![]() |
|
Xəbər verdiyimiz kimi, bu il avqustun 31-də Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko “Separ” restoranında törədilmiş partlayış zamanı ölüb.
“Rossiya-1” telekanalının “Youtube” kanalında 42 yaşlı Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntüləri yayılıb.
Qeyd olunur ki, A. Zaxarçenkonun korteci restoranın qarşısında dayandıqdan sonra mühafizəçilərdən biri restorana daxil olaraq oranı yoxlayır. Daha sonra Zaxarçenko qadın mühafizəçi ilə məkana girir və bu zaman partlayış baş verir.
Görüntünü təqdim edirik:
Əfqanıstanın Pərvan əyalətində Taliban yaraqlılarının liderlərindən biri öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Pajvak” agentliyi informasiya yayıb.
Məlumata görə, yaraqlılar gecə saatlarında sərhəd keçid məntəqəsinə hücum ediblər. Təhlükəsizlik orqanları Taliban hücumunu dəf etməyə müvəffəq olub.
Hücum zamanı Talibanın Salanq rayonu üzrə komandiri Kari Manaf daha iki yaraqlı ilə birlikdə öldürülüb. Qarşıdurma zamanı həmçinin 5 silahlı talib yaralanıb.
İranda islahatçı millət vəkili Fatimə Hüseyni Həsən Ruhani hökumətini seçki vədlərini yerinə yetirmədiyi üçün tənqid edib.
Axar.az xəbər verir ki, İran məclisində çıxış edən Hüseyni Ruhani hökumətinin vətəndaşlıq hüquqları və siyasi sərhədlərin aradan qaldırılması ilə bağlı sözlərini yerinə yetirmədiyini bildirib.
Fatimə Hüseyni cəmiyyətin hökumətə olan etibarının azalmasının iqtisadi böhranı dərinləşdirdiyini qeyd edib.
İqtisadiyyatımızdakı yarpaq tökümündən mədət ummaq humanistlik deyil. Baş verənlərə görə sevincdən atılıb-düşmək əsl alçaqlıqdır.
Axar.az xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.
“Biz CHP kimi ola bilmərik, CHP kimi davranmarıq. Biz varlığını türk millətində tapan türk milliyətçiləriyik. Ölkənin batmasından heç kimin karlı çıxmayacağını görər və deyərik. Tənqid olunası mövzular varsa, hökumətə sözümüzü deyərik”, - Baxçalı bildirib.
Məndə belə təəssürat yaranır ki, Paşinyan işğal edilən Dağlıq Qarabağdan kənarda yerləşən rayonları qaytarmağa hazırlaşmır.
Axar.az xəbər verir ki, bu sözləri “Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Erməni tərəfi bu rayonları təhlükəsizlik zonası adlandırır. Ancaq bura Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağıdır. Bakı erməni qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb etmək hüququna sahibdir”, - Korotçenko bildirib.
Sakit okeandakı Fici adaları yaxınlığında 6.6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzindən informasiya yayılıb.
Məlumata görə, zəlzələ yerin 551.2 kilometr dərinliyində baş verib. Zəlzələdən sonra sunami ilə bağlı hər hansı bir xəbərdarlıq edilməyib.
ABŞ Suriyadakı Ət-Tanf hərbi bazasında İŞİD terror qruplaşmasının qalıqlarını yenidən hazırlamaqla məşğuldur, ancaq bunlar mənasız səylərdir.
Axar.az xəbər verir ki, bu sözləri Suriyanın Xarici İşlər naziri Vəlid Müəllim deyib.
“Praktikamız göstərir ki, onlar həmin bazada İŞİD-in qalıqlarını toplayırlar. Onların daha sonra Suriya ordusuna qarşı vuruşa bilməsi üçün hazırlıq keçirlər. Niyə? Çünki onlar Suriya böhranından İsrailin xeyrinə istifadə etmək istəyirlər”, - nazir bildirib.
İndoneziyda baş verən zəlzələ və sunami fəlakətində həyatlarını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara təcili şəfa arzu edirəm. Qardaş İndoneziya xalqının başı sağ olsun.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.
“Türkiyə İndoneziyanın yaralarının sarılması üçün istənilən yardımı etməyə hazırdır”, - Ərdoğan bildirib.
Qeyd edək ki, İndoneziyada 7.7 ballıq zəlzələ və ardınca yaranan sunami nəticəsində 832 nəfər dünyasını dəyişib.
“Alman dalğası” nəşrinin 28 sentyabr tarixli nömrəsində “Berlində yüzlərlə insan Ərdoğanın AFR-ə səfərinə etiraz edir” sərlövhəli material dərc edilib. Materialda deyilənə görə, “Erdogan not welcome” şüarı altında nümayiş keçirən insanlar guya bu yolla “Türkiyədə insan hüquqlarının pozulmasına” qarşı etirazlarını bildirirlər.
Azərtac-ın xəbərinə görə, lakin həmin materiala aid fotoşəkil bu nəşrin özünü ifşa edir. Fotoşəkildən göründüyü kimi, nümayiş iştirakçıları əllərində terrorçu PKK təşkilatının və onun Suriyadakı YPG cinahının bayraqlarını tuturlar. Nəşr bu insanlar haqqında heç nə yazmır. Lakin daşnaklar şanlı Xosrov bəy Sultanova rəğbət bəsləmədiyi kimi, PKK və YPG tərəfdarlarından da Ankaraya və Türkiyə liderinə böyük məhəbbət gözləməyə dəyməz.
Bu nədir - Almaniya hakimiyyətinin yüksək eşelonlarında antitürk təbliğatı kuratorlarının diqqətsizliyinin nəticəsi, yoxsa, beyinləri yumaq üzrə təcrübəsiz “usta”nın qeyri-peşəkarlığı?
İstənilən halda alman KİV-ləri və onların ölkə hökumətindəki gözəgörünməz kuratorları türk mənşəli Almaniya sakinlərinin bu il iyun ayında dövlət başçısı seçkiləri ərəfəsində öz liderlərini dəstəkləmək üçün keçirdiyi çoxminlik nümayişləri yada salmalı və bunu da unutmamalıdırlar ki, Almaniyada yaşayan türklərin əksəriyyəti həmin seçkilərdə məhz Ərdoğana səs verib.