Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Son zamanlarda Ankara ilə Bağdad arasındakı sıx təmaslar bölgədə tamamilə yeni situasiya yaradıb. Xüsusən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-dən Bağdad və Ərbilə səfəri, orada əldə edilən razılaşmalar, imzalanan sənədlər Yaxın Şərqdəki gələcək geosiyasi durumu yenidən dizayn edilməsi prosesinə təkan verməkdədir. Artıq Ankaranın dəstəyi ilə Bağdadın bölgədə tamamilə yeni oyunçu qismində proseslərdə iştirakı müşahidə olunmaqdadır. Ankara-Bağdad-Ərbil arasındakı sıx koordinasiya öz bəhrəsini verməkdədir. Məhz bunun nəticəsidir ki, 30 ildən sonra İraq sərhədçilərinin Türkiyə ilə sərhəddə dayanmaq imkanı əldə ediblər.

Bölgədəki son hadisələri dəyərləndirən istefada olan iraqlı general Məcid əl-Qeys bildirib ki, sərhəddə qurulan hərbi məntəqələr Türkiyə ilə koordinasiyalı işin məhsuludur.

"Bağdadda iki ölkə arasında kəşfiyyat və hərbi əməkdaşlıq müqavilələri imzalanıb. Terrorun və qaçaqmalçılığın qarşısını almaq üçün İraq ordusunun 30 ildən sonra sərhəddə qurduğu bazalar ciddiyə alınmalıdır. Bu vəziyyət Türkiyə və qarşıdan gələn əməliyyat üçün müsbət mesajdır", - iraqlı general qeyd edib.

Qlobal aktorların bölgədə yaratdığı uçurumda yer alan PKK terror təşkilatının sonunun yaxınlaşdığını qeyd edən iraqlı general bildirib ki, artıq bölgədə rollar dəyişib. "Türkiyə həm Körfəz, həm ABŞ, həm də İran üzərində ciddi təsir gücünə malikdir. Tehran və Qərb qanadı buna görə də sakitdir. Təbii ki, Türkiyə ordusu həm Zaxo-Ərbil, həm də Qamışlı-Səməlka dəhlizlərində hərbi varlığını saxlayan ABŞ-yə və İraqda Həşdi-Şabi ilə hərbi təsir gücünə malik İrana qarşı lazımi tədbirləri görəcək. Türkiyə əhəmiyyətli bir plan qurub. Bu prosesin mütləq hərbi nəticələri olacaq", - o qeyd edib.

İraq və Türkiyə orduları və kəşfiyyat birlikləri arasında ciddi məlumat axını və koordinasiya olduğunu qeyd edən generalın sözlərinə görə, münasibətlərin səviyyəsi bəlkə də tarixin ən yaxşı nöqtəsindədir: "Sərhədləri və həcmi gizli saxlanılan əməliyyatla bölgənin gələcəyi dəyişəcək. Bundan bütün iraqlılar, kürdlər, ərəblər və türkmənlər öz faydasını götürəcək".

Ankaranın bölgədə yeni "İnkişaf yolu" layihəsini reallaşdırmaq istiqamətində atdığı addım Yaxın Şərqdə geosiyasi vəziyyəti dizayn etməyə imkan verəcək. Bu layihə təkcə Ankaranın deyil, ilk növbədə İraq və Körfəz ölkələrinin maraqlarına xidmət edir. "İnkişaf yolu" layihəsi Körfəz ölkələrinin alternativ yollardan istifadə etmək Avropaya, Rusiyaya, Ukraynaya, Cənubi Qafqaza və Mərkəzi Asiyaya rahat çıxışını təmin etmək imkanı yaradacaq.

Ermənistanla İran arasında hərbi saziş imzalanmalıdır.

Bunu Ermənistan parlamentinin deputatı Anna Qriqoryan İRNA-ya müsahibəsində deyib.

O qeyd edib ki, İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən sərt bəyanatlarına baxmayaraq, hazırda iki ölkə arasında konkret hərbi saziş yoxdur.

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyi planlaşdırmır, çünki o, İrəvanın Moskvadan narazı olduğunu göstərmək istəyir.

Bu barədə Ermənistanın "MediaHub" xəbər saytı yazır.

Qeyd olunur ki, o, Avrasiya İqtisadi İttifaqının (Aİİ) 10-cu sammitində iştirak etmək üçün yalnız mayın 8-də Moskvaya uçacaq və “Qərbin tələblərinə görə” Qələbə Günü (9 may) paradına qatılmayacaq.

Aprelin 19-da Ermənistanın nüfuzlu “Hraparak” qəzeti yazıb ki, Paşinyan Putinin andiçmə mərasimində və Aİİ sammitində iştirak edəcək, lakin Qələbə Günü paradında qalmayacaq.

İraq Sərhəd Qoşunları 30 ildən sonra ilk dəfə Türkiyə sərhədindəki Zaxo rayonunda iki hərbi baza qurub.

Xarici mediası bildirir ki, İraq Sərhəd Mühafizəsinin Türkiyə sərhədinə PKK terrorçuların sıx məskunlaşdığı Zaxo rayonunun Kişini kəndində 2 hərbi baza qurub.

Qeyd edilir ki, 30 ildən sonra ilk dəfə olaraq Sərhəd Mühafizəsinin Kişini kəndi yaxınlığındakı təpələrdə İraqla Türkiyənin birgə sərhəd təhlükəsizliyini təmin etmək üçün bazalar qurulub.

Məlumata görə, İraqla Türkiyə arasında sərhədin mühafizəsi barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də Bağdada və Ərbilə səfəri çərçivəsində əldə edilib.

ABŞ dövlət katibi Entoni Blinken bazar günü Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

ABŞ Dövlət Departamenti bundan əvvəl Blinkenin Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və girovları azad etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Blinken bu gün Ər-Riyadda bir sıra görüşlər keçirəcək.

