Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Şimali Koreya lideri Kim Çen In noyabrın 19-da uğurla sınaqdan keçirildikləri Şimali Koreyanın ən böyük qitələrarası ballistik raketi p ilə bağlı açıqlamalar verib.

Xarici KİV xəbər verir ki, Kim Çen Şimali Koreyanın dünyanın ən güclü nüvə gücünə sahib olmağı hədəflədiyini bildirib. O, “Hwasong-17” tipli ballistik raketi "dünyanın ən güclü strateji silahı" olaraq xarakterizə edib.

Şimali Koreyanın dünyanın ən qüdrətli ordusunu yaratmaq əzmindən danışan Kim sözlərinə belə davam edib:

“Şimali Koreyanın əsas məqsədi dünyanın ən güclü strateji gücünə, bir əsrdə görünməmiş mütləq gücə sahib olmaqdır”- o söyləyib.

Kim həmçinin Şimali Koreyalı tədqiqatçıların nüvə silahlarının qarşısının alınması imkanlarının sürətlə gücləndirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Ermənistanda vəziyyət çox ağırdır, əldə olan müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert, Lehiq Universitetinin (ABŞ) professoru Arman Qriqoryan deyib.

Ekspert qeyd edib ki, ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır:

“Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır”.

Arman Qriqoryan Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən sonra regionda mövcud vəziyyətə də toxunub:

“Qələbə çox vaxt öz güclü tərəflərinin yenidən qiymətləndirilməsinə, bu ölkənin gücündən kənar yeni ambisiyaların əldə edilməsinə gətirib çıxarır. Hamı Azərbaycana qarşı çox mehribandır, çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”.

Bazar ertəsi, noyabrın 27-də Avstriya dəmiryolçuları tətil edəcək və nəticədə bütün ölkə ərazisində qatarların hərəkəti dayandırılacaq.

Dəmiryolçularının əsas həmkarlar ittifaqı sektorda çalışan 50 min işçinin maaşının 400 avro artırılmasını tələb edir.

Bazar günü danışıqların beşinci raundu iflasa uğradıqdan sonra ittifaq bütün bazar ertəsi boyu davam edəcək və gecə qatarları da daxil olmaqla transsərhəd dəmir yolu hərəkətinə təsir edəcək xəbərdarlıq tətili elan edib.

Əgər bir günlük tətildən sonra dəmiryolçuların tələbləri təmin olunmasa, o zaman etirazlar təkrarlana bilər.

Madriddə on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. İnsanlar İspaniyanın baş naziri Pedro Sançesin istefasını tələb ediblər.

Sosial şəbəkələrdə mitinqin videosu yayılıb.

Aksiya ifrat sağçı “Vox” partiyasının təşəbbüsü ilə təşkil olunub. Etirazçılar hesab edirlər ki, Sançes hökuməti ölkə sakinlərini iqtisadi böhrandan, malların, elektrik enerjisinin və yanacağın bahalaşmasından xilas edə bilmir.

Polisin hesablamalarına görə aksiyada 30 minə yaxın adam iştirak edib, lakin təşkilatçılar 80 mindən çox nümayişçinin toplaşdığını bildiriblər.

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Yaxın vaxtlarda belə görüş gözlənilmir", - Peskov Ermənistan və Azərbaycan liderləri ilə yaxın gələcəkdə Rusiyada görüşmək planları barədə sualı cavablandırarkən deyib.

Peskov əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzərində işi daim davam etdirir.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşün baş tutmayacağını bildirib. İrəvanın Fransa prezidenti Emmanuel Makronun görüşdə iştirakı ilə bağlı şərti onu qane etməyib.

Peskov Rusiyanın öz platformasını danışqılar üçün təklif etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Rusiya nəinki hazırdır, Rusiya daim münaqişənin tənzimlənməsində... və sülh müqaviləsinin imzalanmasında iki dövlətə kömək etmək üçün işini davam etdirəcəyini bəyan edir”.

İrəvan qeyri-sabitliyin yeni vektoruna çevrilə bilər.

Oxu.az xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “İctimai Xəbərlər Xidməti”nə müsahibəsində deyib.

Onun fikrincə, qlobal tənəzzül prosesinə başlamaq istəyən elitalar Ukrayna ssenarisi üzrə Cənubi Qafqazda böhran təşkil edə bilərlər.

