![]() |
|
20 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-18 dərəcə isti olacaq.
Son yumşaldılma qərarından sonra yoluxma sayında müəyyən qədər artım müşahidə olunur. Çimərliklərin açılmasından sonra sayın artması gözlənilən idi".
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərov son günlər Azərbaycanda yoluxma sayının artması ilə bağlı danışarkən deyib. O, yumşaldılma qərarının insanlarda arxayınlıq yaratdığını bildirib:
“İnsanlar yumşalmadan sonra düşünür ki, artıq karonavirus yox olub. Amma bu düşüncə yanlışdır, virus hələ də davam edir. Düşünürəm ki, yenidən artım olarsa, hansısa formada yenidən qadağalara gedəbilərik. Təbii ki, bunu mütəxəsislər, Operativ Qərargah daha dəqiq bilir və bu istiqamətdə aparılan analizlərdən sonra uyğun qərar verirlər.
Lakin hesab edirəm ki, bundan sonra çox sərt addımlar atmaq lazım deyil. Ümumiyyətlə, biz bu infeksiya ilə yaşamağı öyrənməli və həyatımızı bir müddət bunun üzərində qurmalıyıq”.
Millət vəkili xüsusi karantin rejimindən daha çox qaydalara əməl etməyin vacib olduğunu bildirib:
“Son zamanlar artıq əhalinin çox hissəsinin bu qaydalara əməl etməsinə şahid oluruq. Artıq küçədə insanlar maska taxır, sosial məsafə qaydalarına əməl edir. Bütün bunlardan sonra sağalanların sayı ilə, yoluxanların sayı arasında böyük bir fərq yarandı. Təbii ki, bu da hər birimizi sevindirdi. Amma yumşaldılmaların davamlı olması üçün insanlar daha çox diqqətli olmalı, qaydalara maksimum dərəcədə önəm verməlidir”.
V. İsgəndərov pandemiyaya qarşı dövlətin əlindən gələni etdiyini və bundan sonra da edəcəyini qeyd edib.
“Ökəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması və onların sosial müdafiəsinin təmin edilməsi kimi məsələlər əsas prioritetlər kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Bu modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaradır”.
Qərara uyğun olaraq, müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlərə başlanılıb.
Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.
Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara düzgün riayət edilməsi müəyyən edilmişdir. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin hüquqi və fiziki şəxslərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış və ya qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti bitmiş avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırılır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.
Sürücülüərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.
Həbsdə olan sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.
Bu barədə APA-ya E.Həsənovun vəkili Adil İsmayılov bildirib.
Vəkilin sözlərinə görə, Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə olunub, toplanmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.
Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
Dünyanın, xüsusilə də Avropanın bir çox iri şəhərində velosiped nəqliyyat vasitəsidir. Velosipedin məhz nəqliyyat vasitəsi kimi istifadəsi hər mənada sərfəlidir - ekoloji cəhətdən təmizdir, insanların sağlamlığına müsbət təsir göstərir, infrastrukturu ucuz başa gəlir, tıxacların və hərəkət sıxlığının aradan qaldırılması üçün də ən effektiv alternativlərdən biridir. Buna görə, dünyanın iri şəhərlərində velomədəniyyət gündən günə populyarlaşır.
Əminəm ki, Bakının mərkəzində nəqliyyat hərəkətinin sıxlığını nəzərə alaraq, bu sıxlığın aradan qaldırılması, ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə alternativ nəqliyyat vasitəsi kimi, velosiped infrastrukturunun (velosiped zolaqları, müvafiq nişanlanma, velosiped dayanacaqları və s.) yaradılmasının tam zamanıdır. Əlbəttə, bu uzunmüddətli, böyük bir layihədir və insfrastrukturun yaradılması ilə yanaşı vətəndaşların və avtomobil sürücülərinin maarifləndirilməsinə də ehtiyac var, bu isə zaman tələb edəcək.
Amma, Bulvar ərazisindən başlamaq ən məntiqi bir yoldur. Bakı sakinlərinin ən sevimli istirahət məkanlarından biri olan Bakı Bulvarının uzunluğu 16 km olmaqla, Bakı Ağ Şəhər Bulvarından Bayıl bulvarının sonunadək olan ərazini əhatə edir. Son illər, Bulvarda velosiped sürənlərin sayı gündən günə çoxalır, amma vətəndaşlarımız üçün bu daha çox əyləncədir. Digər tərəfdən, Bulvarın ancaq bir hissəsində velosipedlərin sərbəst hərəkəti üçün yer ayrılıb. Hazırda velosipedçilərin sayı artdıqca, onların üzləşdiyi problem artır, onları bəzən saxlayırlar, bəzən onlar piyadalara mane olur, yəni bu sahədə tənzimləmə olmalıdır.
Mən bununla bağlı Bakı Bulvar İdarəsinə sorğumu yönləndirmişəm və yaxın aylar ərzində aidiyyatı olan qurumlarla bu mövzunun müzakirəsini planlaşdırıram.
Nigar Arpadarai
Millət vəkili
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar DİN Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.
Yol-xeber.az-a daxil olan açıqlamada DİN Baş DYP İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış və ya qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti bitmiş avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticarət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.
Sürücülərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.
Əsasən, sıxlıq Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şosesi - Azadlıq prospekti istiqamətində, Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində, Zabrat şosesi Həsən Əliyev prospekti istiqamətindədir.
Bakı Nəqliyyat Agnetliyindən verilən məlumata görə, qeyd olunan yollardakı sıxlıq müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.
Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edilir.
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti 19.08.2020 -ci il tarixindən fəaliyyətə başlayır.
Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.
M9 xəttinin istifadəyə verilməsi ilə “Sea Breeze” istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13-14 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi “Sea Breeze” istirahət mərkəzi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib.
Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M9 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.