![]() |
|
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu-Dabinin küçələrini dəvələrin üstündə əyləşən polislər qoruyacaq.
Axar.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Dəvələrin üstündə əyləşən polislər həm səhralığı, həm də şəhərin təhlükəsizliyini təmin edəcək.
Qeyd olunur ki, belə patrulların yaradılmasının əsas məqsədi təhlükəsizliyin qorunması ilə yanaşı, əmirliyin qədim ənənələrini qoruyub saxlamaqdır. Bu xüsusi patrul cinayətlərin qarşısının alınması üçün yüksək standartlara uyğun təlim keçib.
Dekabrın 17-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5°, gündüz 5-7° isti, Bakıda gecə 3-5°, gündüz 5-7° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu ndan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, dekabrın 17-si gündüz bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. 18-də ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 1-5° şaxta, gündüz 2-4° isti təşkil edəcək.
Xəbərdarlığa əsasən, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində havanın şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
“2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını bu il 9,2 faiz artırıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.
Nazir müavininin sözlərinə görə, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsal ilə əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb:
“Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar. Bu da öz novbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb”.
Yəhya Musayev bildirib ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin rnüəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, zirehli texnikaların, xüsusi təyinatlı patrul maşınlarının və digər məmulatların ixracı hayata keçirilir.
“Hazırda onlarla ölkəyə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilir. 2017-ci illə müqayisədə bu il ixrac edilmiş məmulatların həcmində 9,2 faiz artım olub. Böyük qürur hissi ilə deyə bilərik ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Vurğulamaq lazımdır ki, istehsal olunan rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına əsas zəmin yaradan amillər nazirliyin müəssisələrinin beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına malik olması va yüksəkixtisaslı kadrlarla təmin edilməsidir”, - deyə nazir müavini əlavə edib.
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər.
Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.
Adı Azərbaycan “Qırmızı Kitab”ına düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.
Milli Məclisin üç komitəsinin səlahiyyəti artırılır. Bunlar İnsan hüquqları komitəsi; İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi; Ailə, qadın və uşaq məsələləri komitəsidir.
“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik təklif olunur.
Belə ki, qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik parlamentin dekabrın 18-də keçiriləcək iclasında I oxunuşda müzakirə ediləcək.
Bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan “QAZ-31” markalı, 10-NR-899 dövlət nömrə nişanlı avtomobil üstündə 12 metr uzunluğa malik tikinti materialı-armatur daşımaqla yük daşıma qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a məlumatı təsdiqləyib.
O bildirib ki, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb: “Sürücü, Zəngilan rayon sakini, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 53 yaşlı Məhərrəmov Kamil Atlıxan oğlu saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə polisə 50 manat pul təklif edib.
İnspektorun prinsipiallığını görən sürücü avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kirbit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Sürücünün əynində yanan paltarlar çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb”.
BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – “Şəfəq-Asiman” yatağında, digəri isə “Qobustan” onşor yatağında qazılacaq.
B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq.
İstehsalat planlarına gəldikdə isə, mənbənin dediyinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” kimi ölkənin ən böyük yataqlarından istehsalatı bu ilki səviyyəyə (AÇQ-də sutka ərzində ortalama istehsal 588 min barrel, “Şahdəniz”də isə - 48 milyon kubometr təşkil edib) uyğun saxlanılması nəzərdə tutulub.
Qeyd edək ki, BP Azerbaijan “AÇQ” , “Şahdəniz”, “Shallow Water Absheron Peninsula”, “Şəfəq-Asiman” və “Qobustan” yataqlarının operatorudur.
Türkiyə də daxil olmaqla, bəzi qonşu ölkələrdə Mübariz İbrahimov vətənpərvərliyin simvolu kimi təbliğ edilir, haqqında film çəkilir və yaxud ən məşhur seriallarında onun qəhrəmanlığı nümunə göstərilir, Mübariz dastanları yaradır, bizlərdən isə kimlərsə onu aşağılamağa cəhd edir. Görünür, bunun günahı bir az da bizdə - jurnalistlərdə, media orqanlarında çalışanlardadır. Görünür, biz Mübariz İbrahimovun kimliyini, onun atdığı addımın ictimai-hərbi və sosial anlamını tam izah edə bilməmişik və ya az təbliğ etmişik.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. Son günlər Milli Qəhrəman Mübariz İbrahimov haqda sosial şəbəkədə yazılan bir statusun doğurduğu rezonansa münasibət bildirən A.Camalqızı deyib ki, bu hadisə araşdırılmalar aparılmasını zəruri edir:
“Adətən, Avropada sosioloqlar və sosioloji mərkəzlər bu cür hallarda ciddi araşdırmalar aparır və mənzərəni aydınlaşdırırlar. Çünki burda məsələ bir xalqın dəyərindən gedir. Mübariz İbrahimov Azərbaycan xalqının dəyiridir, vətənpərvərlik məsələsində bir dönüş nöqtəsidir və dövlətin bununla bağlı ictimai-sosial mesajı, siyasi iradəsi ortadadır. Müzakirələrin ümumi mənzərəsində Mübariz İbrahimovu aşağılamağa cəhd edən bir gəncə qarşı sərt təpkilərə etiraz edənlər bizi düşünməyə vadar etməlidir. Yəni elə dəyərlər var ki, onları hər hansı “səbəblə” – məşhurlaşmaq, ya hansısa təşkilatın ayırdığı qrantın “tələblərini yerinə yetirmək”, yaxud Avropadan siyasi sığınacaq almaq arzusu... – müzakirəyə çıxarmaq qətiyyən olmaz”.
