Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA

“Daha əvvəl testlər burundan yaxma üsulu ilə götürülürdü. Bu analizlərin nəticələri aktiv infeksiyanı göstərirdi”.
Oxu.az xəbər verir ki, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
O qeyd edib ki, seroloji testlər isə daha əvvəl bu xəstəliyin keçirilməsini, orqanizmin buna qarşı immunitetinin formalaşmasını yoxlamaq üçündür.

İri ticarət mərkəzlərinin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“İri ticarət mərkəzlərinin tam olaraq açılması barədə qərar yoxdur”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, hazırda rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin açılması ilə bağlı məsələ müzakirə olunur:
“Bu, epidiomoloji vəziyyətdən asılı olacaq”.

İaşə obyektlərində sanitar qovşaqlardan istifadə qadağan olunacaq?

“İaşə müəssisələrində əvvəldən şərtlər müəyyənləşdirilib. Sanitar qovşaqlarla bağlı xüsusi qeydin olmasına baxmayaraq, onlarla bağlı qadağa müəyyən edilməyib”.
Oxu.az xəbər verir ki,, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib. O qeyd edib ki, hər bir sahibkar sanitar qaydalara əməl edilməsini nəzarətdə saxlamalıdır.

Toy mərasimlərinə icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Toylar kütləvi şənlik tədbirləri kateqoriyasına aiddir”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, bu mərhələdə onların bərpası nəzərdə tutulmayıb.

Koronavirus dönəmində Azərbaycan beynəlxalq borclanmaya gedib?

“Koronavirus pandemiyasının başlaması dünya ölkələrinin bəzilərinin borclanmasına gətirib-çıxarıb”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkəmiz beynəlxalq borclanmaya getmir və bu, müsbət haldır:
“Vətəndaşlar ödənişlər zamanı güzəştlərdən istifadə edə bilərlər. Kommunal xərclər zamanı sui-istifadə olunmaması üçün ölkəmiz bu modelə müraciət edib”.

Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində  xidmət göstərilməsinə icazə verilir.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir. Bu qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.

İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən, dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır
Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Oxu.az xəbər verir ki, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak edir. Konfransda ölkədə elan olunan karantin rejiminin yenidən yumşaldılması çərçivəsində açıq havada kafe və restoranların açılmasına icazə verilməsi və digər məsələrlə bağlı məlumat verilir.

Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 24-26, Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN-dən cavab

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

“Polis əməkdaşları xidməti vəzifəsini yerinə yetirib. Fərqi yoxdur, nəşriyyat olsun ya mağaza olsun, nəzarət qaydasında baxış keçirirlər ki, insanlar ictimai qapalı məkanda karantin qaydalarına əməl edirlər, ya yox. Bina şəxsi mülk olsa da, ora iş yeri, ictimai yerdir. Orada bəlkə də 50 nəfər işləyir. Polis əməkdaşları da çəkilişi sübut üçün ediblər ki, sonra həmin şəxslər etiraz edərək “maska taxmışdım, polis qanunsuz protokol tərtib edib” deyə bilərlər. Bu zaman sübut kimi videolar təqdim oluna bilər”.

E.Zahidov polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsinə belə münasibət bildirib: “Bir polis əməkdaşı qara, digər ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı söhbət edən zamanı sosial məsafəni qoruyaraq maskanı çıxarıb, sözünü deyir, sonra yenə maska taxır”.  

ÜST məktəbləri təhlükə adlandırdı

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni dalğasının yayıla biləcəyi yerləri açıqlayıb.
Bu barədə ÜST-ün proqram direktoru Maykl Rayan danışıb.

O bildirib ki, məktəblər koronavirusa yeni yoluxmaların əsas məkanı ola bilər: "Yeni tədris ilinin başlaması ilə əlaqədar yüksək sayda yoluxma mümkündür”.
O qeyd edib ki, ötən il dünyadakı məktəblərin 43 faizində hətta əl yumaq üçün adi su belə olamyıb. Elementar imkanların olmaması infekisyanın yayılma riskini artırır.

Rayan qeyd edib ki, dünya əhalisinin böyük hissəsi hələ də korinavirusdan qorunmaq imkanında deyil. Buna görə də insanların sıx toplaşdığı yerlərdə olmamağa, qayadalara əməl etməyə çağırıb. (cebhe.info)

Xəbər lenti