Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı müharibəyə cəlb edilməmək üçün NATO-dan gələn təhlükə barədə bəyanatlar verir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Lukaşenko Ukrayna və NATO-nu sərhəddə təxribatların sayını artırmaqda ittiham edib və bildirib ki, Kiyev alyans qüvvələrini müharibəyə cəlb etməyə çalışır. Belarusun müdafiə naziri Viktor Xrenin isə müharibəyə birbaşa hazırlıq olmadığını, yalnız öz ərazilərini müdafiə edəcəklərini vurğuluyub. Lukaşenko və Xrenin bu üsulla məlumat kampaniyasına başlayıblar. Onlar NATO-nun uydurma təcavüzü və Belarus sərhədi boyunca təxribat fəaliyyətləri üzərində dururlar ki, hərbçiləri Belarusda qalsınlar. Bununla da müharibəyə girmək üçün Rusiyanın təzyiqi ilə üzləşməkdən yayınırlar”, - məlumatda bildirilib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Tacikistan Respublikası ərazisində yerləşən 201-ci hərbi bazasının şəxsi heyətinə yeni komandir təqdim olunub.

"Bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

Polkovnik Andrey Maruşkin 201-ci bazanın komandiri təyin edilib. Əvvəllər o, Samara vilayətində yerləşən motoatıcı bölməyə komandirlik edib.

Qışda Fransanın bəzi ərazilərində aşağı temperaturlara görə enerji istehlakının pik saatlarında mümkün qısamüddətli elektrik kəsilmələri ola bilər.

"Bu barədə Fransanın RTE milli elektrik şəbəkəsi operatorunun rəhbəri Xavyer Pyeşazik xəbərdarlıq edib.

“Biz elektrik şəbəkələrimizdə disbalansın qarşısını almaq üçün qışda qısamüddətli (maksimum iki saatlıq), lokal, növbəli şəkildə regionlararası elektrik kəsilməsini planlaşdırırıq”, - deyə o bildirib.

Pyeşazikin sözlərinə görə, işıq verilişlərinin dayandırılması yalnız lokal xarakter daşıyacaq, ona görə də onlar bir anda bütün metropol ərazisinə təsir etməyəcək.

O qeyd edib ki, elektrik verilişinin dayandırılması zamanı Fransada bir neçə milyon insan işıqsız qalacaq.

“Maksimum on milyon insan olacaq, ancaq daha azına ümid edirik. Hamımız enerjiyə qənaət etsək, kəsilmələr xeyli azalar”, - deyə RTE elektrik şəbəkəsinin operatorunun rəhbəri bildirib.(oxu.az)

ABŞ və Fransa Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatında deyilir.

Prezidentlər Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibəsini qətiyyətlə pisləyib və mülki əhalini və mülki infrastrukturu qəsdən hədəfə almanın müharibə cinayətləri olduğunu və günahkarların məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıblar. Onlar həmçinin Rusiyanın beynəlxalq hüququ açıq şəkildə pozaraq, suveren Ukrayna ərazisinin qanunsuz ilhaq cəhdini pisləyib və rədd ediblər. Birləşmiş Ştatlar və Fransa Rusiyanın qməsuliyyətsiz nüvə ritorikasını və iddia edilən kimyəvi hücumlar, bioloji və nüvə silah proqramları ilə bağlı dezinformasiyasını pisləyib. Onlar öz xalqlarının Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə, o cümlədən Ukraynaya lazım olan müddət ərzində siyasi, təhlükəsizlik, humanitar və iqtisadi yardımların göstərilməsi üçün davamlı dəstəyini bir daha təsdiqləyiblər. Buraya Ukraynanın enerji şəbəkəsini təmir etmək üçün lazım olan hava hücumundan müdafiə sistemləri və avadanlıqlarının çatdırılmasının sürətləndirilməsi də daxil olmaqla, qışda Ukraynanın mülki müqavimətini dəstəkləmək üçün əhəmiyyətli resursların təmin edilməsi daxildir. Birləşmiş Ştatlar və Fransa 13 dekabr 2022-ci ildə Parisdə keçiriləcək beynəlxalq konfrans da daxil olmaqla yardım səylərini əlaqələndirmək üçün tərəfdaş və müttəfiqlərlə işi davam etdirməyi planlaşdırır. Onlar həmçinin Ukraynaya güclü maliyyə dəstəyi göstərməyə davam etmək niyyətindədirlər. Eyni zamanda beynəlxalq maliyyə institutları öz maliyyə dəstəyini genişləndirməlidirlər.

Ukrayna Rusiyanın təcavüzünə mane olmasa, o zaman bu müharibə başqa ərazilərə, hətta ola bilsin ki, başqa qitələrə də yayılacaq.

“Bunu Ukrayna pPezidenti Volodimir Zelenski deyib.

Müharibənin bitəcəyi ilə bağlı duruma gəldikdə, ukraynalıların realist olduğunu qeyd edən Zelenskinin sözlərinə görə, onlar başa düşürlər ki, Rusiya ilə müharibə aparırlar və İkinci Dünya Müharibəsindən sonra Ukrayna ərazisində hərbi cinayətlərlə, işgəncə, zorlama, mülki obyektlərə və infrastruktura raket hücumları müşayiət olunan ən böyük hərbi əməliyyatlar davam edir.

“Müharibə bu hallarda bitəcək: ya biz qalib gəldikdə və ya Rusiya bunu istədikdə. Ola bilər ki, Rusiya Federasiyası bunu yalnız özünü zəif, təcrid olunmuş və heç bir tərəfdaşı olmadığını hiss edəndə bu baş versin”, - Zelenski deyib.