A.Camalqızı bildirib ki, mövzu həddən artıq həssasdır və xalqın dəyərini aşağılayan gənc çox təhlükəli bir yola əl atıb:
“Onu buna hansı səbəblər “vadar edib” – bu, toxunulası məqam deyil. Burda əsas məqam ona qarşı ən sərt mövqelərin doğurduğu “ictimai yazıqlıq” hissi və nəticədə bir gəncin çox böyük, yanlış mövqeyinin tərəfdarı olmayanların belə onu müdafiə etməyə qalxmasıdır. Ən kədərləndirici məqam isə belə bir “mövqenin” ictimai şüura yeridilməsi cəhdidir. Xatırlayırsınızsa, analoji hadisə Ramil Səfərovla bağlı da baş vermişdi. Baxmayaraq ki, Ramil Səfərov və Mübariz İbrahimov olayları tamamilə fərqlidir, ancaq diqqət edirsinizsə, bütün hallarda bir yanlış yanaşmanın, dəyərlərə qarşı getmənin, neqativ informasiyanın xalqın şüuraltına yeridilməsinə cəhdlər sezilir”.
A.Camalqızının sözlərinə görə, bu, ictimai təfəkkürə, xalqın milli mübarizəsinə və torpaqlarımıza qarşı yönələn qəsddir:
“Maraqlıdır ki, erməni millətindən olanlar o qızın statusuna dərhal münasibət bildirməyə tələsdilər, erməni mediası bunu xəbərə çevirdi, manşetlərə daşıdı və bundan öz məqsədləri üçün istifadə etməyə başladı. Digər tərəfdən, o gənc qızın dərhal saxta profili yaradıldı və o profildən Xocalı faciəsi də daxil olmaqla, torpaqlarımızın işğalı ilə bağlı erməni fikirləri tirajlanmağa başladı. Burdakı eybəcər məqsəd və hədəflərə baxaq: birincisi, xalqımızın dəyərinə hücum, sosial nəbz yoxlanılması, ikincisi, dəyərlərin və qəhrəmanların aşağılanmasına “cəsarətin” mümkünlüyü, üçüncüsü, ictimai altşüura – təhtəlşüura neqativ informasiyanın ötürülməsi ilə milli təfəkkürü sarsıtma cəhdi... Sosioloqlar yaxşı bilir ki, ən ağlasığmaz olayla bağlı xəbər belə qəti etirazlarla qarşılansa da, altşüurda özünə yer edir və “demək ki, mümkündür” təhlükəli rəyinin formalaşmasına təkan verir.
Dördüncü və ən təhlükəli məqamı isə saxta profilin yaradılması və ordan aparılan təbliğatda gördük. Şübhəsiz ki, bu, düşmən işidir və hədəf həmin o fikirləri səsləndirən qızın linç edilməsinə nail olmaqdır. Bununla erməni təbliğatına beynəlxalq aləmdə Azərbaycan xalqı haqda yanlış rəy yaratma fürsəti ilə bərabər. bizim cəmiyyətimizi də gərginləşdirmək hədəflənir”.
Aynur Camalqızı buna görə də mütləq Dövlət Təhlükəsizliyi Xidmətinin müəyyən araşdırmalar aparmasının vacibliyini də bildirib:
“Biz hələ bilmirik ki, o qızın birdən-birə bu statusu yazması, ermənilərin o statusu dərhal “görməsi”, saxta profilin açılması və Azərbaycan xalqına təhqirlərin davam etdirilməsi ilə o gəncin hədəfə çıxarılması, erməni mediasının bu olaya anında reaksiyası və s. əvvəlcədən düşünülmüş məkrli planın tərkib hissəsidir, ya yox. Çünki istər-istəməz, burda bir “ssenari” diqqət çəkir və hesab edirəm ki, DTX artıq araşdırmaya başlayıbdır.
İkinci məsuliyyət isə əlbəttə ki, bizim və ziyalıların üzərinə düşür. Çünki dəyərlərə hücum cəhdi varsa, bunun məsuliyyəti həm də bizimdir. Mübariz İbrahimov obrazının niyə dəyərə çevrilməsi, onun həyat amalı, hədəfi, Azərbaycan gəncliyinə böyük və əbədi mesajı daha yaxşı anladılmalı, vaxtaşırı təbliğ olunmalı, yada salınmalıdır. Mübarizin timsalında dəyərimizə atılan bu daş bizi oyatmalıdır. Mübariz İbrahimovun kimliyi, onun igidliyi barədə əsərlər yazılmalı, orta məktəb dərsliklərinə salınmalıdır, filmlər çəkilməlidir. Müasir dünyada kino ölkələrin, xalqların tanıtımı, təbliği üçün ən gözəl vasitədir. Gözəl hekayələri gözəl ssenarilərə, gözəl ssenariləri gözəl filmlərə çevirən usta yazarlara, istedadlı rejissorlara, peşəkar aktyorlara meydan verilməlidir. Uşaqlara, gənclərə aşılanmalıdır ki, suverenliyimiz və Qarabağın azadlığı uğrunda həyatını fəda edən hər bir şəhidimiz Azərbaycanın dəyəridir və dəyərlərimizə sayğı göstərilməsi hər kəsin, hər bir azərbaycanlının borcudur. Hesab edin ki, bu, Konstitusiya ilə təsbit olunan bir borcdur, görəvdir. Azərbaycanın bütövlüyü, müstəqilliyi ugrunda həlak olan oğullarımızın statusu dövlətimizin simvolları qədər simvollaşmalı, bayraq qədər müqəddəs tutulmalıdır”.
Ağdam rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.
Report-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Axar.az xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Erməni silahlı bölmələri ötən gün atəşkəsi 21 dəfə pozub.