməliyyat otağında çalışan tibb işçiləri demək olar ki, günün çox hissəsini maskada keçirirlər. Onların hansısa ağciyər və ya digər xəstəliyə tutulması barədə statistika yoxdur. Lakin bu gün onun taxılması məcburi bir addımdır və bizə vacib lazımdır”.
TƏBİB-in şöbə müdiri son günlər yoluxmanın artımı barədə danışarkən bunun başlıca səbəbini davranışla əlaqələndirib: “Doğrudur, biz payız-qış mövsümündə xəstəliyin artım sürətini gözləyirdik. Lakin hələ havalar soyumayıb. Ona görə də yüksəlişi havaların kəskin soyuması və kəskin respirator virus infeksiyasının artımı ilə əlaqələndirə bilmərik. Deməli, burda daha çox davranış problemləri var, sentyabrda yoluxma səviyyəsinin aşağı enməsi bir qədər arxayınçılıq və rahatlıq yaratdı. Digər bir səbəb son bir ayda baş verən hadisələr nəticəsində kütləvi toplaşma və təmasların artması, bir sıra mərasim və toplaşma zamanı sosial məsafənin gözlənilməsinin və maska taxılmasının tamamilə unudulması oldu”.
Y.Qarayeva ölkəmiz tərəfindən alınacaq koronavirusa qarşı peyvənd barədə məlumat verərək deyib: “Peyvənd immunitet yaratmaq qabiliyyətinə malik olmalı, eyni zamanda, fəsad və əks-təsir yaratmamalıdır, onun istifadəsi və saxlanılma qaydaları rahat olmalıdır. COVID-19-u keçirənlər bilməlidirlər ki, həmin xəstəliyi keçirməyin hansı müddətə immunitet yaratdığı hələ məlum deyil. Elə adamlar var ki, xəstəliyi keçirəndən sonra onun orqanizmində anticisimləri yoxlayarkən onlarda yüksək titr aşkarlanır. Lakin elələri də var ki, yoxlama zamanı heç bir titr aşkarlanır. Bu, o deməkdir ki, xəstəlik keçirmək onları qorumur. Bəlkə də onlar özlərini daha çox qorumalıdırlar, çünki bir dəfə bu ağır xəstəliyi keçiriblər. Ola bilər ki, onların ağciyər və tənəffüs orqanlarında hansısa fəsadlar qalıb, həmin şəxslərin təzədən koronavirusa və ya qripə yoluxması çox ciddi fəsada səbəb ola bilər. Ona görə də hamı bilməlidir ki, peyvənd olduğu təqdirdə eyni vaxtda hamıya vurula bilməz, ilk növbədə risk qruplarına vurulacaq. Hətta onun istehsalına başlanılsa da, hamıya yetəcək miqdarda da olmayacaq. Bu gün hətta qrip peyvəndinə o qədər böyük tələbat var ki, hər arzusunda olan ölkə onu əldə edə bilmir, çünki tələbat çox böyükdür”.
O, peyvənd barədə fikirlərinə əlavə edərək deyib: “Hətta bəzən adi bir qidadan allergik reaksiya yaranır. Elə insan var ki, hamının sevdiyi və rahat qəbul etdiyi hansısa qida məhsulu onun orqanizmində anafilaktik şoka səbəb olur. Ona görə də hər hansı dərman preparatının hansısa əks-təsiri olduğunu unutmamalıyıq. Ən adi “parasitomol” dərmanının annotasiyasını açıb oxuyanda onun hansısa təhlükəli nəticələr verə biləcəyi qorxu hissi doğurur. Ona görə də peyvəndin özünün də bir dərman vasitəsi olduğunu unutmamalıyıq və fərdi olaraq kimlərdəsə müəyyən fəsad verə bilər. Ona görə də peyvəndin istifadə qaydasında kimlərin və necə istifadə etməsi barədə qaydalar öz əksini tapacaq. Adətən virus peyvəndləri texnoloji olaraq toyuq yumurtası hüceyrələrində əmələ gətirilir və orada məxsusi olaraq göstərilir ki, məsələn, yumurtaya, toyuq ətinə və s. allergiyası olanların istifadə etməsi məqbul deyil. Bütün dərman preparatlarına, hətta fərdi olaraq qida məhsullarına da hansısa əks-təsir meydana çıxa bilər. Ona görə də bütün sınaq mərhələlərini keçmiş peyvənddən ehtiyat etməməliyik. Hələlik isə ölkəmizə COVID-19-la əlaqədar heç bir peyvənd gətirilməyib və gətirmək fikrimiz də yoxdur. Məqsəd ondan ibarətdir ki, həqiqətən təsirli, lakin əks-təsiri olmayan, immunitet yarada bilən peyvənd istehsal olunacaqsa, Azərbaycan da onu ilk ala bilən ölkələrin sırasında olsun”.
“Vaxtilə Avropada H1N1 adlandırılan “donuz qripi” milyonlarla insanın həyatına son qoydu. Hazırda həmin virusa qarşı hansısa təsirli bir dərman preparatı olduğunu desək, doğru olmaz. Müəyyən vaxtdan sonra insanla virus arasında gedən proseslər nəticəsində uyğunlaşmalar olur. Düzdür, həmin virusa yoluxanlar uzun müddət ağır fəsadlarla üzləşir, öskürür, lakin ölümə səbəb olmur və ötüb keçir. Belə bir nəzəri fikir var ki, müəyyən vaxt keçəndən sonra həmin virusla insan arasında da uyğunlaşma mexanizminin ortaya çıxması mümkündür. Məsələ burasındadır ki, COVID-19 yeni virusdur, onda başqa viruslarda olmayan yeni xüsusiyyətlər üzə çıxır. Məsələn, yoluxmanın kəskin dönəmində deyil, sonrakı dönəmində daha kəskin fəsadlar meydana çıxır. Qətiyyən demək olmaz ki, birinci dəfə yoluxanlar xəstəliyi daha yüngül, ikinci dəfə yoluxanlar daha ağır keçirirlər. Bizim üçün yoluxma sayından çox ağır xəstələrin sayı narahatlıq doğurur. Hazırda ölkəmizdə 200-dən çox xəstə reanimasiya şöbəsində müalicə alır və onlardan 42 nəfər süni tənəffüs aparatına qoşulub. Yoluxanların çoxunun evdə müalicə alması da bir qədər rahatlıq doğurur, amma daha çox reanimasiyada olanlar üçün narahatlıq keçiririk, çünki onların yataqda müalicə olunması daha uzun çəkir və vəziyyətdən çıxmasına olan ümid daha az olur,” - deyə şöbə müdiri bildirib.
1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 25 il ötür.
Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.
Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.
Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
O, yaşadığı Qarayusifli kənd qəbiristanlığında yaxınlarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.
Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və canlı qüvvə məhv edilib.
Görüntüləri təqdim edirik.
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) əhaliyə növbəti dəfə müraciət edib.
Müraciətdə deyilir:
"Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq".
22 oktyabrda TF 1 kanalında “saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu “genosid törədənlərin fahişəsi” kimi qələmə veriblər.
Eyni zamanda, jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.
Oktyabrın əvvəli digər iki fransız jurnalist də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.
“Sərhədsiz reportyorlar”ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir.
Bundan başqa, Fransa erməniləri təşkilatlarının koordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq”.
Belə ki, “Facebook” üzərindən yayımlanan reportaj haqqında “dezinformasiyaya bənzəyir” fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq:
“Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər”.
Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər.
TF 1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün, Liseron Budulun reportajını öz saytından silib.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.