Bundan əlavə, İsrailin "Kan 11" telekanalı yazır ki, İsrailin xarici kəşfiyyat xidməti MOSSAD tərəfindən bu yaxınlarda uçuşlar üçün istifadə edilən təyyarə aprelin 27-də Ər-Riyadda enib. İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması mövzusunda Ər-Riyadla təmaslar ola bilər.

Mənbənin sözlərinə görə, bu təyyarə son aylarda MOSSAD və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) yüksək rütbəli rəsmilərinin uçuşu üçün istifadə edilib. Bundan İsrail nümayəndələri də Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Qahirə və Dohaya səfər etmək üçün istifadə ediblər.

Təkcə son bir həftədə 6500-dən çox rus hərbçisi məhv edilib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.

“2024-cü il aprelin 21-dən aprelin 28-dək olan həftə ərzində Ukrayna ordusu düşmənin 6620 şəxsi heyətini məhv edib. Bundan başqa, Rusiyanın 849 ədəd silah və hərbi texnikası məhv edilib. Söhbət 50 tank, 95 zirehli döyüş maşını, 229 artilleriya sistemi, 4 reaktiv yaylım atəş sistemi, 9 hava hücumundan müdafiə qurğusu, 280 ədəd avtomobil texnikası və 45 ədəd xüsusi texnikadan gedir”, - Pavlyuk bildirib.

Avstraliya Strateji Siyasət İnstitutu (ASPI) Türkiyənin Afrika Buynuzu bölgəsində (Somali, Efiopiya, Eritreya və Cibuti) artan təsirini təhlil edib və bunun Çin üçün narahatlıq doğurduğunu iddia edib.

Məqalədə bildirilib ki, Türkiyə ilə Somali arasında bu yaxınlarda imzalanmış “Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi” dünyanın şərq hissəsində müzakirələrə səbəb olub.

"Müqavilə Türkiyənin xarici siyasətindəki daha geniş dəyişikliklərin bir hissəsidir. Əvvəllər o, yaxınlıqdakı regionlara (Yaxın Şərq, Cənubi Qafqaz və Aralıq dənizi) diqqət yetirirdi. Amma indi ölkənin siyasəti Afrika Buynuzunda daha aqressivdir və onun hüdudlarından kənara da yayılır”, - deyə qeyd edilir.

Bildirilir ki, Türkiyə Şərqlə, o cümlədən Yaponiya və Cənubi Koreya kimi heç bir ərazi mübahisəsi olmayan inkişaf etmiş ölkələri ilə daha möhkəm əlaqələr qurur.

“Türklərin bu cür fəaliyyəti çinliləri sevindirmir, çünki Türkiyə onları bölgədə sıxışdıra bilər, buradakı fəaliyyətini getdikcə genişləndirə bilər”, - ASPI yazır.

16 yaşlı Adam Kadırov Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru təyin edilib.

O, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğludur.

Adam Qudermesdəki bundan sonra V.Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) kuratoru vəzifəsində də çalışacaq.

Çeçenistan rəhbəri bu sevincini ictimaiyyətlə bölüşüb.

2023-cü ilin noyabrından Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəridir. Bundan əlavə, o, Rusiya Müdafiə Nazirliyinin tərkibində Şeyx Mənsur batalyonuna və Rusiya Qvardiyasının tərkibində Baysanqur Benoyevski batalyonuna rəhbərlik edir.

Rusiyanın F-16 təyyarələri Ukraynaya təhvil verilərsə, onları mütləq məhv edəcəyik.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov deyib.

"Biz uzun müddətdir ki, Ukrayna Silahlı Qüvvələrinin təyyarələrini yerdə məhv edirik, onların havaya qalxmasına mane oluruq. Onun Miq-29 və ya F-16 olmasının çox da fərqi yoxdur", - Juravlyov bildirib.

Onun sözlərinə görə, təyyarələri ABŞ-da təlim keçmiş ukraynalılar, yoxsa Amerika hərbçiləri idarə edəcək, hələlik məlum deyil.

İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİVErmənistan hakimiyyətində azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı məsələsi müzakirə olunur.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, 4 kəndin qaytarılmasından sonra müxtəlif bölgələrdə başlanan aksiyalar hakim komandada ikitirəlik yaradıb.

“Bəzi məlumatlara görə, təkbətək müzakirələrdə hakim partiyanın deputatları hazırkı vəziyyətin müharibədən sonrakı günlərə bənzədiyini əsas gətirərək, mümkün hücumlara hazırlıq görülməsindən danışır. Lakin bir çoxları narahat deyil, aksiyaların geniş vüsət alacağını düşünmürlər.

Əsas qorxu isə azərbaycanlı qaçqınların (Qərbi Azərbaycandan deportasiya olunanlar-red) geri qayıtmasıdır. Düşünürlər ki, azərbaycanlıların geri qayıtması məsələsi gündəmə gələcəksə, bunu heç nə ilə izah edə bilməyəcəklər. Çünki indi qaytarılan kəndlərin Azərbaycana məxsus olduğunu deyirlər, amma azərbaycanlı qaçqınlar qayıdacaqsa, buna haqq qazandıra bilməyəcəklər.

Hətta hakim komandada müzakirələr gedir ki, azərbaycanlılar geri qayıtdıqdan sonra Azərbaycan kəşfiyyatının Ermənistan daxilində təsir imkanları artacaq və hər şey o zaman başlayacaq”, - nəşr qeyd edir.

Qeyd edək ki, Qərbi Azərbaydandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtması rəsmi Bakının Ermənistan qarşısında irəli sürdüyü əsas tələblərdən biridir.

Xəbər lenti