“İrəvanda baş verənlər qlobal beynəlxalq proseslərin əksidir. Beynəlxalq böhran, qlobal sabitlik böhranı Cənubi Qafqazdakı vəziyyətdə də özünü göstərir. Bu, kiçik münaqişə deyil, bu, bütün dünyanı öz cənginə alan yeni qeyri-sabitlik vektorudur. Eyni zamanda, Türkiyənin Suriya və İraqla sərhədində qeyri-sabitlik artır, Belqrad və Priştina, Çin və Tayvan arasında vəziyyət gərginləşir, Ukrayna münaqişəsi hələ də davam edir. Cənubi Qafqazda da dünya nizamının dağılması ssenarisini işə salmaq istəyənlərin qızışdırdığı növbəti münaqişə baş qaldıra bilər”, - deyə Solonnikov bildirib.

Ekspert Cənubi Qafqazda münaqişəni süni və səhnələşdirilmiş adlandırıb.

“Bu oyun – əvvəlcə mitinqlər, sonra isə Nikol Paşinyanın artıq razılaşdırılmış sazişləri pozması KTMT-nin səmərəsizliyini mediada nümayiş etdirmək üçündür. Vəziyyət Ukrayna ssenarisinə bənzəyir: İnsanları küçələrə çıxarmaq və küçənin təzyiqi altında rəhbərliyi qəbul etdiyi qərarlardan boyun qaçırmağa sövq etmək”, - ekspert vurğulayıb.

Eyni zamanda o əlavə edib ki, hazırda Ermənistanın KTMT-dən çıxması sərfəli deyil. İnstitut direktorunun sözlərinə görə, respublikanın baş naziri Nikol Paşinyan ölkənin gələcəyini riskə atmayacaq.

“Ermənistanı Avrasiya İqtisadi İttifaqından və Rusiya ilə müttəfiqlikdən ayırmaq vəzifəsi qarşıya qoyulsa, bu, baş verəcək. Lakin, sabah Ermənistanın bugünki Ukraynaya çevrilməməsi vacibdir”, - deyə Solonnikov yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət öncə Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Onun fikrincə, sənəd kifayət qədər işlənməyib.

Türkiyənin Pakistan və Azərbaycan ilə üçtərəfli əməkdaşlığı sürətlə inkişaf edir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib.

O, danışıqların nəticələrini şərh edərkən bildirib ki, Türkiyə və Pakistan liderləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Prezidentin sözlərinə görə, tərəflər həmçinin ümumi gündəliyin mühüm regional və beynəlxalq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Şahbaz Şərif də öz növbəsində Türkiyənin qoşulması ilə Çin-Pakistan İqtisadi Dəhlizinin genişləndirilməsini təklif edib.

Baş nazir bunun tərəflər üçün “əla imkanlar” açacağını vurğulayıb.(oxu.az)

Türkiyənin İstanbul şəhərində terror aktı baş verən İstiqlal küçəsində qadağalar tətbiq olunub.

"Haber Global" xəbər verir ki, bu barədə məlumatı İstanbul valisi Ali Yerlikaya açıqlayıb.

Belə ki, 1400 metr uzunluğa malik sözügedən küçədə stend qurmaq, küçə ticarəti, küçə musiqisi, sosial, mədəni və yaxud kommersiya tədbirlərinin təşkili, stol, stul, lövhə, səyyar tablolar qoymaq, sərgi qurmaq, kollektiv və ya fərdi çıxışlar qadağan olunub.

Qərarın verilməsinə səbəb İstiqlal küçəsində təhlükəsizliyi və eləcə də piyadaların hərəkətinin sürətləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, noyabrın 13-ü İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Hökumət olaraq müxalif və etirazçıların səslərini eşitmək istəyirik.

"Bu sözləri İran Prezidenti İbrahim Rəisi çıxışı zamanı deyib.

O, etiraz, ixtişaş və xaos arasında fərq olduğunu vurğulayıb:

“Xaos həm dialoqa həm də inkişafa mane olur”.

Qeyd edək ki, bəzi mənbələr hökumətin etirazları yatırmaq üçün Haşimi Rəfsəncani və Ruhullah Xomeyninin ailəsindən istifadə etmək istədiyini bildirir.

Fransa Statistika Agentliyinin dərc etdiyi hesabatda ölkədə hər 2 gündə 1 qadının öldürüldüyü məlum olub.

Xarici KİV xəbər verir ki, ölkədə 2022-ci ilin əvvəlindən 121 qadın öldürülüb.

Öldürülən qadınların 86-nın öz evində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə qətl edildiyi bildirilir.

Həyatını itirən qadınların 63-nün ana olduğu, 6-nın isə uşaqları ilə birlikdə öldürüldüyü məlum olub.

Həmçinin, qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb.

2022-ci ildə Fransada törədilən qadın cinayətləri nəticəsində 129 uşaq yetim qalıb.(qafqazinfo)

Xəbər lenti