![]() |
|
19 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 28-31, Bakıda gecə19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-75, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti olacaq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. Baxmayaraq ki, uzun müddət bunun əksini tələb edirdi. ÜST dünyanın demək olar ki, bütün ölkələrinə pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. İndi təşkilatın baş epidemioloqu Maria Van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yuxarıdakı fikirləri Ümumdünya Səhiyyə Təşkilatından öncə mən söyləmişəm. İstər sərt karantin rejimi olsun, istərsə də yumşalmalar biz Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etsək yoluxmaların sayı o qədər də yüksək olmaz:
"Düzdür, qaydalara əməl etməyənlərə görə yoluxmalar artsa da, bu o qədər də yüksək olmayacaq. Sevindirici haldır ki, insanlarımızın maskadan istifadə edir, sosial məsafəni qoruyur, sanitar-gigyenik qaydalara əməl edirlər. Təəssüf ki, qaydalara əməl etməyənlər də var. Onların hesabına yoluxanlar olur.
Bu nöqtəyi nəzərdən düzgün fikirdir ki, karantin rejimi olsa da, olmasa da xəstələnmə halları baş verəcək. Tövsiyələrə əməl olunarsa yoluxma sayı qatbaqat aşağı düşəcək. Yoluxma sayı aşağı düşərsə normal həyatımıza da tez qayıda bilərik. Bununla da rahat şəkildə rayonlara gediş-gəliş, iri ticarət mərkəzləri və digər pandemiyaya görə bağlanılan müəssisələr də açıla bilər.
Ümumdünya Səhiyyə Təşkilatını tövsiyyələrini hər bir ölkə öz xüsusiyyətlərinə uyğun tədbiq edir. Bizim ölkəmizdə də vəziyyətə uyğun olaraq ÜST-ün tövsiyəsinə baxa bilər. Mən bu məlumatı oxumamışam. Ola bilər ki, mətbuatda yayılan xəbər doğru olmasın. Əgər həqiqətən belə bir tövsiyə olarsa Operativ Qərargah, Səhiyyə Nazirliyi,
TƏBİB və bu məsələdə mütəxəssislərimiz öz fikirlərini verə bilərlər.
Bu gün yoluxanların sayı 600-dən 124-ə düşdü. Əgər qaydalara əməl etməsək yoluxanların sayı yenidən qalxacaq. Çünki hələ bu epidemiya sönməyib. Bu xəstəliyi sağlam gəzdirənlər var. Avropa dövlətlərində, eləcə də qardaş Türkiyədə yoluxanların sayı çoxalır. Amma bizdə yoluxanların sayı müsbət dinamikadadır. Bu rəqəmlərin düşməsini və stabil saxlanılmasını istəyiriksə qaydalara əməl etməliyik".
Bir neçə gün əvvəl koronavirusa yoluxma sayında azalma müşahidə olunsa da, son günlər yenidən artım qeydə alınır. Bəs, bunun səbəbi nədir?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev yoluxma sayını artmasını tətbiq olunan yumşalmalarla əlaqələndirib:
“Yoluxma sayının artması yumşalmaların nəticəsidir. Yumşalma və insanların qaydalara eməl etməməsi fonunda virusa yoluxmada artmanın olması normaldır”.
V. Əliyev sözlərinə görə, yoluxma artarsa yenidən karantin qaydaları sərtləşdirilə bilər:
“Yoluxma halları bundan sonra da uzun müddət davam edəcək. Ancaq yoluxma nəzarət altında olarsa, ciddi problem problem yaşanmayacaq. Lakin yoluxma halları artıb nəzarətdən cıxarsa, karantin qaydalarının yenidən sərtləşdirilməsi haqda düşünülə bilər”.
Millət vəkili Fəzail Ağamalı bildirib ki, yoluxmanın artmasının səbəbi insanların qaydalara əməl etmək istəməməsidir:
“İnsanlar qaydalara əməl etmək istəmir. Qaydalara əməl etmək bu qədər çətindir?! Nə vaxta kimi yumşalma və sərtləşmə olacaq?! Hər birimiz hazırki vəiyyətdən yorulmuşuq. İnsanlarımız artıq məsuliyyətli olmağı öyrənməlidir. Bu istiqamətdə təbliğat güclənməli, insanlar arasında marifləndirmə işləri aparılmalıdır. Təkcə sərt karantin tətbiq etməklə, insanları evə salmaqla nəyəsə nail olmaq olmaz. Ciddi marifləndirmə işlərinə ehtiyac var. Bu belə davam edə bilməz”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.
Bu barədə Dövlət Xidmətinə əsasən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur.
Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə son statistikası açıqlanıb.
Hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56,2 faiz olub.
İkinci ən çox yoluxma 15.9 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 10, Gəncə-Qazax 6.6, Lənkəran 4.4, Quba-Xaçmaz 1.9, Dağlıq Şirvan 1.7, Şəki-Zaqatala 1.7, Yuxarı Qarabağ 1 faizdir.
Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Naxçıvan Muxtar Respublikasında isə göstərici 0,05 faizdir.
2020-ci ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, körpələrdən 1 608-i əkiz, 57-si isə üçəm doğulanlardır.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.
Bu il boşananların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2020-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 841 nikah və 7107 boşanma halları qeydə alınıb.
2019-cu ilin ilk 6 ayı ərzində isə 8257 boşanma qeydə alınıb. Bu il boşananların sayı 1150 nəfər azalıb.
Sakinlər dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, şikayətlərinə əhəmiyyət verən olmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən həmin ərazi barədə məlumatlı olduqları və ölkə başçısının sərəncamına uyğun olaraq 2023-cü ilə qədər problemin aradan qaldırılacağı bildirilib.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167-si isə sağalıb. İki nəfər isə dünyasını dəyişib. Bu artım ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir: “Birinci dalğa bitməmiş artım olarsa, bu artıq infeksiya baş verməsi deməkdir. May ayında da da bu hal təkrarlanmışdı. Ona görə də situasiya bilinmir. Bu baxımdan bizdə infeksiya da ola bilər, ya da birinci dalğa azalıb sona çatmaqla ikinci dalğa başlaya bilər. Bunların hər biri mümkündür. İkinci dalğanın olması payızda gözlənilir. Bütün dünya ölkələrində ikinci dalğa ilə bağlı söhbətlər gedir. Bu baxımdan da prosesin necə olacağı barədə fikir səsləndirmək də çətindir. Çünki virus getdikcə zəifləməyə doğru getməklə yanaşı ömrü də azalır. Virus uzun müddət bu formada davam edə bilməz. Hesab edirəm ki, koronavirus payız fəslinin sonunda bitməlidir”.