O bu baxımdan da deyib ki, tərəfdaşlar və bütün azad dünya tərəfindən Ukraynaya dəstək çox vacibdir.

“Çünki Ukrayna uğursuzluğa düçar olarsa, bu müharibə başqa ərazilərə və bəlkə də başqa qitələrə yayılacaq”, - o vurğulayıb.

ABŞ və Avropa ölkələri münaqişə bitdikdən sonra Rusiya və Ukrayna arasında dialoqda iştirak edəcək.

“Bunu Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ-CIA) keçmiş rəhbəri, general Devid Petreus “Tagesspiegel” qəzetinə açıqlamasında Qərbin müharibədən sonrakı planları haqqında danışarkən deyib.

“Ukraynadakı döyüşlər danışıqlar yolu ilə bitəcək. Bununla belə, nə Vladimir Putin, nə də Volodimir Zelenski hazırda danışıqlara başlamağa hazırdır. Vaxtı gələndə ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələrin liderləri həll yolu yaratmaq və həyata keçirmək üçün Ukrayna və Rusiya ilə işləyəcəklər”, - o qeyd edib.

Rusiyanın Moskva vilayətində mütəxəssislər meningit ocaqlarını lokallaşdıra biliblər.

Oxu.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) regional idarəsində məlumat verilib.

Bildirilib ki, meninqokok infeksiyası epidemiyası İstrada qeydə alınıb. Ümumilikdə, işçiləri arasında azərbaycanlıların da olduğu “Ozon” anbarında beş meningit ocağı müəyyən edilib.

“Müxtəlif yaşda və millətdən olan 1,5 mindən çox vətəndaş, o cümlədən qonşu ölkələrdən gələnlər mümkün təmas səbəbindən yoluxma riski ilə üzləşiblər. Onların hamısı mütəxəssislərin nəzarətinə götürülüb”, - deyə “Rospotrebnadzor”un regional idarəsindən xəbər verilib.

Mətbuat xidməti əlavə edib ki, infeksiya ocaqlarında epidemiya əleyhinə və profilaktik tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Anbar işini davam etdirir.

Xatırladaq ki, noyabrın 28-də “Ozon” anbarının işçiləri arasında 30-dan çox yoluxma hadisəsi barədə məlumat yayıldı. Qırğızıstanın Rusiyadakı səfirliyinin yaydığı məlumata görə, yoluxanlardan yeddisi Qırğızıstan vətəndaşı, digərləri isə Belarus, Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşlarıdır.

Təsdiqlənməmiş məlumatlara görə, epidemiya nəticəsində bir nəfər ölüb.

“Məqsədimiz sadədir. Biz sərhədlərin ən qısa zamanda delimitasiyasını istəyirik. İstəyirik ki, sülh sazişi ən qısa zamanda hər iki tərəf arasında razılaşdırılsın”.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter keçirdiyi brifinqdə deyib.

“Bununla da bölgəyə sülh və sabitlik qayıtsın, bu bölgədə yaşayan bütün insanların insan hüquqlarına və təhlükəsizliyinə hörmət edilsin. Bizim məqsədimiz Cənubi Qafqaz tarixində yeni bir səhifə aça bilməkdir”, - o qeyd edib.

Amerikalı diplomat daha sonra qeyd edib: “Aydındır ki, bu son nəticəyə çatmaq üçün müəyyən vaxt lazımdır, lakin biz bu nəticəni dəstəkləmək üçün əlimizdən gələni etməyə sadiqik”.

Ermənistanın sentyabr ayında törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərinin sayı 233 nəfərə çatıb.

“Bu barədə erməni deputat Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

“Sonuncu dəfə 13 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib, hazırda şəxsiyyəti müəyyənləşdirilir. Bununla da sentyabr ayında baş verən təxribat nəticəsində ölənlərin sayı 233-ə çatır”, - o yazıb.

Böyük Britaniyanın “The Economist” jurnalı 2023-cü ildə baş verə biləcək hadisələrlə bağlı material hazırlayıb.

“The Economist”in proqnozlarına görə, iqtisadi problemlər və geosiyasi gərginlik 2023-cü ildə də dünyanın əsas gündəmi olmaqda davam edəcək.

Nəşr növbəti il üçün iqtisadi proqnozlarını da sadalayıb. Qeyd olunub ki, enerji qiymətləri, inflyasiya, yüksək temperatur, quraqlıq, yüksək faiz dərəcələri, iqtisadi artım və ərzaq qıtlığı Ukraynadakı münaqişənin yaxın aylarda necə inkişaf edəcəyindən asılıdır. Ukraynanın sürətli irəliləməsi Vladimir Putini təhdid edə bilər, lakin vəziyyətin dalana dirənməsi ən çox ehtimal olunan nəticə kimi görünür.

Rusiya diqqətini Ukraynadakı müharibəyə yönəltdikcə, başqa yerlərdə münaqişə riski artır və başqa toqquşmalar baş verir.

“The Economist”in təxminlərinə görə, Çin düşünə bilər ki, Tayvana qarşı hərəkət etmək üçün daha yaxşı vaxt olmayacaq. Qeyd olunur ki, belə bir vəziyyətdə Himalay dağlarında Hindistan-Çin gərginliyi də arta bilər.

Bundan əlavə, siyahıda Türkiyə ilə bağlı məqamlara da yer verilib. Jurnalın yazdığına görə, Egeydə Türkiyə-Yunanıstan gərginliyindən sonra Türkiyənin müdaxiləsi ola bilər.

Xəbər lenti